Məhkəmə qərarları › İş №e-2(003)-2418/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2418/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2418/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 4251,1 manat əsas borc, 90,3 manat faiz borcu olmaqla, cəmi 4341,4 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 63,41 manatın İddiaçı ASC-nin (ləğv prosesindədir) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətində 7857,32 manat məbləğində cavabdehə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün borcalanla birgə cavabdehlik daşımışdır. Lakin cavabdehlər iddiaçı qarşısında öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin 4251,1 manat əsas borc, 90,3 manat faiz borcu olmaqla, cəmi 4341,4 manat borcu yaranmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 100.LN.1676.100619.00001 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 illik 1 faiz dərəcəsi ilə 60 ay müddətində ödəmək şərtilə 7857,32 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 100.CL.100619.00001/a zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit borcunun vaxtında ödənilməsi üçün borcalanla birgə cavabdehlik daşımışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, cavabdehlərin iddiaçıya kredit müqaviləsi üzrə 4251,1 manat əsas borc, 90,3 manat faiz borcu olmaqla, cəmi 4341,4 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən cavabdehlərəə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərdən yaranmış tam borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən aralarında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə 7857,32 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsi ilə o kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Bunlara baxmayaraq, onlar öhdəlikləri lazımi qaydada icra etməmiş və kredit müqaviləsi və zaminlik müqaviləsinin şərtlərini pozmuşdurlar. Onların iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 4251,1 manat əsas borc, 90,3 manat faiz borcu tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 63,41 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə, 63,41 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ASC-nin (ləğv prosesindədir) xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 4251,1 manat əsas borc, 90,3 manat faiz borcu olmaqla, cəmi 4341,40 (dörd min üç yüz qırx bir manat qırx qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63,41 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar