Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-2484/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixi, **********000002 saylı güzəştli kredit müqaviləsi üzrə 25 may 2023-cü il tarixə olan 1095,13 AZN (bir min doxsan beş manat on üç qəpik) əsas borc, 160,69 AZN (bir yüz altmış manat altmış doqquz qəpik) faiz borcu, 92,47 AZN (doxsan iki manat qırx yeddi qepik) cərimə borcu olmaqla, cəmi 1348,29 AZN (bir min üç yüz qırx səkkiz manal, iyirmi döqquz qəpik) borc məbləğinin və dövlət büdcəsinə ödənilmiş 33,49 AZN (otuz üç manat qırx doqquz qəpik) məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixi, **********000002 saylı güzəştli kredit müqaviləsi üzrə 25 may 2023-cü il tarixə olan 1095,13 manat əsas borc, 160,69 manat faiz borcu, 92,47 manat cərimə borcu olmaqla, cəmi 1348,29 manat borc məbləğinin və dövlət büdcəsinə ödənilmiş 33,49 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsini xahiş etməsi ilə əlaqədar e-2(003)-2482/2023 saylı mülki iş var. Göründüyü kimi, iddiaşı hazırki iddia üzrə təkrar müraciət etmişdir. Hazırkı iddia borcun qaytarılmasından ibarət olmaqla, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisədir, ona görə də sözügedən iddia artıq mövcud olduğundan hazırki tələbə məhkəmə qaydasında təkrar baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, artıq "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbi ilə bağlı məsələ üzrə mübahisə artıq məhkəmə icraatında olduqdan eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət edilməsi hüququ istisna edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-2484/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-2484/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver