Məhkəmə qərarları › İş №e-2(003)-2555/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2555/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2555/2023 31.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərmişdir ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********84 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 4 Saylı Bakı “Asan Xidmət” notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixdə 2V-330 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş qalan 923,85 manat borcu qalmışdır. Eyni zamanda bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********84 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank istehlak məqsədləri üçün 36 ay müddətinə qaytarmaq, illik 24 % ödəmək şərti ilə 1000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin maliyyə arayışından müəyyən olunur ki, borcalan X3 xx.xx.2020-ci il tarixli BPM**********84 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 923,85 manat borcu vardır. 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 305135 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölümün qeydə alınması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 621 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 1108 saylı məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X2 qalmış mirası qəbul etmiş və xx.xx.2023-cü il tarixdə ona 2V-330, 331 reyestr nömrəli əmlakla bağlı vərəsəlik şəhadətnamələri verilmişdir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli 6-2-22/2-14448/2023 saylı bildirişdən müəyyən olunur ki, bank borc alan X3 qanun üzrə vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, mərhum X3 xx.xx.2020-ci il tarixli, BPM**********84 saylı kredit müqaviləsi üzrə iddiaçıya 923,85 manat borcu ödənilməmiş qalmış, iddiaçı mərhumun miras əmlakı qəbul edən vərəsəsi Cavabdeh öhdəliyin icrası ilə bağlı müraciət etsə də, cavabdeh bu tələbi icra etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borclu olduqlarından iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh borca görə 923,85 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar