Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2412/2022 10.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli GTKR3189971A218 saylı kredit müaviləsi üzrə 4703.68 manat əsas borc, 1305.28 manat faiz borcu olmaqla, cəmi 6008.96 manat məbləğində borcun və xx.xx.2018-ci il tarixli **********01944104 saylı kredit xətti müqaviləsi üzrə 1152.63 manat əsas borc, 296.19 manat faiz borcu olmaqla, cəmi 1448.82 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 94.57 manat dövlət rüsumunun iddiaçı Kapital Bank ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kapital Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR3189971A218 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 6000 manat kredit verilmişdir. iddiaçı Kapital Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli **********01944104 saylı kredit xətti müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Kredit kart müqaviləsinin 4.1-ci maddəsinə əsasən kredit limiti 15000 manat həddində sms və digər vasitələrdən istifadə etməklə artırıla bilər.Kredit müqaviləsinə əsasəncavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərltərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli GTKR3189971A218 saylı kredit müaviləsi üzrə 4703.68 manat əsas borc, 1305.28 manat faiz borcu, xx.xx.2018-ci il tarixli **********01944104 saylı kredit xətti müqaviləsi üzrə 1152.63 manat əsas borc, 296.19 manat faiz borcu yaranmışdır. Bank tərəfindən dəfərlərlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin eidlməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və saatı haqında bildiriş cavabdehə çatdırılması üçün Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə göndərilmişdir. Lakin, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 21 sentyabr 2022-ci il tarixli məktubu ilə cavab olaraq cavabdehin həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli GTKR3189971A218 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 6000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli **********01944104 saylı kredit kartına dair müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə ilkin olaraq 1500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli GTKR3189971A218 saylı kredit müaviləsi üzrə 4703.68 manat əsas borc, 1305.28 manat faiz borcu, xx.xx.2018-ci il tarixli **********01944104 saylı kredit xətti müqaviləsi üzrə 1152,63 manat əsas borc, 296.19 manat faiz borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, bank cavabdehi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Borcalana 36 ay müddətinə illik faiz dərəcəsi 27% olmaqla 6000 manat məbləğdə kredit verilmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixli **********01944104 saylı kredit kartına dair müqaviləsinə əsasən Borcalana illik 25 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit xətti açılmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İddiaçı iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 94.57 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək bu borcun cavabdeh, yəni borcalan tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 94.57 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Məhkəmənin, sadalanan qanunvericilik normalarının tələblərinə əsaslanaraq gəldiyi qənaətə görə Cavabdeh xx.xx.2020-ci il tarixli GTKR3189971A218 saylı kredit müaviləsi üzrə 4703.68 manat əsas borc, 1305.28 manat faiz borcu, xx.xx.2018-ci il tarixli **********01944104 saylı kredit xətti müqaviləsi üzrə 1152.63 manat əsas borc, 296.19 manat faiz borcu və 94.57 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7552.35 (yeddi min beş yüz əlli iki manat, otuz beş qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 227, 233, 320-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Kapital Bank ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli GTKR3189971A218 saylı kredit müaviləsi üzrə 4703,68 manat əsas borc, 1305.28 manat faiz borcu, xx.xx.2018-ci il tarixli **********01944104 saylı kredit xətti müqaviləsi üzrə 1152,63 manat əsas borc, 296,19 manat faiz borcu və 94.57 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7552.35 (yeddi min beş yüz əlli iki manat, otuz beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-nin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-2412/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2412/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver