Məhkəmə qərarları › İş №e-2(003)-2534/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2534/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2534/2025 08.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2900,41 manat əsas borc, 147,92 manat faiz borcu olmaqla, cəmi 3048,33 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 50,48 manatın İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli RGTK2015732C299 saylı kredit müqaviləsinə əsasən onun kartına 59 ay müddətinə illik faiz dərəcəsi 18 faiz olmaqla 2900,41 manat mədaxil edilmişdir. Lakin cavabdeh iddiaçı qarşısında öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin 2900,41 manat əsas borc, 147,92 manat faiz borcu olmaqla, cəmi 3048,33 manat borcu yaranmışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli RGTK2015732C299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 18 faiz dərəcəsi ilə 2900,41 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə kredit müqaviləsi üzrə 2900,41 manat əsas borc, 147,92 manat faiz borcu olmaqla, cəmi 3048,33 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 09.0.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən yaranmış tam borcun ödənilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən aralarında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 18 faiz olmaqla 2900,41 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri götürməsinə baxmayaraq, o, öhdəlikləri lazımi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə 2900,41 manat əsas borc, 147,92 manat faiz borcu tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 50,48 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə, 50,48 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh 2900,41 manat əsas borc, 147,92 manat faiz borcu olmaqla, cəmi 3048,33 manat (üç min qırx səkkiz manat otuz üç qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42,41 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar