Məhkəmə qərarları › İş №e-2(003)-2319/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2319/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2319/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun miras qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC) cavabdeh X2 qarşı borcun miras qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit borcu üzrə Banka ödənilməmiş borcu – 1502.71 manat əsas borc, 25.87 manat faiz borcu, 0.02 manat cərimə borcu olmaqla, cəmi 1528.60 manat məbləğində kredit borcunun və ödənilmiş 35.29 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh Böyükzadə İkmət Əli oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 18 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu Böyük-zadə İkmət Əli oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum Böyük-zadə İkmət Əli oğlunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2023-cü il tarixində vərəsəlik işi açılmışdır. Maliyyə arayışına əsasən, Böyük-zadə İkmət Əli oğlunun kredit borcu üzrə Banka ödənilməmiş borcu – 1502.71 manat əsas borc, 25.87 manat faiz borcu, 0.02 manat cərimə borcu olmaqla, cəmi 1528.60 manat borcu qalmışdır. Cavabdeh Böyük-zadə İkmət Əli oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında bank tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 1528.60 manat olduğundan, bank tərəfinən 35.29 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BPM**********89 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X8 arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə “Bank” tərəfindən kredit alana 18 ay müddətinə illik 20 % hesablanmaqla 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən və maliyyə arayışından görünür ki, X5 ödənilməmiş əsas borcu 1502,71 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, “Bank” tərəfi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 6-2-22/2-13211/2023 saylı məlumatından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh (şəxsiyyət vəsiqəsi: AZE********, FİN: xxxxxxx, təvəllüdü: xx.xx.1966) 28.10.022-ci ildə vəfat etmiş əri X4 qalmış mirası qəbul etmiş və xx.xx.2023-cü il tarixdə ona 2V-330, 331 reyestr nömrəli əmlak ilə bağlı vərəsəlik şəhadətnamələri verilmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2156 saylı məlumatından görünür ki, xx.xx.2023-cü il tarixli, 2V-330, 331 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras əmlaklar ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.6 kv.m. olan 2 otaqlı mənzil və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ibarətdir. “Elektron notariat” X1 əlavə olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-X5 vərəsəsi: BAKİ, MƏRDƏKAN QƏS, S.YESENİN KUÇ., EV 9, MƏN 14 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh QİZİ miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən “miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X8NA verilmiş **********29-05101-093011 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən BAKİ ŞƏHƏRİ, XƏZƏR RAYONU, MƏRDƏKAN QƏSƏBƏSİ, YESENİN KÜÇƏSİ, EV 9, MƏNZİL 14 ünvanında yerləşən ümumi sahəsi 55.6 kv/m, yaşayış sahəsi 32 kv/m, yardımçı sahəsi 23.6 kv/m, 2 otaqlı olan mənzildən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********TL30402 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək BAKİ ŞƏHƏRİ, XƏZƏR RAYONU, MƏRDƏKAN QƏSƏBƏSİ, YESENİN KÜÇƏSİ, EV 9, MƏNZİL 14 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə X8 arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən “Bank” tərəfindən 18 ay müddətinə illik 20 % hesablanmaqla 2000 manat məbləğində kredit verilmişdir. X5 ödənilməmiş əsas borcu 1502,71 manat manat təşkil edir. Həmçinin məhkəmə müəyyən etdi ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür və Cavabdeh X5 vərəsəsidir. X4 qalmış mirasa xx.xx.2023-cü il tarixli, 2V-330 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Cavabdeh borcun ödənilməsi bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********89 saylı kredit müqaviləsi üzrə 1502.71 manat əsas borc, 25.87 manat faiz borcu, 0.02 manat cərimə borcu olmaqla, cəmi 1528.60 manat borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 35,29 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 35,69 manat ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35,69 manat (dövlət rüsumu və xidmət haqqı) onun xeyrinə cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X5 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1502.71 manat əsas borc, 25.87 manat faiz borcu, 0.02 manat cərimə borcu olmaqla, cəmi 1528.60 manat borc və ödənilmiş 35,29 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 35,69 manat pul tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar