Məhkəmə qərarları › İş №e-2(003)-2332/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2332/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2332/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.N.Qasımova iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı “BOKT Embafinans QSC” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 043-EMB-0502-21 saylı kredit müqaviləsinə əsasən "xxxx" QSC Cavabdeh 18 ay müddətinə qaytarmaq şərti ilə 1810 manat kredit vermişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməyərək kredit müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Hal-hazırkı tarixə Cavabdeh əsas borc üzrə 1216,30 manat və cərimə borcu 81,76 manat olmaqla cəmi 1298,06 manat borcu mövcuddur. Cavabdehə xx.xx.2021-ci il tarixli 17697/21 saylı pretenziya məktubu göndərilsə də, cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Ona görə də Cavabdeh əsas borc üzrə 1216,30 manat və cəriməyə görə 81,76 manat, ödənilmiş dövlət rüsumuna görə 32,98 manat olmaqla cəmi 1331,44 manatın "xxxx" QSCnin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 043-EMB-0502- 21 saylı müqavilədən müəyyən olunur ki, "xxxx" QSC borcalana onlar tərəfindən satışı həyata keçirilən istehlak məqsədilə 18 ay müddətinə, illik 0 %-lə qaytarmaq şərti ilə 1810 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən borcverənin, borcalan bu müqaviləyə və onun əlavəsinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə ödəniş məbləğlərini ödəmədikdə/vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini borcalandan tələb etmək hüququ vardır. Müqavilənin 3.1-ci bəndindən görünür ki, borcalan bu müqaviləyə və onun əlavələrinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə borcverənə ödənilməmiş məbləğin hər günü üçün 1 faiz məbləğində cərimə ödəyir. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli 043-EMB-0502-21 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində hər ay 101 manat, xx.xx.2022-ci il tarixdə isə 93 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli MA-0027044-22 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixli 043-EMB-0502-21 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1216,30 manat və cəriməyə görə 81,76 manat olmaqla cəmi 1298,06 manat borcu vardır. "xxxx" QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli 17697/21 saylı son xəbərdarlıqdan müəyyən olunur ki, borcverən borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin xx.xx.2021-ci il tarixli 043-EMB-0502-21 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının cavabdehdən əsas borca görə 1216,30 manat və cəriməyə görə 81,76 manat tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 043-EMB-0502-21 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1216,30 manat, cəriməyə görə 81,76 manat və dövlət rüsumuna görə 32,98 manat olmaqla cəmi 1331,04 (bir min üç yüz otuz bir manat, dörd qəpik) manat "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar