Məhkəmə qərarları › İş №e-2(003)-2289/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2289/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2289/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 465 saylı 22 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 22 iyun 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2.2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə cavabdehlərə xx.xx.2022-ci il tarixli, **********184 saylı xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5402,19 ABŞ dolları təşkil edir. Bundan 1878,91 ABŞ dolları əsas, 1451,20 ABŞ dolları faiz, 1624,10 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 447,98 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 465 №-li 22 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 22 iyun 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2.2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə cavabdehlərə xx.xx.2022-ci il tarixli, **********184 saylı xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5402,19 ABŞ dolları təşkil edir. Bundan 1878,91 ABŞ dolları əsas, 1451,20 ABŞ dolları faiz, 1624,10 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 447,98 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı cavabdehlərə qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1878,91 ABŞ dolları əsas, 1451,20 ABŞ dolları faiz, 1624,10 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 447,98 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5402,19 ABŞ dolları və iş üzrə ödənilmiş 112,0 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, pandemiya dövrü ilə əlaqədar olaraq iddiaçı vaxtıda məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilməmişdir. İddia müddətinin keçirilməsi üzürlü səbəbdən baş vermişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi Vəkil məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia tələbinin əsassız olmağından başqa hesab edir ki, pul tələb etmək üçün nəzərdə tutulmuş iddia müddəti də ötürülmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 22 iyun 2015-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. İddia tələbində qeyd edilir ki, “Cavabdeh2 və Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri ödəməmiş, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 2015-ci il tarixdən banka qaytarmamışdır.” Bununla da iddiaçı 465 saylı 22 iyun 2015-ci il tarixli sazişə istinad etmişdir. Həmin sazişə əsasən kreditin ödənilməsi müddəti 2 il, yəni 22 iyun 2017-ci il tarixədək müəyyən edilmişdir. Lakin zaminliyə Cavabdeh2 razılığı alnmamış, zaminlik müqaviləsindəki imza Cavabdeh2 aid deyildir. Hətta bir anlıq həmin sazişin tələblərini zaminlərə şamil edilməsini qəbul etsələr də belə, yenə də öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Həmin sazişə əsasən, kreditdən istifadə müddəti 22 iyun 2017-ci il tarixdə başa çatır və iddiaçı 2018-ci il tarixədək zaminə qarşı iddia irəli sürə bilərdi. İddiaçı isə hazırkı iddia tələbi ilə 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin oluna bilməz. Ərizə ilə müraciət edərək, iddiaçı tərəfindən verilmiş iddia müddətinin ötürüldüyündən, iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 iyun 2015-ci il tarixli 465 saylı kredit müqaviləsinə əsasən illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000,0 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22 iyun 2015-ci il tarixli 465 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 158,61 manat (sonuncu ay 158,71 manat) ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 22 iyun 2015ci il tarixli 465 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixə 1878,91 ABŞ dolları əsas, 1451,20 ABŞ dolları faiz, 1624,10 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 447,98 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5402,19 ABŞ dolları borcu vardır. İş materiallarında olan 22 iyun 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 öhdəliklərinin təminatı olaraq Cavabdeh2 zamin qismində borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3569/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3925/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş Apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3925/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3569/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə təqdbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən qalıq kredit borcunun restrukturizasiyası öz həllini tapmamış, bu istiqamətdə pretenziya qaydasına əməl edilməmişdir. Bu səbəbdən iddia ərizəsi MPM-in 259.0.1-ci maddəsinə görə baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3569/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə müəyyən olunur ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22 iyun 2015-ci il tarixli kredit razılaşması üzrə borcun qaytarılmasını tələb etmişdir. İş materiallarına əlavə edilən cavabdehlərin vəkili və nümayəndəsi Vəkilnın məhkəməyə ünvanladığı ərizədən görünür ki, cavabdehlər iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsini xahiş edilmişlər. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 465 №-li 22 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 22 iyun 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdehlər kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcları yaranmışdır. İddiaçı hazırkı iddia ilə əlaqədar 112,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş üzrə həmçinin müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 465 saylı 22 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh öhdəliyini icra etmədiyi üçün iddiaçı tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, (22 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2017-ci il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir.) Nəsimi Rayon Məhkəməsi iddia müddətinin keçməsini üzürlü sayaraq iş üzrə qətnamə qəbul etmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3569/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3925/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra iddiaçı hazırki iddia ərizəsi ilə yenidən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə, yəni Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardaddan 1 il keçəndən sonra müraciət etmişdir. Hazırda cavabdeh tərəf iddia müddətinin keçməsinə istinad edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin materiallarından görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Belə ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Digər tərəfdən, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Eyni zamanda, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 ilə “KredoBank» ASC arasında bağlanmış 465 saylı, 22 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2017-ci il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 11 fevral 2022-ci il qərarında deyilir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh tərəfin işin materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş edir. İddiaçı, iddia müddətinin keçirilməsini üzürlü səbəbdən baş verməsi ilə əlaqələndirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Lakin həmin halın məhkəməyə müraciət edə bilməməsinin üzürlü olması barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda da iddia müddətinin bərpa edilməsi barədə vəsatətlə də məhkəməyə müraciət etməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixdə iddia müddətinin axımı başlamış, iddia müddəti xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Eyni zamanda da Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3569/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia müddətinin axımı davam etmiş sayılır. Buna baxmayaraq, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı qəbul ediləndən 1 il sonra, yəni xx.xx.2022-ci ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Qanunvericilikdə fiziki şəxsin şəxsiyyəti ilə bağlı müstəsna hallarda pozulmuş hüququnun müdafiə edilməsi nəzərdə tutulsa da, bu hal hüquqi şəxslərə şamil olunmadığından, eyni zamanda iddiaçı pandemiyanın yazılı icraat qaydasında məhkəməyə həmin dövrdə ümumiyyətlə həmin kredit təşkilatının işləməməsi və ya fəaliyyətinin dayandırılması ilə bağlı sübut təqdim etmədiyindən pandemiya dövrünün mövcudluğu iddia müddətinin üzürlü səbəbdən keçirilməsi halı olaraq dəyərləndirilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, tərəflər arasındakı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3569/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə restrukturizasiya ilə bağlı iddia ərizəsinin baxılmamış saxlanılması iddia müddətinin axımının dayandırılması sayıla bilməz. Belə ki, iddia ərizəsinin baxılmamış saxlanılması əvvəldən iddia müddətinin axımının hüququn pozulduğu andan davam etməsi olaraq dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Eyni zamanda da Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3569/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının qəbul edilməsi nəticələnmiş mübahisə üzrə iddia ərizəsi məhkəməyə təqdim edilənədək artıq iddiaçı tərəfindən iddia müddəti keçirilmişdir. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın 112,0 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 112,0 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsi də rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia müddəti ötürülmüş və mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizə verdiyi iddia təmin edilə bilməz. Odur ki, iddia müddəti ötürüldüyündən təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar