Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2450/2024 08.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh3 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, M**********89 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2200 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən X5 mirasını qəbul etmiş vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müraciətləri əsasında xx.xx.2023cü il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən verilmiş BCOU-01/23 nömrəli, xx.xx.2023cü il tarixli məktuba əsasən X8 dekabr ayı üçün orta aylıq əmək haqqının üç misli müavinət və son haqq-hesabı 4383,17 manat, habelə vəfat edən işçinin ailə üzvünə maddi yardımın məbləği 5160 manat olmaqla, cəmi 9543,17 manat pul vəsaitindən ibarətdir. Maliyyə arayışına əsasən, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, BPM**********89 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, banka ödənilməmiş – 2198,31 manat əsas, 677,09 manat faiz borcu olmaqla, cəmi 2875,40 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 X1 vərəsələri kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 borcun qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 2875,40 manat olduğundan, 48,76 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Odur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********89 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit borcu üzrə - 2198,31 manat əsas, 677,09 manat faiz borcu olmaqla, cəmi 2875,40 manat, həmçinin ödənilmiş 48,76 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X12 iddiaya etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. Eyni zamanda iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh3 mərhum X5 anasıdır. Cavabdeh İddia ərizəsi ilə tanış olaraq, iddianı əsassız hesab edir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, BPM**********89 nömrəli Tam kart” müqaviləsi ilə "xxxx" ASC ilə Tərlan Məmmədov arasında sonuncunun adına ABB tərəfindən ikitərəfli ödəniş kartının buraxılmasına, Müştərinin adına bank hesablarının, kredit xəttinin açılmasına, Müştəri tərəfindən Tam Kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam Kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, ABB tərəfindən ayrılmış Kreditdən 10-cu bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin ABB-yə ödənilməsinə dair xüsusi şərlər tənzimlənmişdir. Müqavilənin 10-cu bənddə qeyd olunur ki, Tam Kartın təyinatı: Səxsi ehtiyacların ödənilməsi-istehlak məqsədləridir və Tam kartdan sahibkarlıq fəaliyyəti ilə bağlı hesablaşmaların və ya üçüncü şəxslərin ödənişlərinin (bu ödənişlər sui-istifadə hallarına yol verilərək, süni yolla caşback qazanmaqla nəticələndikdə) həyata keçirilməsi qadağandır. Yəni Bank tərəfindən Tərlan Məmmədova fərdi “Tam” kartı ilə acılan kredit xətti üzrə pul vəsaiti yalnız istehlakçının şəxsi ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuşdur və bu şərt xüsusi şərt kimi müqavilədə göstərilmişdir. 2001-ci ildən Tərlan Məmmədov anasından ayrı yaşamışdır. T.Məmmədov Mərdəkanda qeydiyyatda olsa da, faktiki olaraq Günəşli qəsəbəsi, İnqlab İsmayılov küçəsi, ev 11, mənzil 59 ünvanda ölüm gününədək yaşayırdı. X17 anasından ayrı yaşadığına görə onlar birgə təsərrüfat aparmamışlar və bir-birinin gəlirləri, xərcləri, kreditləri barədə məlumatları yox idi. 2023-cü ilin yanvar ayında Cavabdeh3 vərəsəlik işinin açılması barədə Bakı şəhəri 7 saylı xüsusi Notariat ofisinin xüsusi notariusu X6 ərizə ilə müraciət etmişdir. Notarius tərəfindən X17un iş yerinə (NQÇİ-nə), Azərbaycan Beynəlxalq Bankına T.Məmmədovun pul vəsaitləri barədə sorğu məktublar göndərilmişdir. Yəni notarius tərəfindən T.Məmmədovun ölümü ilə bağlı Banka rəsmi məlumat verilmişdir. Bank notariusun məktubuna cavab verməmişdir. Cavabdeh3 vərəsəlik şəhadətnaməsini 25 saylı notariat ofisində xx.xx.2023-cü ildə almışdır. 19 10 2023-cü ildə cavabdeh 25 saylı notariat ofisinə müraciət edərək, notarius F Səfərovdan xahiş etmişdir ki, T.Məmmədovun pul vəsaitləri ilə bağlı ABB-yə bir də sorğu göndərsin və eyni vaxtda notarius xx.xx.2023-cü il tarixdə saat 10:53:21 Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemi AR X14 xidmətlər X2 aktiv öhdəliklərin olub-olmamadığı barədə sorğu göndərmişdir. İki dəqiqədən sonra MKRS-dən cavab gəldi ki, X13 (FİN:2RTHAZ3) aktiv öhdəliyi müəyyən edilməmişdir. Notarius F.Səfərov cavabdehə izah etdi ki, banklara borc yoxdur. (MKRS cavabın mobil telefondan şəkili əlavə olunur). xx.xx.2024-cü ildə isə cavabdeh Azərbaycan Kredit Burosuna müraciət edərək,T.Məmmədovun aktiv öhdəlikləri barədə çıxarışı almışdır və müəyyən olundu ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinə ABB tərəfindən verilən məlumat düzgün deyil. İddiada Azərbaycan Beynəlxalq Bank tərəfindən mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə səy göstərilməsi barədə məlumat həqiqətə uyğun deyil. Cavabdehə bankdan nə məktub, nə telefona messaj, nə de zəng daxil olmamışdır. Bankın 6-2-22/2- 2751/2024 saylı Bildirişi isə səhf ünvana göndərilmişdir. Yəni Bank işçilərin səhlənkarlığına görə (bankın notariusa vaxtında cavab verilməməsi, bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinə dəqiq məlumat verilməməsi, Bank Bildirişi səhf ünvana göndərilməsi) cavabdeh borc haqqında düzgün məlumatı ala bilməmişdir və nəticədə borc üzrə faizlər də artmışdır. Cavabdeh hesab edir ki, "Tam Kart" kredit kartı üzrə borclar mirasa daxil deyil, çünki həmin pul vəsaitləri banka məxsusdur, öhdəliklər isə birbaşa şəxslə bağlıdır. Müqaviləyə əsasən Tərlan Məmmədov kredit kartı üzrə ayrılmış pul vəsaitinin 10-cu bənddə göstərilmiş təyinat üzrə istifadəsinə dair öhdəlikləri öz üzərinə götürmüşdür. Müqavilədə bu öhdəlik xüsusi sərt kimi qeydə alınmışdır (səxsi ehtiyacların ödənilməsi üçün). Şəxsin ölümündən sonra qeyd olunan bəndin icrası mümkün deyil. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə cavabdeh X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, M**********89 nömrəli kredit müqaviləsinə əsasən X8 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2200 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X5 xx.xx.2022-ci il tarixli, BPM**********89 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, banka ödənilməmiş – 2198,31 manat əsas, 677,09 manat faiz borcu olmaqla, cəmi 2875,40 manat borcu qalmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 3 iş günü müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 48,76 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında alınmış Bakı şəhəri 25 saylı notariat ofisinin 2N-145,146,147, 148, 153, 154 nömrəli notariat işinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 X1 vərəsəsi kimi tanınmış və “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən verilmiş BOOU-01/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən X8 dekabr ayı üçün orta aylıq əmək haqqının üç misli müavinət və son haqq-hesabı 4383,17 manat, habelə vəfat edən işçinin ailə üzvünə maddi yardımın məbləği 5160 manat olmaqla, cəmi 9543,17 manat pul vəsaitinə 1/3 irs almışdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında alınmış Bakı şəhəri 25 saylı notariat ofisinin 2N-145,146,147, 148, 153, 154 nömrəli notariat işinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 X1 vərəsəsi kimi tanınmış və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X8 verilmiş **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Dəniz geofizikasl” b/y-nin 14-cü cənub küçəsi, 419 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən 1/3 irs almışdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında alınmış Bakı şəhəri 25 saylı notariat ofisinin 2N-145,146,147, 148, 153, 154 nömrəli notariat işinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 X5 vərəsəsi kimi tanınmış və “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən verilmiş BOOU-01/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən X8 dekabr ayı üçün orta aylıq əmək haqqının üç misli müavinət və son haqq-hesabı 4383,17 manat, habelə vəfat edən işçinin ailə üzvünə maddi yardımın məbləği 5160 manat olmaqla, cəmi 9543,17 manat pul vəsaitinə 1/3 irs almışdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında alınmış Bakı şəhəri 25 saylı notariat ofisinin 2N-145,146,147, 148, 153, 154 nömrəli notariat işinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 X5 vərəsəsi kimi tanınmış və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X8 verilmiş **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Dəniz geofizikasl” b/y-nin 14-cü cənub küçəsi, 419 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən 1/3 irs almışdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında alınmış Bakı şəhəri 25 saylı notariat ofisinin 2N-145,146,147, 148, 153, 154 nömrəli notariat işinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 X5 vərəsəsi kimi tanınmış və “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən verilmiş BOOU-01/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən X8 dekabr ayı üçün orta aylıq əmək haqqının üç misli müavinət və son haqq-hesabı 4383,17 manat, habelə vəfat edən işçinin ailə üzvünə maddi yardımın məbləği 5160 manat olmaqla, cəmi 9543,17 manat pul vəsaitinə 1/3 irs almışdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında alınmış Bakı şəhəri 25 saylı notariat ofisinin 2N-145,146,147, 148, 153, 154 nömrəli notariat işinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 X5 vərəsəsi kimi tanınmış və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X8 verilmiş **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Dəniz geofizikasl” b/y-nin 14-cü cənub küçəsi, 419 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən 1/3 irs almışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə cavabdeh X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, M**********89 nömrəli kredit müqaviləsinə əsasən X8 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2200 manat məbləğində kredit limiti ayrılmışdır. X13 xx.xx.2022-ci il tarixində ölmüşdür. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 X1 vərəsəsi kimi tanınmışdırlar və onlar miras əmlakdan “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən verilmiş BOOU-01/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən X8 dekabr ayı üçün orta aylıq əmək haqqının üç misli müavinət və son haqqhesabı 4383,17 manat, habelə vəfat edən işçinin ailə üzvünə maddi yardımın məbləği 5160 manat olmaqla, cəmi 9543,17 manat pul vəsaitindən və ƏMDK-nin yanında DƏDRXnin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X8 verilmiş **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Dəniz geofizikasl” b/y-nin 14-cü cənub küçəsi, 419 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən 1/3 hisədə irs almışdırlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu tələb etməkdə haqlıdır. Göründüyü kimi, Bəhmən Xəlilovun xx.xx.2022-ci il tarixdə ölməsi ilə ondan “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən verilmiş BOOU-01/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən X8 dekabr ayı üçün orta aylıq əmək haqqının üç misli müavinət və son haqq-hesabı 4383,17 manat, habelə vəfat edən işçinin ailə üzvünə maddi yardımın məbləği 5160 manat olmaqla, cəmi 9543,17 manat pul vəsaitinə dair vərəsəlik açılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X5 vərəsəsi Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verərək, ondan miras qalmış pulu qəbul etmişlər. Göründüyü kimi, cavabdehlər mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmələrinə dair hərəkətlər edərək, miras əmlakı qəbul etmişlər. Bununla da, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsədirlər. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlər X11 və X9 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Bəhmən Xəlilov kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Belə olan halda iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, kredit borcu qeyd edilən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı 48,76 manat dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 31,04 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 31,04 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 10 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qydada xx.xx.2022-ci il tarixli, BPM**********89 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 2198,31 manat əsas, 677,09 manat faiz borcu, 48,76 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 2924,56 manat pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli, BPM**********89 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 2198,31 manat əsas, 677,09 manat faiz borcu, 48,76 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 2924,56 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-2450/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2450/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver