Məhkəmə qərarları › İş №e-2(003)-2484/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2484/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2484/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixli 2212NZF saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-cü il tarixli 392NZVA saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 496 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 2211NZF saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli 101NZVA saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 55 manat məbləğində kredit verilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2024-cü il tarixli **********133 saylı və xx.xx.2024-cü il tarixli **********135 saylı bildiriş göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə 2212NZF saylı müqavilə üzrə cəmi borcu 516,42 manat, 2211NZF saylı müqavilə üzrə 58,04 manat təşkil edir. Ona görə də LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2212NZF saylı kredit müqaviləsi üzrə cəmi 516,42 manat olmaqla, bundan 496 manat əsas, 20,42 manat faiz borcu, xx.xx.2019-cu il tarixli 2211NZF saylı müqavilə üzrə cəmi 58,04 manat olmaqla, bundan 55 manat əsas, 3,04 faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən LPO İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 2212NZF saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana xx.xx.2014-cü il tarixli 392NZVA saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 496 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən borcalanla bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 392NZVA saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və onu xx.xx.2024-cü il tarixədək faiz ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. LPO İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli 2212NZF saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh 1 il güzəşt müddəti olmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində hər ay 10,55 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-cü maddəsinə əsasən bu müqavilə “kredit verən” tərəfindən bu hissənin bəndlərində göstərilən hallarda 2.4.5-ci bəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. Müqavilənin 2.2.4-cü bəndindən görünür ki, müqavilə üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmayaraq müəyyənləşdirilir. Borcverən LPO İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 2211NZF saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana xx.xx.2013-cü il tarixli 101NZVA saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 55 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən borcalanla bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli 101NZVA saylı kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və onu xx.xx.2024-cü il tarixədək faiz ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. LPO İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli 2211NZF saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh 1 il güzəşt müddəti olmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində hər ay 1,17 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-cü maddəsinə əsasən bu müqavilə “kredit verən” tərəfindən bu hissənin bəndlərində göstərilən hallarda 2.4.5-ci bəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. Müqavilənin 2.2.4-cü bəndindən görünür ki, müqavilə üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmayaraq müəyyənləşdirilir. LPO İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixli 2212NZF saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borca görə 496 manat, faiz borcuna görə 20,42 manat olmaqla cəmi 516,42 manat borcu vardır. LPO İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixli 2211NZF saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borca görə 55 manat, faiz borcuna görə 3,04 manat olmaqla cəmi 58,04 manat borcu vardır. LPO İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişlərdən müəyyən olunur ki, bank borcalana hər iki kredit müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 2212NZF saylı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 496 manat, faiz borcuna görə 20,42 manat olmaqla cəmi 516,42 manat, xx.xx.2019-cu il tarixli 2211NZF saylı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 55 manat, faiz borcuna görə 3,04 manat olmaqla cəmi 58,04 manat borcu yaranmışdır. Ona görə də məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 2212NZF saylı müqaviləyə əsasən əsas borca görə 496 manat, faiz borcuna görə 20,42 manat, xx.xx.2019-cu il tarixli 2211NZF saylı müqaviləyə əsasən əsas borca görə 55 manat, faiz borcuna görə 3,04 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 604,46 (altı yüz dörd manat, qırx altı qəpik) manat LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar