Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2489/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, iddiaçı Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə X3 arasında bağlanmış xx.xx.2020-cu il tarixli, BPM**********30 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən X3na 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 4.4.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 31 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 mirasını qəbul etmiş vərəsə Cavabdehnın müraciəti əsasında xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. xx.xx.2023-ci il tarixli maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş borcu - 1368,3 manat əsas borc, 164,95 manat faiz borcu olmaqla, cəmi 1533,25 manat borcu qalmışdır. Cavabdeh X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2023-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 1533,25 manat olduğundan, 30,35 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Ona görə cavabdehdən "xxxx" ASC-nin xeyrinə 1368,3 manat əsas borc, 164,95 manat faiz borcu və 35,35 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə həmin bildirişi qəbul etmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə X3 arasında xx.xx.2020-cu il tarixli BPM**********30 saylı “kredit müqaviləsi” bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən X3na şəxsi məqsədlər üçün illik 24% hesablanması şərti ilə 36 ay müddətinə 1500 AZN məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, X2 banka 1368,3 manat əsas borcu, 164,95 manat faiz borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə kredit borcunun ödənilməsinə dair xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşin materiallarında olan 31 saylı notariat kontorunun vərəsəlik iş haqqında məlumatın surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 268 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəs., Natəvan küçəsi, ev 15-də yaşamış mərhum X3 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Onun qanun üzrə vərəsəsi oğlu xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh təyin olunmuş və vərəsə kimi tanınmışdır.Şəhadətnamə verilən miras əmlak: AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD600002 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTK**********1745, mühərrikin nömrəsi 2106 ******* və buraxılış ili 2006-cı il olan VAZ 2106 MİNİK markalı **-TZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, X2 qanun üzrə vərəsəsi Cavabdehdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə 44 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh X3ndan qalmış VAZ 2106 markalı ** TZ *** qeydiyyan nişanlı avtomobili miras əmlak kimi qəbul etmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC olə X3 arasında bağlanmış xx.xx.2020-cu il tarixli BPM**********30 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən X3na şəxsi məqsədlər üçün illik 24% hesablanması şərti ilə 36 ay müddətinə 1500 AZN məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X3 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 1368,3 AZN məbləğində borcu qalmışdır. Borclu X3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və oğlu Cavabdehnın vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilməsi üçün vərəsəlik işi açılmışdır. Cavabdeh X3ndan qalmış VAZ 2106 markalı ** TZ *** qeydiyyan nişanlı avtomobili miras əmlak kimi qəbul etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış X2 oğlunun Cavabdeh tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1315 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X3 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X3 öldüyündən, Cavabdeh onun vərəsəsi olduğundan və X3ndan miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30,35 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1368,3 manat əsas borc, 164,95 manat faiz borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 35,35 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 1569,0 (min beş yüz altmış doqquz) manat tutularaq "xxxx" ASC –nə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(003)-2489/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2489/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver