Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2415/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: İşin halları: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti borclu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair ərizə ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən 350 manat məbləğində əsas, 18 manat məbləğində faiz borcu, 51 manat məbləğində komissiya, 211 manat məbləğində cərimə olmaqla, cəmi 630 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********002 saylı mikrokredit müqaviləsinə əsasən cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 faiz ödəmək şərtilə 350 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məblği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərinin də (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etsə də, cavabdeh öhdəliyi vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin 350 manat məbləğində əsas, 18 manat məbləğində faiz borcu, 51 manat məbləğində komissiya borcu, 211 manat məbləğində cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı əlaqədar olaraq cavabdeh dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh xx.xx.2025-ci il tarixdə həmin bildirişi qəbul etmiş, lakin onun tərəfindən iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir əsaslandırılmış etiraz göndərilməmişdir Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə”) 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2). Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********002 saylı mikrokredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 30 gün müddətinə 60,85 faiz hesablanmaqla 350 manat kredit verilmişdir. Həmçinin həmin müqavilədən görünür ki, verilmiş kredit məbləğindən istifadəyə görə haqq: 17,50 manat, verilmiş kredit məbləğindən istifadəyə görə haqq, faizlə: 5.0 faiz, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 50,75 manat, illik faiz dərəcəsi: 60.85 faiz, ödəniləcək ümumi məbləğ: 418,25 manat, verilmiş kredit məbləğinin ödənilmə tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli **********002 saylı mikrokredit müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 350 manat məbləğində əsas, 18 manat məbləğində faiz borcu, 51 manat məbləğində komissiya, 211 manat məbləğində cərimə borcu olmaqla, cəmi 630 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehdən mikrokredit müqaviləsi üzrə tam borc məbləğinin 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 06 may 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır və həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, **********002 saylı mikrokredit müqaviləsi bağlanılmış, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh 30 gün müddətinə 60,85 faiz hesablanmaqla 350 manat kredit verilmişdir. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan öhdəliklər icra edilsə də, cavabdeh müqavilədən əmələ gələn öhdəliklərini yerinə yetirməmişdir. Bununla da cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehlərin 350 manat məbləğində əsas, 18 manat məbləğində faiz borcu, 51 manat məbləğində komisiya borcu yaranmışdır. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə də iddiaçının borcun qaytarılmasını və borc üzrə razılaşdırılmış faizin və komisiyanın ödənilməsini tələb etmək hüququ vardır. Habelə iddia tələbinin cərimə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçının müqavilə üzrə razılaşdırılmış cərimənin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lakin Mülki Məcəllənin tələbinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. O da qeyd edilməlidir ki, cərimə borcu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 350 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 211 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 25 manat məbləğində cərimə tutulmalıdır. Bundan başqa işə əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı hazırki işin məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək təmin edilmiş pul məbləği və həmin məbləğə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumunun ödənilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul tutulmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli **********002 saylı mikrokredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Cavabdeh həmin müqavilə üzrə yaranmış 350 manat məbləğində əsas borc, 18 manat məbləğində faiz borcu, 51 manat məbləğində komissiya və 25 manat cərimə borcu olmaqla, cəmi 444 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində əsas borc, 18 (on səkkiz) manat məbləğində faiz borcu, 51 (əlli bir) manat məbləğində komissiya və 25 (iyirmi beş) manat məbləğində cərimə borcu olmaqla, cəmi 444 (dörd yüz qırx dörd) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq Əsgərov
Məhkəmə qərarları › İş №e-2(003)-2415/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2415/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver