Məhkəmə qərarları › İş №e-2(003)-22/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-22/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-22/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00030-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 kreditin əsas borcu üzrə 4275.32 manat məbləğində qalıq, ona hesablanmış 519.63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1393 manat məbləğində dəbbə pulu, cəmi 6187.95 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 81.88 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 10 mənzil 2-yə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 50000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 4275.32 manat məbləğində qalıq, ona hesablanmış 519.63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1393 manat məbləğində dəbbə pulu, cəmi 6187.95 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 81.88 manat məbləğində pulun İddiaçı BOKTASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00030-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 7 000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 10 mənzil 2-ni (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Seriya RX 0382642, tarix: xx.xx.2014) ipoteka predmeti kimi İddiaçı BOKTASC-yə təqdim etmiş və bu barədə xx.xx.2021-ci il tariхli, 2021/00030-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 50 000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKTASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən Cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00030-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 kreditin əsas borcu üzrə 4275,32 manat məbləğində qalıq, ona hesablanmış 786,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1932 manat məbləğində dəbbə pulu, cəmi 6993,95 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 81,88 manat məbləğində pulun tutulması, tələbin cavabdehlər Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 10 mənzil 2-yə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 50000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 4275,32 manat məbləğində qalıq, ona hesablanmış 786,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1932,0 manat məbləğində dəbbə pulu, cəmi 6993,95 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 81.88 manat məbləğində pulun İddiaçı BOKTASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 2021/00030-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 7 000 manat məbləğində krеdit vеrilmişdir. xx.xx.2021-ci il tariхli, 2021/00030-01İP №-li İpoteka müqaviləsinə əsasən, krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 10 mənzil 2-ni (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Seriya RX 0382642, tarix: xx.xx.2014) ipoteka predmeti kimi İddiaçı BOKTASC-yə təqdim etmiş. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 10 mənzil 2 saylı ev «FİNOKO” BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh2 iddiaçı "xxxx" BOKT ASC-yə xx.xx.2022-ci il tarixdə bağlanmış 2022/00144-01 saylı istehlak kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 4275,32 manat məbləğində qalıq, ona hesablanmış 786,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1932,0 manat məbləğində dəbbə pulu, cəmi 6993,95 manat borcu vardır. xx.xx.2024-cü il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh2 iddiaçı "xxxx" BOKT ASC-yə xx.xx.2022-ci il tarixdə bağlanmış 2022/00144-01 saylı istehlak kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 4275,32 manat əsas, 786,63 manat faiz, 1932,0 manat dəbbə, cəmi 26646,44 manat borcu vardır. "xxxx" BOKT ASC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ünvanlanmış bildirişin surətindən görünür ki, Kreditin təminatı qismində İpoteka saxlayan İddiaçı BOKT ASC ilə Bakı şəhəri 14 saylı notariat ofisində bağladığınız 08 Fevral 2021-ci il tarixli 3M- 373 reyestr nömrəli İpoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 53.05 kv.m ümumi, 28.45 kv.m yaşayış və 24.6 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində 00301 1000716-**********6 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın döv lət reyestrində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixə Sizin 08 Fevral 2021-ci il tarixli, 2021/00030-01 saylı kredit müqaviləsindən irəli gələn 4575,32 AZN məbləğində asas borc, 431,34 AZN məbləğində faiz borcu, 1071,00 AZN məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 6077,66 AZN məbləğində borcunuz yaranmışdır. Borc 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi proseduru başlanacaqdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəh., Xəzər ray., Buzovna qəs., Aruz Mirzəyev küç.,, ev 10, m.2 evinə tutma yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 3də yerləşən mənzilin xx.xx.2025-ci il vəziyyətinə bazar dəyəri 116.710.0 (yüz on altı min yeddi yüz on) manat, likvid dəyəri 105.039.0 (yüz beş min otuz doqquz ) manat məbləğində müəyyən olunmuşdur. Mənzilə baxış keçirilən məlum olmuşdurki qiymətləndiriləcək mənzil binanın birinci mərtəbəsidə yerləşir.Həmin mənzildə müəyyən artırma dəyişikliklər olunduğu və evin kvadrat metrinin artırıldığı mənzil haqqında yerləşdirilən fotoşəkillərdə aşkar şəkildə göstərilmişdir. Əlavə olunan kvadrat 100 kv.m-dir və sənədsizdir. Əlavə artırma üçün aparılmış qiymətləndirilmə sənədsiz mənzil üçün hesablanılmış qiymətdir və 1 kv.m-i 1000 AZNdən hesablanılmışdır. Beləliklə, Sənədli mənzilin bazar dəyiri 116.710 AZN Sənədsiz mənzilin bazar dəyəri 100.000 AZN (116.710 AZN--100.000 AZN-216.710AZN) Mənzilin ümumi bazar dəyəri 216.710 AZN. Sənədli mənzilin likvid dəyəri-105.039 AZN, Sənədsiz mənzilin likvid dəyəri 85.000 AZN (105.039 AZN, 85.000 AZN-190.039 AZN), Mənzilin ümumi likvid dəyəri -190.039 AZN müəyyən olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 81,88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və əsas verən Qanunda nəzərdə tutulmuş digər hallar nəzərdə tutulmuşdur. 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1- ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. “Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış istehlak kredit müqaviləsi əsasında kredit təşkilatından kredit alaraq üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Həmçinin, krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsi, ev 10/ mənzil 2 saylı yaşayış evi ipoteka ilə yüklü etmişdir. Verilmiş kreditlərin qaytarılmasının təminatı kimi bank və cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Cavabdeh bu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 1932,0 manat məbləğində deyil, 13,0 manat manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, 13,0 manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilən qanunvericilik akt normalarına əsasən hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia qeyd edilən hissələrdə təmin edilməli, 4275,32 manat əsas borc, 786,63 manat faiz borcu, 13,0 manat cərimə (dəbbə) pulu olmaqla, cəmi 5074,95 manat məbləğində pul Cavabdeh2 alınaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 81,88 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklar yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan əmlakın qiymətləndirilməsi ekspertizasının həvalə olunduğu "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış evinin likvid dəyəri 190039,0 manat məbləğində müəyyən edilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə tərəflər arasında mənzilin ilkin satış qiyməti barədə razılıq olmamasını, qiymətləndirmə aparmış "xxxx" MMC-nin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, onun tərəfindən aparılmış qiymətləndirməni ünvan 3 evinin ilkin satış qiyməti olaraq qəbul edilməsini mümkün hesab edir. Bu baxımdan ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməli olduğundan və yaşayış sahəsinin likvid dəyəri 190039,0 manat olduğundan mübahisəli yaşayış sahəsinin ilkin satış qiyməti 190039,0 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan pul vəsaiti İddiaçı BOKT ASC-yə olan borcun qaytarılmasına ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması Cavabdeh1 və Cavabdeh2 və orada yaşayan şəxsin əşyaları ilə birlikdə çıxardılması hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən daşınmaz əmlak(lar) ipoteka müqavilə(lər)si üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki ünvan 4 yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay ərzində Cavabdeh1 və Cavabdeh2 və digər şəxslər həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılmalı və ev boşaldılmalıdır. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən aydın olur ki, ekspertiza tədqiqatlarının dəyəri 500,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 500,0 manat məbləğində pul vəsaitinin 250,0 manatı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-dən, 250,0 manatı Cavabdeh2 alınaraq "xxxx" MMC, VÖEN **********, Bankın kodu 50500, müxbir hesab AZ10NABZ**********000005644, hesab nömrəsi AZ85ACAB******************** hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 4275,32 manat əsas borc, 786,63 manat faiz borcu, 13,0 manat cərimə (dəbbə) pulu, 81,88 manat dövlət rüsumu, cəmi 5156,83 (beş min yüz əlli altı manat, səksən üç qəpik) manat məbləğində pul Cavabdeh2 alınaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən mənzilə yönəldilsin. ünvan 4 ünvanda yerləşən mənzilin ilkin satış qiyməti 190039,0 (yüz doxsan min otuz doqquz) manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 5156,83 (beş min yüz əlli altı manat, səksən üç qəpik) manat məbləğində kredit borcu "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilsin. ünvan 4 ünvanda yerləşən evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılmaqla Cavabdeh1 və Cavabdeh2 və digər şəxslər fərdi yaşayış evindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 500,0 manat məbləğində pul vəsaitinin 250,0 manatı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-dən, 250,0 manatı Cavabdeh2 alınaraq "xxxx" MMC, VÖEN **********, Bankın kodu 50500, müxbir hesab AZ10NABZ**********000005644, hesab nömrəsi AZ85ACAB******************** hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar