Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2585/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, **********000003 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas kredit müqaviləsi borcu üzrə 1175,30 AZN (bir min bir yüz yetmiş beş manat otuz qəpik), faiz borcu 153,78 AZN (bir yüz əlli üç manat yetmiş səkkiz qəpik), cərimə borcu 93,67 AZN (doxsan üç manat altmış yeddi qəpik) olmaqla, ümumilikdə 1422,75 AZN (bir min dörd yüz iyirmi iki manat yetmiş beş qəpik) borc məbləğinin və dövlət büdcəsinə ödənilmiş 34,23 AZN (otuz dörd manat iyirmi üç qəpik) məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx"ASC(bundan sonra iddiaçı) ilə Cavabdeh1 (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********000003 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə illik 18% hesablanmaqla 2000 (iki min) AZN məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, **********000003-1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 (bundan sonra cavabdeh) Cavabdeh1 öhdəlikləri üzrə məsuliyyəti tam olaraq üzərində götürmüşdür. Cavabdehlərin xx.xx.2022-ci il tarixə xx.xx.2021-ci il tarixli, **********000003 saylı kredit müqaviləsi üzrə iddiaçıya olan borcunun məbləği əsas kredit borcu üzrə 1175,30AZN(bir min bir yüzyetmiş beş manat otuzqəpik), faizborcu 153,78 AZN(bir yüzəlli üç manat yetmiş səkkizqəpik), cərimə borcu 93,67AZN (doxsan üç manat altmış yeddi qəpik) olmaqla, borcun cəmi məbləği 1422,75 AZN(bir min dörd yüziyirmi iki manat yetmiş beş qəpik) manat təşkil edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********000003 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə borc verən "xxxx" ASC-nin Dərnəgül filialı ilə borcalan Cavabdeh1 arasında borcalana istehlak məqsədi ilə 2000 manatın verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Dərnəgül filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********000003-1 nömrəli zaminlik müqavilələrindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliklərinin icrası ilə bağlı bank qarşısında borclu ilə birgə öhdəlik götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə 1175,30 AZN (bir min bir yüz yetmiş beş manat otuz qəpik), faiz borcu 153,78 AZN (bir yüz əlli üç manat yetmiş səkkiz qəpik), cərimə borcu 93,67 AZN (doxsan üç manat altmış yeddi qəpik) olmaqla, ümumilikdə 1422,75 AZN (bir min dörd yüz iyirmi iki manat yetmiş beş qəpik) manat məbləğində borcun borcu vardır. İş materiallarında olan bildirişlərin və xəbərnamələrin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdar edilmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqavilələrinə əsasən zaminlər qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımaqları öhdələrinə götürmüşlər. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehlərdən birgə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1175,30 AZN, faiz borcu 153,78 AZN, cərimə borcu 93,67 AZN olmaqla , ümumilikdə 1422,75 manat məbləğində borcun və 34,23 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1175,30 AZN, faiz borcu 153,78 AZN, cərimə borcu 93,67 AZN olmaqla , ümumilikdə 1422,75 manat məbləğində borcun və 34,23 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-2585/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2585/2022
19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver