Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2392/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştrakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş ziyan olaraq 3.625 manat, qiymətləndirmə fəaliyyəti üçün ödənilmiş 300 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat, dövlət rüsumu üçün ödənilmiş 63 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə “Opel Vectra” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.Lakin iddiaçı avtomobili geri aldıqdan sonra onun yararsız vəziyyətə salındığını görmüşdür.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-1689/2023 nömrəli Qətnaməsindən görünür ki, “Opel Vectra” minik markalı, **- CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 099-019/2024 nömrəli qiymətləndirmə cədvəlindən görünür ki, “Opel Vectra” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 3625 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 9/6507 nömrəli ekspert rəyindən göünür ki, “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş qüsur aktında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1993-cü il buraxılışlı “Opel Vectra” minik markalı, **-CL- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3.575 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Bakı şəhəri 24 saylı Vəkil Bürosuna 300 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 63 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 63 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın qiymətləndirmə fəaliyyətinə görə 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, İddiaçı məhkəməyə bununla bağlı heç bir sübut təqdim etmədi.Bu səbəbdən iddia bu hissədə rədd edilməlidir Məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh vurulmuş ziyana görə 3.575 manat, 50 manat ekspertiza xərci, ödənilmiş 63 manat dövlət rüsumu və hüquqi xidmətə görə 300 manat borc olmaqla, cəmi 3.988 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı İddiaçı xeyrinə Cavabdeh vurulmuş ziyana görə 3.575 manat, dövlət rüsumuna görə ödənilmiş 63 manat və hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, cəmi 3.938 (üç min doqquz yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2392/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2392/2024
09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver