Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2486/2025 23.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.180 (on min yüz səksən) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 121 manat olmaqla cəmi 10.301 (on min üç yüz bir) manat pulun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh toyuq yetişdiriciliyi ilə məşğul olmaqdadır və onu qardaşı Rışad Əliyev vasitəsilə tanımışdır. 2022-ci il tarxidən cavabdeh çətinliyə düşdüyünü və borc olaraq ona köməklik göstərəcəyi halda çətin vəziyyətdən çıxacağını və onun borcunu da qısa müddət ərzində qaytaracağını bildirmişdir. Bu minvalla 2022-ci ilin iyul ayından başlamaqla cəmi 12.400 manat pul cavabdehə ödənilmişdir. 2023-cü ilin sonlarında vermiş olduğu borc məbləğindən sadəcə 2.220 manat geri ödənilmişdir. Cavabdeh tərəfindən guya vəziyyətinin yaxşı olmadığı bəhanəsi gətirilərək borcun qaytarılmasından müxtəlif səbəblər göstərilərək yayınılır. Qeyd edilən halları cavabdehlə aralarında aparılan ona məxsus ********** nömrəsinə bağlı“watsapp” yazışmaları da təsdiq edir. 26 dekabr 2023-cü il tarixdə yekun borc məbləğini tarixlərinin də qeyd olunduğu mətni mesaj şəklində cavabdehə göndərmişdir və o da hər hansı bir irad bildirməmiş və ona cavab olaraq “aydındır və tamam” yazmışdır. O yenə də ona 4 ay möhlət verdiyimi və hissə-hissə ödəməsini bilirdi. 01 may 2024-cü il tarixdə təkrarən ona yazdıqda “vallah pulum yoxdur”,-deyə cavab yazmışdır. Cavabdeh öz öhdəliklərini icra etməyərək borcun ödənilməsindən yayınmışdır. Yekunda onun cəmi 10.180 (on min yüzsəksən) manat borcu qalmışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh EMİS-dən məhkəmə ünvanlanmış ərizədə həqiqətən İddiaçı 12400 manat borc aldığını, bundan 2200 manatını qaytardığını, qalan 10180 manat məbləği yaxın zamanlarda qaytaracğına söz verir. İş materiallarına əlavə olunmuş sənədlər “Whatsapp” yazışmalının sürətindən görünür ki, İddiaçı Cavabdeh vermiş olduğu pulların siyahısını atmış (cəmi 12850, manat) və ödəməsi üçün 4 ay vaxt müəyyən etmişdir. Cavabdeh isə borcun məbləğinə etiraz etməmişdir. "xxxx" MMC-nin ödəniş qəbzlərinin sürətindən görünür ki, 510307******1747 saylı kart hesabına xx.xx.2022-ci il tarixdə 1000,0 manat, xx.xx.2022-ci il tarixdə 400,0 manat məbləğində pul yüklənmişdir. Pul köçürülmələri haqqında qəbzlərin sürətindən görünür ki, cavabdehə məxsus kart hesablarına müxtəlif vaxtlarda cəmi 9100,0 manat məbləğində pul köçürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması və toplanmış sübutlardan müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı qeyd edilmiş məbləğdə pul almış, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə qeyd edir, İddiaçı 12400,0 manat məbləğində pulu Cavabdeh vermişdir, cavabdehin də həmin pulu alması sübuta yetirilmişdir. İddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin puldan 2220,0manat qaytarıldığı, qalan məbləğin qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən müəyyən ödənişlər edilməsi, qalan borcun isə qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Bundan başqa Cavabdeh isə iddiaçıdan almış olduğu borc müqabilində ödəməli olduğu pul vəsaitini geri qaytarılması barədə hər hansı əsaslı və mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 10180,0 manat pulun İddiaçı cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. İşin halları və təqdim olunmuş sübutlarla iddiaçı tərəfindən cavabdehə pul verilməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında cavabdeh iddianı etiraf etmiş, iddianı etiraf etməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, pul məbləğinin həqiqətən də iddiaçı tərəfindən cavabdehə könüllü verildiyi, cavabdehin isə bu halı etiraf etmişdir. Cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və onların hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də, cavabdehin etirafı qəbul edilməlidir. Belə olan halda, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcun iddiaçıya qaytarmasına dair öhdəlik götürməklə, həmin vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, borcun qaytarılmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10180,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 121,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 121,0 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh cəmi 10180,0 manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 121,0 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10180,0 manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 121,0 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10301,0 (on min üç yüz bir manat) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-2486/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2486/2025
23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver