Məhkəmə qərarları › İş №e-2(003)-2190/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2190/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2190/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Toyota Prius” markalı, ** GK *** dövlət qeydiyyat nişanlıavtomobilə vurduğu maddiziyana görə - 250 (iki yüz əlli) manatın, həmin avtomobil cavabdehin istifadəsində olduğu vaxt yol-hərəkəti qaydalarına əməl etmədiyi üçün tərtib olunmuş İXP5887515 saylı protokol üzrə cərimə məbləği - 51.20 (əlli bir manat iyirmi qəpik) manatın,avtomobilin gündəlik icarə haqqı ödənişlərindən ödənilməmiş qalan borc məbləği - 30 (otuz) manatın və işə baxılması ilə əlaqədar məsrəf qismində yol xərci – 45 (qırx beş) manatın - cəmi 376.20 (üç yüz yetmiş altı manat iyirmi qəpik) manat məbləğin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus olan “Toyota Prius” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən xx.xx.2023-cü il tarixli “İcarə” müqaviləsi əsasında Cavabdeh icarəyə verilmişdir. Cavabdeh ilk əvvəl müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra eləsə də, sonradan müvafiq öhdəliklərini yerinə yetirməmiş və nəticədə qeyd olunan avtomobil bu səbəblərə görə ondan geri təhvil götürülmüşdür. Belə ki, Cavabdeh avtomobilin sol arxa hissəsini zədələmiş və həmin hissədəki zədəni lazımi şəkildə təmir elətdirəcəyinə vəd versə də, təəssüflər olsun ki, öz vədinə əməl etməmişdir. Digər tərəfdən avtomobil onun istifadəsində olduğu zaman avtomobilin qabaq şüşəsini (patpresini) və avtomobilin qabaq buferinin orta hissəsini zədələyərək onun əmlakına ziyan vurmuşdur. Bundan başqa, cavabdeh yol hərəkəti qaydalarını pozaraq cərimə olunmuş, lakin həmin cəriməni vaxtında ödəməməsi səbəbindən cərimənin üzərinə dəbbə pulu gəlmiş və avtomobilin üzərinə həbs qoyulmaması üçün həmin cərimə məbləği şəxsən onun tərəfindən öz vəsaiti hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən, cavabdehdən avtomobil təhvil götürülən zaman avtomobilin onun istifadəsində olan zaman yaranmış bütün borclar və vurulmuş maddi ziyan məbləğləri bir daha birlikdə aydınlaşdırılmış, aşağıda göstərilən müvafiq borc məbləğləri xx.xx.2024-cü il tarixli “Borcun etiraf edilməsi barədə” ərizə ilə Cavabdeh tərəfindən şəxsən ərizəyə imza edilməklə etiraf edilmiş və xx.xx.2024-cü il tarixədək müvafiq məbləğlərin ödənilməsi barədə cavabdeh öz üzərinə öhdəlik götürmüşdür. Təəssüflər olsun ki, cavabdeh hazırkı vaxtadək xx.xx.2024-cü il tarixli “Borcun etiraf edilməsi barədə” ərizədə qeyd olunan məbləğləri ona ödəməmişdir. Bununla bağlı hər dəfə ona “Whatsapp” mobil tətbiqi vasitəsilə yazılı qaydada və mobil telefonla şifahi qaydada xəbərdarlıqlar etsə də, o bütün bunlara məhəl qoymamış, olduqca məsuliyyətsiz davranmış, istifadəsinə digər maşın götürüb işlədiyi və pul qazandığı halda hər dəfə onu aldadaraq “guya işsiz olmasını” ona demiş və nəticədə onu hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməyə məcbur etmişdir. Beləliklə xx.xx.2024-cü il tarixli “Borcun etiraf edilməsi barədə” ərizə ilə Cavabdeh tərəfindən ona aşağıdakı məbləğlər xx.xx.2024-cü il tarixədək ödənilməli idi: 1) Avtomobilin arxa sol krelosunu zədələdiyinə görə təmir xərci - 150 manat; 2) Avtomobilin qabaq patpresini zədələdiyinə görə təmir xərci - 50 manat; 3) Avtomobilin qabaq buferini zədələdiyinə görə təmir xərci - 50 manat; 4) Cavabdehin təqsirli hərəkətinə görə İXP5887515 saylı protokol üzrə cəmi cərimə məbləği 51.20 manat (40 manat əsas cərimə borcu və 11.20 manat dəbbə pulu); 5) Avtomobilin gündəlik icarə haqqı ödənişlərindən ödənilməmiş qalan borc məbləği - 30 manat; 6) İşə baxılması ilə əlaqədar məsrəf qismində yol xərci (Bakı şəhərinin Nərimanov rayonundan Xəzər rayonuna (Xəzər Rayon Məhkəməsinə) gedib-gəlməklə bağlı) - 45 manat. Məhkəmə iclasında İddiaçı nümayəndəsi E.Y.Rəhmanov iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, cavabdeh iddiaçıya məxsus olan avtomobili icarəyə götürmüşdür. Sonradan avtomobil geri götürülmüşdür. Cavabdeh tərəfindən borcun etiraf edilməsi haqqında müqavilə imzalanmışdır. Cavabdeh tərəfindən zərərlə bağlı heç bir ödəniş edilməmişdir. Cavabdeh mütəmadi olaraq telefon nömrələrini dəyişərək iddiaçı ilə əlaqə yaratmaqdan çəkinmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı avtomobili ona icarəyə vermişdir. Gündəlik iddiaçıya icarə haqqı vermişdir. Sonra avtomobil ilə qəza etmişdir. Avtomobil yaxşı təmir olunmadığına görə iddiaçı ona etiraz etmişdir. Qəza zamanı avtomobilin ön şüşəsi çatlamışdır. Avtomobilin şüşəsinə o, zərər vurmamışdır. İddiaçı ona yalnız avtomobili çox sürdüyünə görə irad bildirmişdir. Kirayə haqqı kimi 1 günün borcu qalmışdır. Borcun etirafı barədə müqaviləyə qol çəksə də, orada nə yazıldığından xəbəri olmamışdır. Barəsində olan inzibati tənbeh vermə haqqında qərardan məlumatlı olsa da, imkanı olmadığından ödəyə bilməmişdir. Avtomobil onun səhvi ucbatından qəza etmişdir. Lakin, o, avtomobili normal təmir etdirdiyini hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, **********32 saylı qəbz əsasında İXP5887515 saylı protokol üzrə 51,2 manat məbləğində cərimə ödənilmişdir. Ödənişin tarixi : xx.xx.2024. - İddiaçı və Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə təhvil-təslim aktından görünür ki, buraxılış ili 2008-ci il tarixli, “Toyota” markalı, “Prius” model, ** GK *** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi U305473, ban nömrəsi JTDKB20U587768674 olan, boz qızılı metallik rəngli tam işlək və yararlı vəziyyətdə olan avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. - Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli borcun etiraf edilməsi haqqında ərizədən görünür ki, Cavabdeh inzibati cəriməyə görə 40 manat, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələndiyi arxa sol tərəfinin təmir xərci 150 manat, avtomobilin qabaq şüşəsinin çatlamasına görə onun düzəlməsi xərci 50 manat, avtomobilin qabaq buferinin orta hissəsinin zədələnməsinə görə təmir xərci 50 manat və avtomobilin gündəlik icarə haqqı ödənişlərindən ödənilməmiş qalan borc məbləği 30 manat borcu olduğunu öz imzası ilə təsdiq etmişdir. - Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında reyestrdə ƏN-VİN seriyalı 666528 sayda qeydiyyatdan keçmiş etibarnamənin surətindən görünür ki, “Toyota Prius” minik markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi İddiaçı tərəfindən Cavabdeh yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti əsasında vermişdir. - İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınar əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən görünür ki, Bu müqavilə üzrə “İcarəyə verən” xüsusi mülkiyyətində olan buraxılış ili 2008-ci il tarixli, “Toyota” markalı, “Prius” model, ** GK *** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 1) 305473, ban nömrəsi ЈТОКВ**********674 olan, boz qızılı metallik rəngli daşınar əmlakı (və ya minik avtomobilini) “İcarəçiyə” gündəlik icarə haqqı müqabilində icarəyə verməyi, “İcarəçi” isə razılaşdırılan gündəlik icarə haqqını “İcarəyə verənə” ödəməyi öz öhdəsinə götürürlər. - Müqavilənin 2.5-ci bəndindən görünür ki, Əgər “İcarəçi” müqaviləni vaxtından əvvəl xitam etmək qərarına gələrsə onda o, bu haqda “İcarəyə verənə” 2 (iki) həftə əvvəl yazılı bildiriş (“whatsapp” və ya “sms” vasitəsilə də olar) verməlidirlər. - Müqavilənin 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən icarəyə verən İcarə haqqının vaxtında ödənilməsini tələb edə bilər və daşınar əmlakın məhv edilməməsini və ya zədələnməməsini tələb edə bilər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə Cavabdeh iddiaçıya məxsus avtomobili icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Lakin, o, müqavilə üzrə üzərinə düşən öhdəlikləri düzgün icra etməmiş, avtomobillə qəza törətmişdir. Daha sonra icarəyə verən tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilmişdir. Avtomobil icarəçidən geri alınsa da, avtomobilə dəymiş zərər sonuncu tərəfindən ödənilməmişdir. İşin mübahisəsiz hallarından və cavabdeh tərəfindən təsdiq edilmiş borcun etiraf edilməsi barədə ərizədən də görünür ki, cavabdehin iddiaçıya avtomobilə dəymiş maddi ziyana görə 250 manat məbləğində, inzibati tənbeh vermə haqqında qərara görə 51,20 manat cərimə məbləği və ödənilməmiş icarə haqqına görə 30 manat məbləğində borcu qalmışdır. Məhkəmə cavabdehin iddia tələbini qəbul etməməsinə tənqidi yanaşaraq hesab edir ki, cavabdehin iddia tələbini qəbul etməməsi ilə bağlı izahatı öhdəlikdən yayınmaq məqsədi daşıyır. Belə ki, cavabdeh daha əvvəl borcun etiraf edilməsi barədə ərizəni imzalamışdır. Həmçinin, tərəflər arasında “whatsapp” mesajlaşma tətbiqində olan mesajlardan görünür ki, cavabdeh öz borclarını etiraf etmişdir. Bu hissədə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması; 3) təqsir (qəsd və ya ehtiyatsızlıq); və 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllədən görünür ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (Maddə 700.1-700.3). Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, Cavabdeh hüquqa zidd əməli (inzibati xəta törətməsi) nəticəsində iddiaçının əmlakına zərər vurulmuşdur. İddia tələbinin yol xərci kimi 45 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə tələb əsaslı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 250 manat, avtomobil cəriməsinə görə 51,20 manat, ödənilməmiş icarə haqqı kimi 30 manat olmaqla cəmi 331,2 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar