Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2525/2024 19.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı Oktay oğlunun Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Oktay oğlu Cavabdeh qarşı – Cavabdeh oğlundan 9000 manat məbləğində pulun (zərər) və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1425 manat pulun (əldən çıxmış fayda), xx.xx.2024-cu il tarixli, 179 saylı Hüquqi yardımın göstərilməsi haqqında Müqaviləyə əsasən ödənilmiş 500 manat pul və ödənilmiş 123 manat dövlət rüsumunun dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim G.A.Əsədova) 07 iyul 2022-ci il tarixli, 1(005)-245/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Belə ki, Cavabdeh eribardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edib Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən bərbər salonuna Daşınmaz Əmlakın Dövlət Qeyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 fevral 2021-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən ofis mebel mağazasında 3.000 manat, 02 mart 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanda yerləşən «Karat» ev alqı-satqı ofisində 8.000 manat, ümumilikdə 11.000 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən zərərçəkmiş şəxs İddiaçı və məhkum Cavabdeh müdafiəçisi X4 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1668/2022 saylı qərarı ilə zərərçəkmiş şəxs İddiaçı və məhkum Cavabdeh müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxs İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmənin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-1386/2023saylıQərarına əsasən şikayət təmin edilməmişdir. Bildiririk ki, zərərçəkmiş şəxs İddiaçı cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona 11 000 manat məbləğdə maddi ziyan vurulsa da cinayət işinin istintaqı zamanı mülki iddiaçı qismində tanınmasını barədə ərizə verməmişdir. Qeyd edtməyi zəruri hesab edirik ki, Cavabdeh tərəfindən məhkəmə icraatı zamanı zərərçəkmiş şəxs İddiaçı vurulmuş ziyandan 2000 (iki min) manat ödənilmişdir. Lakin həmin dövrdən hazırki vaxta kimi Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. İddiaçı Oktay oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı Oktay oğlu məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən (şəxsi işlərilmə əlaqədar olaraq) iştirak edə bilməyəcəyini, iddianı müdaifə etdiyini, iddianın təmin edilməsi bardə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-1386/2023 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X2 barəsində olan 28 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs İddiaçı müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1668/2022 saylı qərarı ilə zərərçəkmiş şəxs İddiaçı və məhkum Cavabdeh müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsi və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh həbsdə saxlanıldığı 1(bir)gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla,ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanması, Cavabdeh üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, azadlığın məhdudlaşdırılması cəzasının icrasının Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, maddi sübut kimi tanınmış 02 mart 2021-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı Oktay oğlundan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən bərbər salonuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına dair əlyazma ilə icra edilmiş qəbzin cinayət işi materiallarında saxlanılması hökm edilmişdir. Hökmdən görünür ki, Cavabdeh eribardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edib Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən bərbər salonuna Daşınmaz Əmlakın Dövlət Qeyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 fevral 2021-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən ofis mebel mağazasında 3.000 manat, 02 mart 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanda yerləşən «Karat» ev alqı-satqı ofisində 8.000 manat, ümumilikdə 11.000 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 1(103)-1668/2022 saylı qərarından görünür ki, məhkum Cavabdeh tərəfindən zərərçəkmiş şəxs İddiaçı vurulmuş ziyandan 2000 (iki min) manat ödəmişdir. İş materiallarında olan “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış “Hüquqi yardımın göstərilməsi” haqqında xx.xx.2024-cü il tarixli, 179 saylı müqavilədən və qəbzdən görünür ki, hüquqi yardımın göstərilməsi ilə bağlı 500 manat pul İddiaçı tərəfindən Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilmişdir. Beləliklə, işin həqiqi halları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin müxtəlif vaxtlarda iddiaçıdan cəmi 11000,0 manat məbləğində pul vəsaitini alması, həmin pulldan 2000,0 manat qaytarması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hazırkı iş üzrə cavabdehin müxtəlif vaxtlarda iddiaçıdan pul vəsaitini alması hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Odur ki, iddia tələbi cavabdehdən 9000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. İşdən görünür ki, Cavabdeh eribardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edib Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən bərbər salonuna Daşınmaz Əmlakın Dövlət Qeyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 fevral 2021-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən ofis mebel mağazasında 3.000 manat, 02 mart 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanda yerləşən «Karat» ev alqı-satqı ofisində 8.000 manat, ümumilikdə 11.000 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur. İşdə olan sübutlarla cavabdeh tərəfindən iddiaçının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə sonuncuya məxsus 11000 (on bir min) manat pulu alıb ələ keçirərək dələduzluq etməsi, həmin puldan cavabdeh tərəfindən iddiaçıya 2000 (iki min) manat ödəməsi müəyyən edilir. Məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. İş materialları və işin tədqiq olunan hallarına əsasən, iddiaçıya 9000,0 manat məbləğində zərərin vurulması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hadisənin məhz cavabdeh tərəfindən törədilməsi hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alıb, qeyd olunanları və iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, cavabdehin törətdiyi cinayət əməli nəticəsində iddiaçının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə sonuncuya məxsus 9000,0 manat pulu alıb ələ keçirərək dələduzluq etməkdə təqsirlidir və ona görə də həmin məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə eyni zamanda iddianın puldan istifadəyə görə hesablanmış bank faizi kimi 1425 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 439.3-cü maddəsinə əsasə, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Göstərilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarından görünür ki, cavabdeh iddiaçıdan xx.xx.2021-ci il tarixdə sonuncu dəfə 8000,0 manat olmaqla ümumilikdə 11000,0 manat pul vəsaiti götürmüş, həmin puldan məhkəmə prosesi zamanı 2000,0 manat ödəmiş, hal-hazırda onun idiaçıya 9000,0 manat borcu qalmışdır. İdidaçı cavabdeh qarşı dəymiş ziyana görə pul tələbi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehə iddiaçıya borclu olduğu 9000,0 manat pul vəsaitinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrə, yəni 38 ay üçün illik 5 bank faizinin uçot dərəcəsi əsas götürülməklə əldən çıxmış fayda hesablanmalıdır. Buna görə də, cavabdeh iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, həmin pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə bank faizinin uçot dərəcəsi əsas götürülməklə cəmi 1425 manat (9000x5%=450/12=37,5x38ay=1425) məbləğində əldən çıxmış fayda hesablanmalı və 1425 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 500 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış “Hüquqi yardımın göstərilməsi” haqqında xx.xx.2024-cü il tarixli, 179 saylı müqavilədən və qəbzdən görünür ki, hüquqi yardımın göstərilməsi ilə bağlı 500 manat pul İddiaçı tərəfindən Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə təmin edilməli olduğundan, göstərilən məbləğ, yəni 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 123 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 9000 manat məbləğində pul vəsaiti, 1425,0 manat əldə çıxmış fayda, 500,0 manat hüquqi yardımla bağlı xərc və 123 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 11048 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı Oktay oğluna ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-2525/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2525/2024
19.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver