Məhkəmə qərarları › İş №e-2(003)-2354/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2354/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2354/2025 15.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli nağd kredit müqaviləsi üzrə 1884,66 manat əsas, 0,02 manat faiz borcu olmaqla, cəmi 1884,68 manat borcun; xx.xx.2020-ci il tarixli tam kart müqaviləsi üzrə 402,9 manat əsas borcun və 42,89 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin azaldılması ilə bağlı ərizə təqdim edərək cavabdehdən xx.xx.2020-ci il tarixli nağd kredit müqaviləsi üzrə 1484,66 manat əsas, 0,02 manat faiz borcu olmaqla, cəmi 1484,68 manat borc; xx.xx.2020-ci il tarixli tam kart müqaviləsi üzrə 402,9 manat əsas borc olmaqla, iki müqavilə üzrə cəmi 1887,58 manat borcun və 42,89 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında göstərdi ki, X7 ilə bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 18% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, X7 ilə bağlanmış xx.xx.2020-ci il tarixli tam kart müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 24% dərəcəsi ilə 500 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh adına vərəsəlik işi açılmışdır. X1 xx.xx.2025-ci il tarixə xx.xx.2020-ci il tarixli nağd kredit müqaviləsi üzrə 1484,66 manat əsas, 0,02 manat faiz borcu olmaqla, cəmi 1484,68 manat borc; xx.xx.2020-ci il tarixli tam kart müqaviləsi üzrə 402,9 manat əsas borc olmaqla, iki müqavilə üzrə cəmi 1887,58 manat borcu yaranmışdır. Cavabdeh miras qoyan X4 "xxxx" ASC qarşısında olan öhdəliklərini icra etməmişdir. Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borcun qaytarılmasını təmin etməmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında göstərdi ki, iddia tələbini qəbul edir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tam kart müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X5 36 ay müddətində illik 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X5 48 ay müddətində illik 18 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 344369 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarıda olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vərəsəsi Cavabdeh X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 142,8 m2 olan fərdi yaşayış evindən və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən tam hissədə pay almalıdır. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2020-ci il tarixli nağd kredit müqaviləsi üzrə 1484,66 manat əsas, 0,02 manat faiz borcu olmaqla, cəmi 1484,68 manat borc; xx.xx.2020-ci il tarixli tam kart müqaviləsi üzrə 402,9 manat əsas borc olmaqla, iki müqavilə üzrə cəmi 1887,58 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən kredit müqavilələri üzrə yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmədə müəyyən olundu ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixdə tam kart müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X5 36 ay müddətinə illik 24% dərəcəsi ilə 500 manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixdə nağd kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X5 48 ay müddətinə illik 18% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. X7 xx.xx.2023-cü il tarixdə vəfat etdiyi üçün öhdəliklərini yerinə yetirə bilməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş xx.xx.2020-ci il tarixli nağd kredit müqaviləsi üzrə 1484,66 manat əsas, 0,02 manat faiz borcu olmaqla, cəmi 1484,68 manat borc; xx.xx.2020-ci il tarixli tam kart müqaviləsi üzrə 402,9 manat əsas borc olmaqla, iki müqavilə üzrə cəmi 1887,58 manat borc öhdəliyi yaranmışdır. Cavabdeh adına Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cu il tarixli, 2(102)-900/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə uyğun olaraq, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh ultanov Mirheybət Mirioğlunun vərəsəsi olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 142,8 m2 olan fərdi yaşayış evi və ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarət miras qəbul etmişdir. Buna görə də mərhum miras qoyan X6 mirasının borclarından çox olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli nağd kredit müqaviləsi üzrə 1484,66 manat əsas, 0,02 manat faiz borcu olmaqla, cəmi 1484,68 manat borc; xx.xx.2020-ci il tarixli tam kart müqaviləsi üzrə 402,9 manat əsas borc olmaqla, iki müqavilə üzrə cəmi 1887,58 manat borc tutulmalıdır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 42,89 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 42,89 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli nağd kredit müqaviləsi üzrə 1484,66 manat əsas, 0,02 manat faiz borcu olmaqla, cəmi 1484,68 manat borc; xx.xx.2020-ci il tarixli tam kart müqaviləsi üzrə 402,9 manat əsas borc olmaqla, iki müqavilə üzrə cəmi 1887,58 (min səkkiz yüz səksən yeddi manat əlli səkkiz qəpik) manat borcun və 42,89 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar