Məhkəmə qərarları › İş №e-2(003)-2338/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2338/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2338/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə cəmi 835 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli AA 01/034 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh ilkin ödniş 85 manat olmaqla 12 ay müddətində aylıq ödəniş 47 manat olmaq şərtilə “Samsung Galaxy A32/64GB” markalı mobil telefon satılmışdır. Cavabdeh müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Belə ki, cavabdeh ilkin ödəniş kimi nəzərdə tutulmuş 85 manat məbləğində vəsaiti ödədikdən sonra müqavilənin ayrılmaz tərkib hissəsi olan təhbil-təslim aktı ilə müqavilənin predmeti olan daşınar əşyanı mülkiyyətinə qəbul etmişdir. Buna baxmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 47 manat ödəməli olduğu halda aylar üzrə natamam ödənişlər etmişdir. Bir müddət sonra isə ödənişləri tam dayandırmışdır. Həmçinin İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli AA 01/035 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh ilkin ödəniş 180 manat olmaqla 12 ay müddətində aylıq ödəniş 78 manat olmaq şərtilə “Samsung Galaxy A72/128GB” markalı mobil telefon satılmışdır. Cavabdeh müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Belə ki, cavabdeh ilkin ödəniş kimi nəzərdə tutulmuş 180 manat məbləğində vəsaiti ödədikdən sonra müqavilənin ayrılmaz tərkib hissəsi olan təhbil-təslim aktı ilə müqavilənin predmeti olan daşınar əşyanı mülkiyyətinə qəbul etmişdir. Buna baxmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 78 manat ödəməli olduğu halda aylar üzrə natamam ödənişlər etmişdir. Bir müddət sonra isə ödənişləri tam dayandırmışdır. Hər iki nisyə alqı-satqı müaviləsi ürzrə borc cəmi 835 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildirişlər göndərilmiş, lakin göndərilmiş zərf rabitə orqanı tərəfindən üzərində “evdə yoxdur” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildiriş və təhvil-təslim aktından görünür ki, İddiaçı tərəfindən Cavabdeh “Samsung Galaxy A72 128 GB” markalı mobil telefon verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilkin 180 manat ödəniş etmək şərtilə “Samsung Galaxy A72 128 GB” markalı mobil telefona görə 12 ay müddətində hər ay 78 manat ödəməsi barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildiriş və təhvil-təslim aktından görünür ki, İddiaçı tərəfindən Cavabdeh “Samsung Galaxy A32 64 GB” markalı mobil telefon verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilkin 85 manat ödəniş etmək şərtilə “Samsung Galaxy A32 64 GB” markalı mobil telefona görə 12 ay müddətində hər ay 47 manat ödəməsi barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cavabdehə ünvanlanmış məktubun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən “Samsung Galaxy A32 64 GB” markalı mobil telefona görə yaranmış 299 manat və “Samsung Galaxy A72 128 GB” markalı mobil telefona görə yaranmış 536 manat borcun xx.xx.2023-cü il tarixədək ödəməsi tələb olunmuş, əks təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, iş üzrə iddiaçı tərəfindən cavabdehə “Samsung Galaxy A72 128 GB” markalı və “Samsung Galaxy A32 64 GB” markalı mobil telefonlar satılmışdır. Cavabdeh isə həmin telefonlara görə ilkin ödəniş etməklə qalıq qalmış borcun 12 ay müddətində hissə-hissə ödəməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh üzərinə götürdüyü ödəliklərin yerinə yetirməməsi müəyyən edildiyindən və bu görə də “Samsung Galaxy A72 128 GB” markalı mobil telefona görə 536 manat, “Samsung Galaxy A32 64 GB” markalı mobil telefona görə 299 manat, cəmi 835 manat borcu yaranmışdır. Yuxarıda qeyd olunab qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən yaranmış borcu tələb etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 835 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 835 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 835 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar