Məhkəmə qərarları › İş №e-2(003)-2362/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2362/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2362/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5203,23 manat əsas, 554,41 manat faiz, cəmi 5757,64 manat borcun və ödənilmiş 77,57 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 72 ay müddətinə 5241,42 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə Bank ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələrdə, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi etiraf edərək izahatında iddiaçıya 5203,23 manat əsas, 554,41 manat faiz, cəmi 5757,64 manat borcun olduğunu qəbul etmişdir. Maddi vəziyyəti pis olduğuna görə kredit üzrə ödənişlərinin apara bilmədiyini ona görə borcunun yarandığını bildirmişdir. Həmçinin hazırda da yaranmış borcu tam ödəmək imkanının olmadığını və ayda 50-60 manat məbləğində pul ödəməklə borcunu qaytara biləcəyini bildirmişdir. Krediti yaşadığı evin təmiri üçün götürmüş və Cavabdeh2 ona zamin durmuşdur. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin Xəzər filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK3762601A117 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 bank tərəfindən 72 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 5241,42 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC-nin Xəzər filialı ilə Cavabdeh2 xx.xx.2021-ci il tarixli Z-RGTK3762601A117 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 tərəfindən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK3762601A117 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürməsi haqqında bağlanmışdır. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1 İddiaçı ASC qarşısında xx.xx.2021-ci il tarixli RGTK3762601A117 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi xx.xx.2021-ci il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 125,55 manat, sonuncu ay 128,99 manat ödəniş etməklə yerinə yetirməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, İddiaçı ASC-nin Xəzər filialı tərəfindən Cavabdeh1 5241,42 manat məbləğində pul verilmişdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5203,23 manat əsas, 554,41 manat faiz borcu, cəmi 5757,64 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən iş üzrə cavabdehlərə aralarında bağlanmış müqavilələr əsasında yaranmış borcun 5 gün müddətinə ödənilməsi tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 77,57 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada İddiaçı ASC-nin Xəzər filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, sonuncu həmin kredit müqaviləsi üzrə bankdan 72 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 5241,42 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilə üzrə öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə məsuliyyəti borcalanla birgə qaydada Cavabdeh2, onunla bank arasında bağlanılmış zaminlik müqaviləsi əsasında öz üzərinə götürmüşdür. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməməklə müqavilə şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin də qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüyündən onunda iddiaçı qarşısında məsuliyyəti yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5203,23 manat əsas, 554,41 manat faiz borcu, cəmi 5757,64 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 77,57 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5203,23 manat əsas, 554,41 manat faiz borcu, cəmi 5757,64 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 77,57 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar