Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2174/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İddiaçı nümayəndəsi (qardaşı) X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən çəkilmiş təmir-tikinti-bərpa işləri müqabilində cavabdehdən 280 000 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında göstərdi ki, iddiaçı ilə cavabdeh öz aralarında şifahi müqavilə ilə razılaşmışlar ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti 8A ünvanında yerləşən cavabdehə dövlət tərəfindən uzunmüddətli icarəyə verilmiş ümumi sahəsi 292,3 m2 olan qeyri-yaşayış binasını iddiaçı tərəfindən təmir-bərpa işləri aparacaq, daha sonra isə cavabdeh bu yeri iddiaçıya icarəyə verəcək. İddiaçı tərəfindən təmir-bərpa işləri təxminən 2023-cü ilin yay aylarından başlayaraq 1 il davam etmişdi. İddiaçı və cavabdeh notariusda xx.xx.2024-cü il tarixdə bir illik icarə müqaviləsi bağlayırlar. Lakin cavabdeh və onun rəhbəri iddiaçını 3 ay sonra həmin icarə obyektindən çıxarmışlar. 3 ay müddətində iddiaçı tərəfindən 9 000 manat icarə haqqı ödənilmiş və iddiaçı tərəfindən icarə obyektinin təmir-bərpa işinə 280 000 manat xərclənmişdir. Təmir-bərpa işləri ilə bağlı məhkəməyə qaimələr təqdim olunsa da, imza olmadığı üçün qəbul edilməmişdir. Bununla bağlı audit tələb edildi, lakin vəsatət təmin olunmadı. İcarə müqaviləsində icarə haqqı 2000 manat göstərilsə də, faktiki olaraq 9000 manat ödənilmişdir. Buna səbəb isə cavabdehin vergidən yayınması idi. Cavabdeh tərəfindən onlara pretenziya məktubu daxil olmamış və belə bir sənəd imzalanmamışdır, cavabdeh tərəfindən saxta sənəd tərtib olunmuşdur. İddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında vəkilin izahatını təsdiqləyərək göstərdi ki, təmir-tikinti zamanı materialların pulunu onlara X5 Eldəniz verirdilər. İş artıq təhvil verilən zaman cavabdeh onlara bildirmişdir ki, bu obyekti onlar işlədəcək. Buna görə də onlar cavabdehlə icarə müqaviləsi bağlamış və həmin obyektə xərc çəkmişlər. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında göstərdi ki, tələbi qəbul etmir. İcarəyə verilən obyekt tam təmirli olmuşdur və iddiaçı icarə haqqını vermədiyi üçün obyektdən çıxarılmışdır. İddiaçı tərəfindən heç bir pretenziya məktubu göndərilməmişdir, özləri formal olaraq tərtib etmişlər. Həmçinin onlar tərəfindən pretenziya məktubu iddiaçıya göndərilmişdir, lakin qəbul etməmişdilər. İclasda təqdim olunan diskdəki videokadrlar sözügedən obyektə məxsusdur, lakin burada gedən təmir işlərinin iddiaçının hesabına həyata keçirilməsi sübut olunmur. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edənləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı Nərimanov rayonu, X7 prospekti 8A ünvanında yerləşən ümumi sahəsi 292,3 m2 olan qeyri-yaşayış binasının 200 m2-ni aylıq 2000 manat məbləğində icarə haqqı ödəmək şərtilə 1 illik yəni xx.xx.2025-ci il tarixədək icarəyə vermişdi. Müqavilənin şərtlərinə əsasən müqavilənin bitməsinə 1 ay qalmış tərəflər arasında heç bir təklif olmazsa, müqavilə 1 il daha uzaldılmış olur. Həmçinin icarəçilər icarəyə verənin razılığı olmadan təmir-tikinti işləri apara bilməz. İş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh çəkilmiş təmirtikinti-bərpa işləri müqabilində 280 000 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi xahiş edilmişdir. Sənəd imzalanmamışdır. İş materiallarına əlavə olunan diskə məhkəmə iclasında baxış keçirilmişdir. Diskdəki videogörüntülərdən görünür ki, həmin obyektdə təmir-tikinti işləri gedir. Lakin bu işlərin kim tərəfindən və nə zaman aparılması müəyyən olunmur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli subicarə müqaviləsindən görünür ki, Cavabdeh X2 Nərimanov rayonu, X7 prospekti 8A ünvanında yerləşən ümumi sahəsi 292,3 m2 olan qeyri-yaşayış binası aylıq 8000 manat məbləğində icarə haqqı ödəmək şərtilə xx.xx.2024-cü il tarixədək icarəyə vermişdi. Hazırdakı işin İddiaçı və Cavabdeh arasında olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, X1 təqdim etdiyi, onunla bağlanmış subicarə müqaviləsinin işə aidiyyəti yoxdur. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini cənab R.Şahbazov Cavabdeh Nərimanov rayonu, X7 prospekti 8A ünvanında yerləşən ümumi sahəsi 292,3 m2 olan AR Gənclər və İdman Nazirliyi, Tofiq Bəhramov adına Respublika Stadionunun balansında olan qeyri-yaşayış binasını xidməti məqsədi ilə aylıq 4000 manat məbləğində icarə haqqı ödəmək şərtilə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək icarəyə vermişdi. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, dövlət mülkiyyətində olan Nərimanov rayonu, X7 prospekti 8A ünvanında yerləşən ümumi sahəsi 292,3 m2 olan yaşayış məntəqəsinin torpaqları xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək Cavabdeh üzərində icarə növü ilə yüklüdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə araşdırılmış iş materialları və diskə baxış zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 prospekti 8A ünvanında yerləşən cavabdehə dövlət tərəfindən uzunmüddətli icarəyə verilmiş ümumi sahəsi 292,3 m2 olan qeyri-yaşayış binasında təmir-bərpa işləri görülmüşdür, lakin bu işlərin kim tərəfindən və nə zaman aparılması müəyyən olunmur. Təmir-bərpa işlərinin iddiaçı tərəfindən görülməsi ilə bağlı sübut təqdim edilə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2174/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2174/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver