Məhkəmə qərarları › İş №e-2(003)-2544/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2544/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2544/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) ilə Cavabdeh Fəqani oğlu (bundan sonra cavabdeh) arasında bağlamış xx.xx.2023-cü il tarixli, **********000003 saylı Kredit müqaviləsinə əsasən borcluya illik 18% hesablanmaqla xx.xx.2025-ci il tarixinədək 1.500,00 (min beş yüz) manat məbləğində nağd kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, **********000003 saylı kredit müqaviləsinə əsasən: 4.1. Borcalan Bankdan bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 24 (iyirmi dörd) ay ərzində, Müqavilənin tərkib hissəsi sayılan 1 saylı Əlavəyə əsasən qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün Bankın əməliyyat saatlarında Bankın hesabına daxil olmuş olsun. 5.3. Kredit üzrə faizlər kreditin verildiyi günə faizləri şərti olaraq 360 gün götürülən faiz dövrünün günlərinin faktiki sayına görə hər gün illik 17% (on yeddi)-lə günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi və qaytarıldığı günlər üçün də hesablanır. 5.4. “Cari kredit üzrə illik nominal faiz dərəcəsi 17% və kreditin rəsmiləşdirilməsi, nağd məxaric, sığorta, qiymətləndirmə xərcləri də daxil olmaq üzrə faktiki illik faiz dərəcəsi 17.7%-dir. 6.2. Borcun faktiki olaraq ödənildiyi tarixədək, gecikdirilən əsas məbləğə 5.3. bəndində göstərilmiş faiz dərəcəsinə 1 günə düşən hissəsinin (17%) iki qat (34%) qədər gündəlik dəbbə pulu hesablanır və Borcalan tərəfindən ödənilir. Bildiririk ki, cavabdeh qeyd olunan müqavilə üzrə öhdəliklərini lazımınca və vaxtında yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixinə əsasən əsas borcu 1221,34 (min iki yüz iyirmi bir manat otuz dörd qəpik) manat, faiz borcu faiz borcu 74,90 (yetmiş dörd manat doxsan qəpik) manat, cərimə borcu 18,54 (on səkkiz manat əlli dörd qəpik) manat olmaqla, ümumi borc cəmi 1314,78 (on üç min üç yüz on dörd manat yetmiş səkkiz qəpik) manat təşkil edir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Beləliklə də cavabdeh müqavilənin şərtlərini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ödəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh Fəqani oğlu xx.xx.2023-cü il tarixli, **********000003 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan əsas borcu 1221,34 (min iki yüz iyirmi bir manat otuz dörd qəpik) manat, faiz borcu 74,90 (yetmiş dörd manat doxsan qəpik) manat, cərimə borcu 18,54 (on səkkiz manat əlli dörd qəpik) manat olmaqla, cəmi 1314,78 (on üç min üç yüz on dörd manat yetmiş səkkiz qəpik) manat borc məbləğinin və dövlət büdcəsinə ödəniliş 33,14 (otuz üç manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ümumilikdə 1347,92 ( min üç yüz qırx yeddi manat doxsan iki qəpik) manat borcun iddiaçı "xxxx" ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********000003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2025-ci ilədək illik 18 faiz dərəcəsi ilə 1500 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, **********000003 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 1221,34 manat əsas, 58,74 manat faiz, 3,24 manat cərimə, cəmi 1283,32 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 3 iş günü müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 33,14 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********000003 saylı kredit müqaviləsinə əsasən ona 1500,0 manat kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə borcu yaranmışdır. İş üzrə iddiaçı "xxxx" MMC həmin avadanlıqları Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə iddianın əsas borca münasibətdə yaranmış 74,90 manat faiz və 18,54 manat cərimə (penya) hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, **********000003 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024cü il tarixə 1221,34 manat əsas, 58,74 manat faiz, 3,24 manat cərimə, cəmi 1283,32 manat borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 74,90 manat faiz hesablanmasına dair sübutlarını tam şəkildə məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışı və digər sənədlər əsas götürülməli, cavabdehdən 58,74 manat faiz və 3,24 manat cərimə borcu tutulmalıdır. Yuxarıda göstərilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli, **********000003 saylı kredit müqaviləsinə əsasən 1221,34 manat əsas, 58,74 manat faiz, 3,24 manat cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 33,14 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli, **********000003 saylı kredit müqaviləsinə əsasən 1221,34 manat əsas, 58,74 manat faiz, 3,24 manat cərimə və 33,14 manat dövlət rüsumu, cəmi 1316,46 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli, **********000003 saylı kredit müqaviləsinə əsasən 1221,34 manat əsas, 58,74 manat faiz, 3,24 manat cərimə və 33,14 manat dövlət rüsumu, cəmi 1316,46 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməməlidir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar