Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2322/2025 02.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək 10500 manat əsas borcun, 525 manat gecikdirmə faizinin, ödənilmiş 124 manat dövlət rüsumunun, həmçinin hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 320 manat ödəniş olmaqla, ümumilikdə 11469 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil göstərmişdi ki, İddiaçı ilə Cavabdeh arasında 29 mart 2024-cü il tarixində mövcud borcun etirafı haqqında müqavilə bağlanmış və cavabdeh ümumilikdə 11900 manat borc məbləğini 30 aprel 2024-cü il tarixindən başlayaraq, 30 avqust 2025-ci il tarixinə qədər hər ay 700 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh yalnız ilk iki ay (2024-cü ilin aprel və may ayları) üzrə ümumilikdə 1400 manat məbləğində ödəniş etmiş, bundan sonra müqavilə şərtlərinə əməl etməmiş və aylıq ödənişlərini dayandırmışdır. Hazırda cavabdeh tərəfindən 10500 manat əsas borc ödənilməmişdir. İddianın təmin olunmasını xahiş etmişdi. İddiaçının nümayəndəsi və vəkili İddiaçı məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdi. Cavabdeh məhkəmə iclasında göstərdi ki, iddianı qismən qəbul edir. Hal-hazırda onun iddiaçıya 9000 manat borcu var. Qalan borcunu da hissə-hissə qaytarmağa hazırdır. 525 manat faiz məbləği tələbini qəbul etmir. Həmçinin 320 manat vəkil xərcini də qəbul etmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı 11900 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə xx.xx.2024-cü il tarixli mövcud borcun etirafı haqqında müqaviləni və cavabdehin 1400 manat məbləğində ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh 10500 manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə mövcud borcun etirafı haqqında müqavilədə borcun ödənilməsi üçün son tarix 30 avqust 2025-ci il tarixi müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, gecikdirilmiş vaxt üçün illik beş faiz olan 525 manat tələbi əsassızdır və təmin oluna bilməz. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “hüquqi yardım haqqında” müqavilədən görünür ki, Vəkil İddiaçı hüquqi yardım göstərilməsini, İddiaçı isə 320 manat vəkil xərci ödəməyi öz üzərinə götürmüşdür. Məhkəmə vəkil xərcinin ödənilməsi ilə bağlı heç bir sübutun (ödəniş qəbzi və s.) təqdim olunmamasını nəzərə alaraq hesab edir ki, 320 manat vəkil xərci tələbi əsassızdır və təmin oluna bilməz. İş materiallarına əlavə edilmiş **********90 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 124 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarındakı qəbzi nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 124 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10500 manat (on min beş yüz manat) pul vəsaiti və ödənilmiş 124 manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2322/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2322/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver