Məhkəmə qərarları › İş №e-2(003)-2533/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2533/2024

09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2533/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4981,05 (dörd min doqquz yüz səksən bir manat 05 qəpik) manat məbləğində zərərin və 69,82 (altmış doqquz manat 82 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 5050,87 (beş min əlli manat 87 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********995500192b2a)nk hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 03-14016 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********20000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 649,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2622,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat olmaqla, cəmi 5047,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Cavabdeh 885,60 manat zərərdən 66,15 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum 4981,05 (dörd min doqquz yüz səksən bir manat 05 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, iddianı qismən etiraf edir. Belə ki, o, 2021-ci ildə bir il kənar xətlə qoşulmaqla qazdan istifadə etmişdir. Lakin borc çox hesablanmışdır. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan 03-14016 saylı xx.xx.2023-cü il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi”ndən görünür ki, istehlakçı Cavabdeh enerji ilə təmin edilmişdir. İş materiallarından olan xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə olunması aşkar edilmişdir. İş materiallarından olan xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent təbii qazdan kənar xətt vasitəsi ilə istifadə edir. İş materiallarından olan xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İş materiallarından görünür ki, 5 akt üzrə cəmi 4981,05 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində (Abonent kodu: **********20000) 2021-ci ilin fevral, sentyabr, noyabr ayları və 2023-cü ilin noyabr və dekabr aylarında sayğacdan kənar qazdan istifadəyə görə 45.000 m3 həcmində, 5072,05 manat məbləğində əlavə borc hesablanaraq Cavabdeh abonent hesabına daxil edilmişdir. Bildiririk ki, 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X2”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu səbəbdən də ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində (Abonent kodu: **********20000) təbii qazdan sayğacdan kənar istifadə ilə bağlı 2021-ci ilin fevral, sentyabr və noyabr aylarında "Azəriqaz" İB tərəfindən yazılmış aktlar üzrə hesablanmış 20592 m3 qaz həcminin, yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin düzgün hesablandığını müəyyən etmək mümkün deyil.

1. Bu baxımdan da, analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, cavabdehin yaşayış evində 2021-ci ildə istifadə olunan 7 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3, 1 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3, 1 ədəd su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 m3, işləmə rejimi 12 saat olmaqla: “Təbii X2nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə 3 aylıq istifadə dövrü nəzərə alınaraq sayğacdan kənar qazdan istifadə etməsi nəticəsində qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: PQ-4 qaz plitəsi üçün - 1,2 m5 x 12 saat x 90 gün = 1296 m3: Su qızdırıcısı üçün - 1,5 m3 x 12 saat x 90 gün = 1620 m3, Dəmir soba üçün (qış mövsümü nəzərə alınmaqla) 1,4 m3 x 12 saat x 90 gün = 1512 m3, Akt üzrə cəmi: 1296 m3 + 1620 m3 + 1512 m3 = 4428 m3 “Təbii X2nın pozulması haqqında" xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə 3 aylıq istifadə dövrü nəzərə alınaraq: PQ-4 qaz plitəsi üçün - 1,2 m3 x 12 saat x 90 gün = 1296 m3, Su qızdırıcısı üçün - 1,5 m3 x 12 saat x 90 gün = 1620 m3, Akt üzrə cəmi: 1296 m3 + 1620 m3 = 2916 m3 “Təbii X2nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə 2 aylıq istifadə dövrü nəzərə alınaraq: PQ-4 qaz plitəsi Üçün - 1,2 m3 x 12 saat x 60 gün =864 m3; Su qızdırıcısı üçün - 1,5 m3 x 12 saat x 60 gün = 1080 m3, Dəmir soba üçün (qış mövsümü nəzərə alınmaqla) 1,4 m3 x 12 saat +15 gün=252 m3 Cəmi: 864 m3 + 1080 m3 +252 m3 =2196 m3 Ümumilikdə yuxarıda qeyd edilən 3 akt üzrə sayğacdan kənar qazdan istifadəyə görə qaz paylayıcısına vurulmuş ziyanın həcmi 4428 m3 + 2916 m3 + 2196 m3 = 9540 m3 təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının hal-hazırda qüvvədə olan “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200- 2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 2021-ci ildə yazılan aktlar üzrə hesablanan 9540 m3 qaz həcminin dəyəri 2164 manat (1200 m3 x 0,12 manat =144 manat, 1300 m3 x 0,20 manat = 260 manat, 7040 m3 x 0,25 manat = 1760 manat, 144 manat +260 manat+1760 manat =2164 manat) təşkil edə bilər. İddiaçı İB tərəfindən 2023-cü ilin noyabr və dekabr aylarında sayğacdan kənar qazdan istifadəyə görə tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” aktlarda sayğacdan kənar qazdan istifadə olunması nəticəsində qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması mövcud qaydalara uyğun aparılsa da, zərərin həcminin dəyəri düzgün hesablanmamışdır. Belə ki, qeyd olunan 2 akt üzrə dəymiş zərərin həcminin ümumilikdə 24.408 m3 (21852 m3 + 2556 m3 =24.408 m3) təşkil etdiyini nəzərə alaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının hal-hazırda qüvvədə olan “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbil qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 2023-cü ildə yazılan aktlar üzrə hesablanan 24.408 m3 qaz həcminin dəyəri 5881 manat (1200 m3 x 0,12 manat = 144 manat, 1300 m3 x 0,20 manat = 260 manat, 21.980 m3x 0,25 manat = 5477 manat, 144 manat +260 manat +5477 manat =5881 manat) təşkil edə bilər. Beləliklə, yuxarıda göstərilənlər üzrə abonent tərəfindən sayğacdan kənar qazdan istifadəyə görə, abonentin etdiyi ödənişlərdən borca görə 132 manat tutulma nəzərə alınmaqla vurulmuş zərərin məbləği ümumilikdə 7913 manat (164+5881-132=7913 manat) müəyyən edilə bilər. Azərbaycan Respubliasının Mülki Məcəlləsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin gecikdirməsi hesab edilir (maddə 445.2.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Həmçinin Mənzil Məcəlləsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (maddə 135.1). Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir (maddə 136.4). Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir (maddə 139.1). Məhkəmə iclasında cavabdeh 2021-ci ildə təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf etmişdir. Beləliklə cavabdehi etirafı nəzərə alınmaqla, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfində 2021-ci ildə təbii qazdan istifadə nəticəsində cəmi 2118,24 manat borcu yaranmışdır. Yuxarıda göstərilən hallara qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri pozmuş və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Ona görə də onun hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni 2021-ci ildə istifadə etdiyi təbii qaza görə yaranmış 2118,24 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Həmçinin də qaz paylayıcısı sayğaca müdaxilə barədə aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana (quruma), cinayət tərkibinin əlamətinə görə isə cinayət təqibi orqanına təqdim etməsi barədə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən etiraf edilməyən və qanuniliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyriqanuni istifadə etməsinə görə 2023-cü il üçün tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. İddiaçı tərəfin özünü istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən 2023-cü il üçün həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə vurulmuş zərərin əvəzi olaraq 2023-cü il üçün hesablanmış cəmi 2928,96 manat məbləğində borcun tutulması barədə iddiası həmin hissədə əsassız olduğundan təmin oluna bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 69,82 manat məbləğində dövlət rüsumundan 41,18 manat məbləğində pul cavabdehdən alınıb iddiaçının hesabına ödənilməli, 28,64 manat məbləğində dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Beləliklə, İddiaçı İB-yə vurulmuş 2118,24 manat pul, iddiaçı tərəfindən ödənilmiş 69,82 manat məbləğində dövlət rüsumundan 41,18 manat hissəsi olmaqla, ümumilikdə 2159,42 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı İB-yə vurulmuş 2118,24 manat pul, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan 41,18 manat hissəsi olmaqla, ümumilikdə 2159,42 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar