Məhkəmə qərarları › İş №e-2(003)-2616/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-2616/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-2616/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı «X3» ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «X3» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X3» ASC Cavabdeh1 qarşı kreditin, kredit faizlərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsinə əsas kredit borcu üzrə 79.135,73 ABŞ dolları, faiz üzrə borc 5.836,75 ABŞ dolları, cəmi 84.972,48 ABŞ dolları məbləğində borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 435,05 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 51 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ünvanında yerləşən 0.068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinin yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2007-ci il tarixli 07DİK/07 saylı kredit müqaviləsi üzrə 84.972,48 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 435,05 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 51 AZN məbləğində pulun tutularaq iddiaçı"xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ünvanında yerləşən 0.068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 135.360 (bir yüz otuz beş min üç yüz altmış) AZN məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ünvanında yerləşən 0.068267 ha torpaq sahəsi və üzərində yerləşən 10/8 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «X3» ASC-nin nümayəndəsi X2 vəsatət təqdim edərək iddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair e-2(003)-2616/2024 saylı mülki işi Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASC-yə qarşı “ipozeka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin ləğvi” tələbinə dair dair e-2(006)2888/2024 saylı mülki iş ilə bir icraatda biləşdirilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında iddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair e- 2(003)-2616/2024 saylı mülki iş vardır. Nəsimi Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin ləğvi” tələbinə dair e-2(006)-2888/2024 saylı mülki iş vardır. Qeyd olunan iş xx.xx.2024-cü il tarixində məhkəmənin icraatına daxil olmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh2 xx.xx.2024-cü tarixində ipoteka predmetinə tutumanın yönəldilməsinə dair bildiriş göndərilmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanıldığı bildirilmişdir. Daha sonra isə həmin bildirişlər qeydə alınmışdır. Hazırda iddiaçı Cavabdeh2 yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixli bildirişi Nəsimi Rayon Məhkəməsində mübahisələndirir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli bildiriş ipoteka predmetinə tutmanın yönəldilməsinə əsas olduğundan, icraatınızda olan iş Nəsimi Rayon Məhkəməsinin icraatında olan digər işlə əlaqəlidir və həmin işin nəticəsinin icraatda olan işin nəticəsinə də birbaşa təsiri vardır. İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair e-2(003)-2616/2024 saylı mülki işi Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin ləğvi” tələbinə dair dair e-2(006)2888/2024 saylı mülki iş ilə bir icraatda biləşdirilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 44.2 və 44.6-cı maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim, həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin ləğvi” tələbinə dair e-2(006)-2888/2024 saylı mülki işlə, məhkəmənin icraatında olan iddiaçı «X3» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası əsasında olan mülki işin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan iddiaçı «X3» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair e-2(003)-2616/2024 mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin ləğvi” tələbinə dair e- 2(006)-2888/2024 nömrə mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın və iş materialları baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar