Məhkəmə qərarları › İş №e-2(003)-2343/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2343/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2343/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000,0 manat pulun və ödənilmiş 100,0 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X1 uzun illərdir tanıyır. O, 2022ci ildə onunla razılaşmaha əsasən ona taksi fəaliyyəti ilə məşgul olması üçün avtomobil alıb verməli o isə hər ay qazancdan iddiaçıya gəlir verməli idi. Bu məqsədlə o, xx.xx.2022ci illə 12500 manat kredit götürüb Honda Civik markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil alaraq etibarnamə əsasında idarə etmək üçün cavabdehə verdi. O isə bir ay taksi gsbdikdən sonra qazanc olmadığı bəhanəsi ilə ödəniş etməkdən yayındı. Bu halda o, avtomobili satıb kredit borcunu ödəmək qərara gəldi. Çünki əlavə faiz və cərimə hesablanaraq borcu artırdı. O, işdən o vaxt etmədiyi üçün və cavabdehə inandığı üçün avtomobili satmağı ona həvalə etdi. Bunun üçün o cavabdehə avtomobilə sərəncam verilməsi üçün etibarnamə verdi, 2022-ci ilin aprel aymda cavabdeh ona tanışının lizinq yolu ilə avtomobili 12000 manata almaq istədiyini bildlirdi. O həmin məbləğin 4000 azn hissəsini nağd qalan 8000 azn hissəsini isə 2-3 gün ərzində lizinq şirkəti vasitəsilə ödəniləcəyini dedi. Bunun üçün o cavabdehə xx.xx.2022-ci də avtomobilə sərəncam verilməsi üçün etibarnamə verdi. Həmin gün cavabdeh avtomobili ona dediyinə görə lizinq şirkətinin nümayəndəsinin adına rəsmiləşdirmişdir. Həmin vaxt o 3100 manat pulu ödədi. Qalan məbləği isə ödəməkdən müxtəlif bəhanələrlə yaratmağa başladı. O, uzun müddət cavabdeh və ailəsi ilə danışıqdan sonra 3000 manatın qaytarılmasına nail oldu. Lakin qalan məbləği maddi imkanı olmadığı üçün qaytara bilmədiyini bildirdi. Onunla nə qədər danışıqlar aparsa da nəticə vermədi. Nəticədə iddiaçının banka olan borcunun ödənilməsində gecikmələr yarandı. O kredit öhdəliyinə görə əlavə faizlər və gecikmə cərimələri ödəmək məcburiyyətimdə qaldı. Nəticədə mən banka 6000 əvəzində 8000 manatdan artıq pul ödədi. İddiaçın məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş lakin vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iclası onların iştirakı olmadan keçirtməyi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdi və 6100,0 manat ödəniş etdiyini bildirdi. Hazırda onun 5900,0 manat borc qalmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başladılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı yazmış olduğu şikayət ərizəsi əsasında cinayət işinin başladılmasının rədd edilmiş. Gələcəkdə bu məsələ ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan Yelobank ASC hesabdan çıxarışlardan görünür ki, İddiaçı bankdan kredit götürmüşdür. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıdan 12000,0 manat dəyərində maşını satmaq üçün alıb, maşının pulundan cəmi 6100,0 manat iddiaçıya ödəniş edib. Qalan isə 5900,0 manat borcu ödənilməmiş qalmışdır. X3 vermiş olduqları izahatlarında borcu etiraf etmiş, qısa zamanda qaytaracaqlarını bildirmişlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı alqı-satqı müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada bağlanmış alqı-satqıya dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdehlərin əldə etdikləri əşyalara görə iddiaçıya ödənilməmiş 103 manat və 774 manat borcu vardır və bu halda cavabdehlər hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında alqı-satqıya dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün yazılı izahatları həmin əşyaların sonuncuya verilməsini təsdiq edir. Tərəflər arasında həmin əşyaların verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdehlər əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin əşyaların dəyəri olan pul məbləğini ona qaytarmalıdır. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə iddia tələbinin ödənilmiş 100,0 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5900,0 manat və cavabdehlərin hər ikisindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100,0 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5900,0 manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100,0 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar