Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2623/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2(103)-8126/ 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 09 iyun 2006-cı il təvəllüdlü X4, 18 yanvar 2009-cu il təvəllüdlü X5 və 09 iyun 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat alimentin, cəmi 705 (yeddi yüz beş) manat alimentin mənim xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(003)-1726/2018 saylı qətnaməsi ilə (hakim Tərlan Əkbərov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbi üzrə iddia qismən təmin olunmuş, Cavabdeh tərəflərin birgə nikahından doğulmuş 09 iyun 2006-cı il təvəllüdlü X4, 18 yanvar 2009-cu il təvəllüdlü X5 və 09 iyun 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmışdır. Həmin qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2(103)-8126/ 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, hər bir uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 462 (dörd yüz altmış iki) manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmışdır. 2018-ci ildən 2024-cü ilə qədər yaşayış minimumu haqqında Azərbaycan Respublikasın Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu ölkə üzrə dəfələrlə artırılsa da, İddiaçı 2018-ci ildən 2024-cü ilə qədər alimetin miqdarının artırılması barədə iddia ilə məhkəməyə müraciət etməmişdir. Lakin hazırki maddi durumumunun çətinliyi, uşaqların məktəbdən əlavə hazırlığa getmələri, geyimləri, istirahətləri, müalicə xərcləri ilə bağlı, həmçinin Azərbaycan Respublikasında hər il uşaqların yaşayış minimumunun artırılması ilə əlaqədar, hesab edir ki, Cavabdeh tutulmalı olan alimentin məbləği artırılaraq dəyişdirilməlidir. 09 iyun 2006-cı il təvəllüdlü qızı X4 09 iyun 2024-cü il tarixdə 18 yaşı tamam olur. X7 Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Beynəlxalq münasibətlər ixtisasının İ kursunda bakalavr təhsil alır. Vəzifə Aslanlı ödənişli təhsil aldığı üçün tələbə təqaüdü də almır. A.Vəzifə hər gün universitetə getdiyi üçün yol pulu, yemək pulu, geyim, kitab və s. bir xeyli pul xərcləməli olur. Hazırda onun üçün cavabdeh aliment ödədiyindən o, həmin alimentin pulunu qeyd etdiyi xərclərinə sərf edir. Əgər 09 iyun 2024-cü il tarixdən onun alimenti kəsilərsə, onun və ailəsinin vəziyyəti çox çətinləşəcək, maddi durumu həddən artıq pis vəziyyətə düşəcək. Bu səbəbdən də, 09 iyun 2006-cı il təvəllüdlü qızı X4 09 iyun 2024-cü il tarixdə 18 yaşı tamam olmasına baxmayaraq, cavabdehdən onun üçün də aliment tutulmasını zəruri hesab edir. Övladları 18 yanvar 2009-cu il təvəllüdlü X8 və 09 iyun 2012-ci il təvəllüdlü X9 S.Rüstəmov adına Xarici dillər Gimnaziyasında oxuyurlar. Həmçinin 18 yanvar 2009-cu il təvəllüdlü X8 ürəyində olan problemlə əlaqədar həkim nəzarətindədir və hazırda da müalicə almaqdadır. Hesab edir ki, 3 uşağa görə cavabdehdən aldığı 462 (dörd yüz altmış iki) manat aliment 3 uşağın saxlanması və digər xərcləri üçün kifayət etmədiyindən, hər üç uşağa görə aldığı alimentin miqdarının artırılaraq, cavabdehdən hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat alimentin, cəmi 705 (yeddi yüz beş) manat alimentin tutulması zəruridir. 2018-ci ildən bu vaxta qədər görün neçə illər keçib, hər şeyin qitməti artıb. O, cavabdehin verdiyi aliment ilə uşaqları dolandırmaqda çox çətinlik çəkir. O, özü müəllimədir. Hər ay 500 (beş yüz) manat əmək haqqı alır. 500 manat əmək haqqı oun özünə (yeməyi, geyimi, yol pulu, xeyir-şərdə iştirak etmək və s.) güclə kifayət edir. Bir qadın, ana kimi həm uşaqların tərbiyəsi ilə məşğul olmaq, onların sağlamlığının və təhsilinin müsbət olması üçün bütün əziyyətlər onun üzərindədir. Qeyd etdiklərini nəzərə alaraq, Cavabdeh tutulan alimentin miqdarının artırılaraq sabit pul məbləğində, yaşayış minimumu həddində, 09 iyun 2006-cı il təvəllüdlü X4, 18 yanvar 2009-cu il təvəllüdlü X5 və 09 iyun 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat alimentin, cəmi 705 (yeddi yüz beş) manat alimentin müəyyən edilməsini istəyir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil Elektron Məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbində dəyişiklik edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli 2(007)-6059/ 2017 saylı qətnaməsi ilə müəyyın edilmiş alimentin miqdarının dəyişdirilərək, 18 yanvar 2009-cu il təvəllüdlü X5 və 09 iyun 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin mənim xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil hər biri ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə MŞB/2-00514 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki Cavabdeh ilkin Mediasiya Sessiyasında iştirak etməmişdir. İş materiallarından olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakultəsinin əyani şöbəsinin Beynəlxalq Münasibtələr ixtisasının 1-ci kurs, 192B qrup (ödənişli əsaslarla) bakalavr tələbəsidir. İş materiallarından olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8126/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1726 2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilmişdir. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli 2(003)6059/2017 saylı qətnaməsi ilə 09 iyun 2006-cı il təvəllüdlü X2, 18 yanvar 2009-cu il təvəllüdlü X5 və 09 iyun 2012-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 09 iyun 2006-cı il təvəllüdlü X2, 18 yanvar 2009-cu il təvəllüdlü X5 və 09 iyun 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat, cəmi 462 (dörd yüz almış iki) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına olan 140/01 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Xocalı rayon sakini İddiaçı həqiqətən Xəzər rayonu, Mərdəkan qəsəbəsi,"Günəşli" sanatoriyasında müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi aşağıdakılardan ibarətdir:
1. qızı X11 -2006
2. oğlu X12 -2009
3. oğlu X13-2012 Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı cavabdehlə birgə nikahdan doğulmuş iki uşağının müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırkı halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8126/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, 18 yanvar 2009-cu il təvəllüdlü X5 və 09 iyun 2012-ci il təvəllüdlü X6 yekinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 66 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1584 manat (66x2x12=1584) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 35,84 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8126/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 18 yanvar 2009-cu il təvəllüdlü X5 və 09 iyun 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 35,84 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zaur Tağıyev