Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2341/2021 14.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 2231 manat borc, 557.75 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 2818.75 borc, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və izahat verərək onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan tikinti materialları olan qatqılar almış və qeyd olunan borcu geri qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra isə 15 fevral 2016-cı il tarixində tərtib olunan və cavabdeh tərəfindən imzalanan üzləşmə aktına əsasən, cavabdehin müqavilə üzrə İddiaçı MMC-yə 2231 manat məbləğində borcu olduğu müəyyən olunmuşdur. Həmçinin həmin borcun olması Bakı şəhər Prokurorluğuna verilmiş izahatda cavabdeh tərəfindən qəbul edilmişdir. Bu günə kimi cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Tərəflər arasında müqavilə bir dəfə bağlansa da, alqı-satqı münasibətləri müntəzəm şəkildə davam etmişdir. Göstərilənləri nəzərə alaraq, 2231 manat borc, 557.75 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 2818.75 borc, 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh oğlu iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ilə arasında bağlanmış 20 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən iddiaçıdan tikinti materialları olan qatqılar almışdır. Borcunun ödənilməsi üçün iddiaçıdan iki ay möhlət istəmiş, daha sonra borcunu ödəmişdir. Hazırda iddiaçıya borcu yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan, Cavabdeh oğlu ilə İddiaçı MMC arasında 20 oktyabr 2015-ci il tarixli 211.00023 №-li malların alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 11.02.2016-cı il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh oğlunun iştirakı ilə onun İddiaçı MMC-yə 2231 manat borcu olmağına dair akt tərtib olunmuş, həmin akt sonuncu tərəfindən imzalanmışdır. İddiaçı iddia tələbini qəbul etməyərək, iddiaçıya qeyd olunan borcu olduğunu və borcu qaytardığını bildirsə də, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, öz etirazını əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsinin izahatından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilməmiş və nəticədə 20 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən 2231 manat ödənilməmiş borcu qalmış, borcun gecikdirilməsinə görə 557.75 manat faiz borcu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı xeyrinə, Cavabdeh oğlundan 2231 manat ödənilməmiş borc, 557.75 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 2231 manat ödənilməmiş borc, 557.75 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti alınıb İddiaçınə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-2341/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2341/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver