Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2220/2023 01.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5608330A114 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh illik 21% ödəməklə, 83 ay müddətinə qaytarmaq şərti ilə 5974,36 manat kredit vermişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə banka xx.xx.2022-ci il tarixli RGTK5608330A114 saylı müqavilə üzrə əsas borca görə 5916,50 manat, faiz borcuna görə 395,80 manat olmaqla cəmi 6312,30 manat borcu yaranmışdır. Cavabdehə bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Ona görə də Cavabdeh xx.xx.2022ci il tarixli RGTK5608330A114 saylı müqavilə üzrə əsas borc üzrə 5916,50 manat, faiz borcuna görə 395,80 manat olmaqla cəmi 6312,30 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 83,12 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək təmin olunmasına etiraz etmədi və izahatında göstərdi ki, İddiaçı ASC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5608330A114 saylı kredit müqaviləsinə əsasən bank ona illik 21% ödəməklə, 83 ay müddətinə qaytarmaq şərti ilə 5974,36 manat kredit vermişdir. Maddi vəziyyəti sonradan pisləşdiyinə görə borcunu vaxtında qaytara bilməmişdir. Bundan sonra borcunu hissəhissə ödəyəcəkdir. Məhkəmə cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5608330A114 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə 83 ay müddətinə qaytarmaq, illik 21% ödəmək şərti ilə 5974,36 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli RGTK5608330A114 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2029-cu il tarixədək olan dövr ərzində hər ay 137,02 manat, xx.xx.2029-cu il tarixdə isə 142,55 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.4-cü bəndindən müəyyən olunur ki, bank bu bəndin yarımbəndlərində qeyd olunmuş hallarda kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 5974,36 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən imza edilməklə alınmışdır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli RGTK5608330A114 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5916,50 manat, faiz borcuna görə 395,80 manat olmaqla cəmi 6312,30 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli RGTK5608330A114 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehdən xx.xx.2022-ci il tarixli RGTK5608330A114 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5916,50 manat, faiz borcuna görə 395,80 manat olmaqla, cəmi 6312,30 manat tələbi əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli RGTK5608330A114 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5916,50 manat, faiz borcuna görə 395,80 manat olmaqla, cəmi 6312,30 (altı min üç yüz on iki manat, otuz qəpik) manat və dövlət rüsumuna görə 83,12 (səksən üç manat, on iki qəpik) manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-2220/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2220/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver