Məhkəmə qərarları › İş №e-2(003)-2326/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2326/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2326/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Ləğv proseində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv proseində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv proseində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2015-ci il tarixli 1xx/xx/112836/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3103,84 (üç min yüz üç manat səksən dörd qəpik) manat məbləğində əsas borc, 3328,89 (üç min üç yüz iyirmi səkkiz manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 1046,11 (min qırx altı manat on bir qəpik) manat məbləğində cərimə borcu, 408,93 (dörd yüz səkkiz manat doxsan üç qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 7887,77 (yeddi min səkkiz yüz səksən yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində pulun, 98.88 (doxsan səkkiz manat səksən səkkiz qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra –Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 22 iyun 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/112836/15 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 3103,84 (üç min yüz üç manat səksən dörd qəpik) manat məbləğində əsas borc, 3328,89 (üç min üç yüz iyirmi səkkiz manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 1046,11 (min qırx altı manat on bir qəpik) manat məbləğində cərimə borcu, 408,93 (dörd yüz səkkiz manat doxsan üç qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 7887,77 (yeddi min səkkiz yüz səksən yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı Ləğv proseində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat vərərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarının surətindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 1xx/xx/112836/15 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, ləğv proseində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən illik 24 faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, QSC «Bank Standard» KB arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 3103,84 manat əsas borcu, 3328,89 manat faiz borcu, 1046,11 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 408,93 manat, ümumilikdə 7887,77 manat borcu mövcuddur. İş materiallarında olan görünür ki, cavabdehə yaranmış borcun qaytarılması haqqında bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi üçün iddiaçı tərəfindən 98,88 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən, ləğvetmə komissiyasının təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası ləğv edilən hüquqi şəxsin adından məhkəmədə çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, 1xx/xx/112836/15 kredit müqaviləsi üzrə 3103,84 manat əsas, 3328,89 manat faiz borcu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyrimütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2015-ci il tarixli, 1xx/xx/112836/15 kredit müqaviləsi üzrə 3103,84 manat əsas borca münasibətdə cavabdehdən 1046,11 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan dəbbənin (cərimə) məbləği xx.xx.2015-ci il tarixli, 1xx/xx/112836/15 kredit müqaviləsi üzrə 50 manat müəyyən edilməlidir. İddiaçının iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan faiz borcunun tutulması hissəsinə münasibət məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsionə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, 1xx/xx/112836/15 kredit müqaviləsi üzrə cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz dərəcəsi ilə hesablan 408,93 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökümət ödəniş portalından ödənilmiş ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 98,88 (doxsan səkkiz manat 88 qəpik) manat dövlət rüsumu ödənmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 98,88 (doxsan səkkiz manat 88 qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/112836/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3103,84 manat məbləğində əsas borc, 3328,89 manat faiz borcu, 50 manat məbləğində cərimə borcu, 408,93 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği ümumilikdə 6891,66 manat məbləğində pul və 98,88 (doxsan səkkiz manat 88 qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankının (ləğv prosesindədir) xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilsin. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli 1xx/xx/112836/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3103,84 manat məbləğində əsas borc, 3328,89 manat faiz borcu, 50 manat məbləğində cərimə borcu, 408,93 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği ümumilikdə 6891,66 manat məbləğində pul və 98,88 (doxsan səkkiz manat 88 qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankının (ləğv prosesindədir) xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar