Məhkəmə qərarları › İş №e-2(003)-2634/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2634/2022

19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2634/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 ,Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2310.31 AZN əsas kredit borcu, 310.09 AZN kreditdən istifadəyə görə faiz borcu, 0 AZN cərimə olmaqla,cəmi 2620.40 AZN, həmçinin 46.21 AZN məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 009CASA193180006 saylı 14 noyabr 2019-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh3na 18 ay müddətinə illik 23 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3500 AZN məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh1 ilə və Cavabdeh2 ilə kreditor arasında bağlanmış 009FİZAM77682001 saylı və 009FİZAM61702004 saylı xx.xx.2019-ci il tarixli zaminlik müqavilələrinə əsasən onlar, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh3 İddiaçıSC-yə xx.xx.2022-ci il tarixə 2310.31 AZN əsas kredit borcu, 310.09 AZN kreditdən istifadəyə görə faiz borcu, 0 AZN cərimə olmaqla,cəmi 2620.40 AZN borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 noyabr 2019-ci il tarixli, 009CASA193180006 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh3 arasında 18 ay kredit müddətinə 23 faiz ödəmək şərtilə 3500 manat kreditin verilməsi barədə bağlanmışdır. İş materiallarında olan 009FİZAM77682001 saylı və 009FİZAM61702004 saylı xx.xx.2019-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 009CASA193180006 saylı 14 noyabr 2019-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmələri barədə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli (14 noyabr 2019-ci il tarixli, 009CASA193180006 nömrəliyə) restrukzasiya razılaşmasına əsasən Cavabdeh3 2644,67 manat əsas 54,51 manat faiz borcunu 14 ay kredit müddətinə 23 faiz ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 009FİZAM77682002 saylı və xx.xx.2020-ci il tarixli 9FİZAM161702002 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 009CASA193180006 saylı 14 noyabr 2019-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmələri barədə bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 2310.31 AZN əsas kredit borcu, 310.09 AZN kreditdən istifadəyə görə faiz borcu, 0 AZN cərimə olmaqla,cəmi 2620.40 AZN məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC borclu Cavabdeh3 borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun 3 iş günü müddətində ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448, 739, 470 və 472ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2310.31 AZN əsas kredit borcu, 310.09 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla,cəmi 2620.40 AZN cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 46,21 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2310.31 AZN əsas kredit borcu, 310.09 AZN kreditdən istifadəyə görə faiz borcu, 0 AZN cərimə olmaqla,cəmi 2620.40 AZN, həmçinin 46.21 AZN məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2310.31 AZN əsas kredit borcu, 310.09 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2620.40 AZN, həmçinin 46.21 AZN məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 2666,61 (iki min altı yüz altmış altı manat altmış bir qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar