Məhkəmə qərarları › İş №e-2(003)-2183/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2183/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2183/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Aydemir Cemin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Aydemir Cemin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İşin halları İddiaçı Aydemir Cem Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 36000 manat borc məbləğinin, gecikdirməyə görə hesablanmış 1500 manat faiz məbləğinin, cəmi 37500 manat pulun, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 202.50 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə qrumuna ödənilmiş 350 manat xərcin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Aydemir Cem iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” “Borc alana” 36000 (otuz altı min) manat məbləğində pul borc vermişdir. “Borc alan” həmin borcu xx.xx.2024-cü il tarixənədək hər ayın 24-ü olmaqla 6000 manat “Borc verənə” qaytarmağı öhdəsmə götürmüşdür. Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc məbləğindən heç bir ödəniş etməmiş, bu günə kimi borc məbləği cavabdeh tərəfindərin iddiaçıya geri qaytarılmamışdır. Dəfəbrlə yazılı və şifahı olaraq cavabdehdən öhdəliklərini yerinə yetirməsi, borcunu ödəməsi tələb edilmişdir. Lakin bunun müsbət nəticəsi bramişdir. Qanunvertcliyə görə tərəflər arasında bağlanmış müqavilədə ayrı qayda nəzərdə tutulmasa belə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə gecikdirilmiş vaxt üçün, yəni öhdəliyin pozulduğu vaxtdan onun tam kra olunduğu vaxtadək gecikdirilmiş borc məbləğinə faizin ödənilməsini borcludan tələb edilə bilər. Cavabdeh borc öhdəliyini xx.xx.2024-cü il tarixədən pozmuş, həmin tarixdən başlayaraq pulun ödənilməsini gecikdirməyə başlamış və götürdüyü dan ümumiyyətlə ödəniş həyata keçirməmişdir. Ona görə də borc məbləğinə iddiaçının faiz ödənilməsini tələb etmək hüququ da vardır. Proses iştirakçılarının izahatı Məhkəmənin əvvəlki iclasında iddiaçı Aydemir Cemin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən “Borc verən” “Borc alana” 36000 (otuz altı min) manat məbləğində pul borc vermişdir. “Borc alan” həmin borcu xx.xx.2024-cü il tarixənədək hər ayın 24-ü olmaqla 6000 manat “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Aydemir Cem Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehlə arasında bağlanmış borc müqaviləsi əsasında Aydemir Cem cavabdehə 36000 (otuz altı min) manat məbləğində pul borc vermişdir. Cavabdeh həmin borcu xx.xx.2024-cü il tarixənədək hər ayın 24-ü olmaqla 6000 manat Aydemir Cemə qaytarmağı öhdəsmə götürmüşdür. Bu əsasla, cavabdehdən 30.000 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İşin məhkəmədə baxılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında yazılı formada borc müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində cavabdehə 36000 manat pul vəsaiti təqdim edilmişdir. Müqavilənin 8-ci maddəsində nəzərdə tutulmuş halda cavabdehin borcu gecikdirdiyi halda faizlərin tutulması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış borc kimi pulun verilməsinə dair əqd etibarlıdır və iddiaçı həmin əqd əsasında verilmiş pulun və gecikdirilmiş faizlərin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcun iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, borcun qaytarılmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə dəymiş zərərə görə pulun tutulması hissəsinə də qiymət verərək hesab edir ki, iddia bu hissədə də qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüquqların pozulması nəticəsində dəymiş zərər, o cümlədən faktiki zərər və əldən çıxmış gəlirlər tam şəkildə ödənilməlidir. Bununla belə, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf iddia etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin iddianın “vəkilə ödənilmiş 350,0 manatın cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 202,5 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 202,5 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməli, Cavabdeh 36000,0 manat borc məbləğinin, gecikdirməyə görə hesablanmış 1500,0 manat faiz məbləğinin, cəmi 37500,0 manat pulun, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 202,50 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 350,0 manat xərc olmaqla, cəmi 38052,5 manat tutularaq iddiaçı Aydemir Cemə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 36000,0 manat borc məbləğinin, gecikdirməyə görə hesablanmış 1500,0 manat faiz məbləğinin, ödənilmiş 202,50 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 350,0 manat xərc olmaqla, cəmi 38052,5 (otuz səkkiz min əlli iki manat, əlli qəpik) manat tutularaq iddiaçı Aydemir Cemə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar