Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2660/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Cəmaləddin oğlundan xx.xx.2016-ci il təvəllüdlü X5 və 30 noyabr 2019cu ildə doğulmuş X12 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşaq üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutulub İddiaçı verilməsi, xx.xx.2016-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Cavabdeh Cəmaləddin oğlundan hər ay 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, eləcə də hazırkı iddia ərizəsi məhkəməyə verilərkən mediatora ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh Cəmaləddin oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-553/2022 saylı qətanməsi ilə, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-2175/2019 saylı qətnaməsi ilə, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hhər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğ Cavabdeh Cəmaləddin oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tutulun uşaq yetkinlik yaşına çatanadək İddiaçı verilməsi, xx.xx.2016ci il təvəllüdlü X5 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Cavabdeh Cəmaləddin oğlundan hər ay 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-775/2020 saylı qətnaməsinə əsasən, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh Cəmaləddin oğlundan 30 noyabr 2019-cu ildə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Qeyd edim ki, cavabdehdən tutulan aliment məbləği uşaqların saxlanılmasına çatmır və onların ehtiyyacını heç ödəmir. xx.xx.2016- ci il təvəllüdlü X8 leykoz xəstəsidir. Onun kliniki diaqnozu: kəskin leykoz, lomfoblast variantı, L1, KLL B İİ (common), orta risk qrupu, kəskin period. Hazırda X3 Respublikasında yerləşən X18 Hastanesinde ilik sümüyünün köçürülməsi əməliyyatı keçirilmişdir və vəziyyəti ağırdır. xx.xx.2016-ci il təvəllüdlü X8 uzun müddət müalicə və müaəyinə olunmalılıdır və həmin müalicə və müayinələrə həddindən çox pul gedir. Cavabdeh uşaqları ilə heç maraqlanmır. xx.xx.2016-ci il təvəllüdlü X5 nə əməliyyat zamanı, nə əməliyyatdan sonrakı dönəmlərdə səhhəti ilə maraqlanmamışdır. Qeyd edim ki, Rüqəyyanın bir dərmanı cavabdeh tərəfindən ödənilən aliment məbləğindən qat-qat yuxarıdı. İddiaçı təkbaşına uşaqlarına baxır, onların maddi ehtiyyaclarını qarşılayır. Bu da işləməyən, himayəsində leykoz xəstəliyi olan uşaq anası üçün həddindən artıq çətindir. Cavabdeh Cəmaləddin oğlu sabit pul məbləğində tutulan alimentdən başqa, qızı X5 xəstəliyi ilə əlaqədar digər əlavə xərclərin çəkilməsinə də cəlb edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, cavabdeh iddiaçıya uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa görə 150 manat, iki uşağa 300 manat aliment və xx.xx.2016-cı il təvəllüdlü X5 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə 50 manat müəyyən edilməsinə etirazları yoxdur. Cavabdeh iddiaya qarşı yazılı etirazla müraciət etmişdir. Yazılı etirazını onunla əsaslandırmışdır ki, hazırda o, heç bir yerdə işləmir, bu barədə olan sənədi etirazına əlavə edir. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-2175/2019 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay üçün 150 manat sabit pul məbləğində müəyyən edilmiş və xx.xx.2016-cı il təvəllüdlü X5 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə ondan bir il müddətinə hər ay 50 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda o, İddiaçı birgə nikahından 30 noyabr 2019-cu ildə doğulmuş X16 ayda 110 manat sabit pul məbləğində aliment, xx.xx.2016-cı il təvəllüdlü X7 görə hər ay 150 manat sabit pul məbləğində aliment ödəyir. Bundan əlavə o, iddiaçaya aliment borcunun olduğuna görə hər ay iddiaçıya 40 manat, ümumilikdə iddiaçıya hər ay 300 manat məbləğində aliment ödəyir. xx.xx.2016-cı il təvəllüdlü X8 xəstə olduğuna görə iddiaçı anası X10 adına sosial şəbəkələrdə 2020-ci ildən indiyə kimi maddi yardım göstərilməsi ilə əlaqədar paylaşım aparmış və X5 hesabına İnternasional Bank of Azərbaycanda 150.000 manatdan artıq pul vəsaiti toplanmışdır. Bununla əlaqədar arayış verilməsindən ötrü o, həmin Banka müraciət etmiş, lakin onlar bu barədə rəsmi hesabat verməmişdirlər. Həmin pulun toplanması onunla sübut edilir ki, iddiaçının WhatsApp Messenger yazışmasında qeyd edir ki, o, həmin toplanmış yardım pulundan ayrı xəstələrə də maddi köməklik göstərmişdir. Bundan əlavə o, WhatsApp Messenger yazışmasında qeyd edir ki, uşaqların hər ikisinə şərait yaratmış, hər cür əşyaları içində olmaqla mənzil almış, onların gələcəyinə kimi düşünmüşdür. Bundan əlavə X7 toplanmış maddi yardım hesabına iddiaçı atasına xarici maşın da almışdır. İddiaçı X13ma görə ayda DOST Xidmətindən 200 manat sosial pensiya alır, eyni zamanda X7 baxdığına görə ayda 100 manatda əlavə pul alır. Bu barədə arayış verilməsi üçün DOST Xidmətinə müraciət etmiş, lakin ona arayış verməmişdirlər. İddiaçı iddia ərizəsinə əlavədə qeyd edir ki, hazırda xx.xx.2016-cı il təvəllüdlü X5 ilik sümüyünün köçürülməsi üçün Türkiyyə Respublikasında yerləşən özəl X24 xəstəxanasına 45.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bununla əlaqədar qeyd etmək istəyir ki, dünyada heç bir Ölkədə özəl xəstəxanada nisyə əməliyyat aparılmır. Digər tərəfdən iddiaçı tərəfindən X1 əməliyyatı üçün o, heç bir maddi məsuliyyət daşımır, ən başlıcası buna maddi imkanı yoxdur, digər tərəfdən həmin əməliyyatın ölkədə pulsuz həyata keçirilməsi mümkün idi, lakin iddiaçı ölkədə həmin pulsuz əməliyyatı həyata keçirmək istəməmişdir. İddianın təmin edilməməsinə dair qətnamə qəbul edilsin. Məhkəmə iddiaçının nümayəndəsi vəkilinin və cavabdehin vəkilinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(050)-775/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2020-ci ildən başlayaraq Cavabdeh xx.xx.2019-cu ildə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 553/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-2175/2019 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay üçün 150 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğin Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tutulub uşaq yetkinlik yaşına çatanadək İddiaçı Turan qızına verilməsi, xx.xx.2016-cı il təvəllüdlü X5 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Cavabdeh hər ay 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə pul vəsaitinin tutulma müddətinin 1(bir) il müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası isə İddiaçı olan X8 xx.xx.2016-cı ildə anadan olmuşdur. İş materiallarında olan AA1351135 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.2019-cu ildə anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X19 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(050)- 775/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2020-ci ildən başlayaraq Cavabdeh xx.xx.2019-cu ildə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-553/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)- 2175/2019 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay üçün 150 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğim Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tutulub uşaq yetkinlik yaşına çatanadək İddiaçı Turan qızına verilməsi, xx.xx.2016-cı il təvəllüdlü X5 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Cavabdeh hər ay 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə pul vəsaitinin tutulma müddətinin 1(bir) il müəyyən edilməsi qət edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ kifayət etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimentin tutulması haqqında Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 2 ildən çox müddət, xx.xx.2019-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək müəyyən edilmiş 110 manat sabit pul məbləğində alimentin tutulması haqqında Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 4 ildən çox müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir ve alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-553/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(050)-775/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 190 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində iddia tələbində cavabdehdən hər uşağa 235 manat aliment tələbi ilə müraciət etsə də, ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsinin bu məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, öz-özlüyündə aliment məbləğiin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini, qanunvericiliklə aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olmasını, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmalıdır. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərinin nəzərə almalı olmasını əsas tutub hesab edir ki, ödəniməli olan aliment miqdarının 190 manat sabit pul məbləğində müəyyən olunması qanunidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində qeyd edilmişdir ki, limentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2016-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Cavabdeh Cəmaləddin oğlundan hər ay 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi məhkəmə ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda uşaqlarla əlaqədar valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 1 uşağa görə 190 manat aliment alır. Bundan başqa, Dövlət tərəfindən xəstə uşağına baxılmasına görə 80 manat, uşağın xəstəliyinə görə isə 200 manat, cəmi 280 manat müavinət verilir. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 diqnoz: kəskin leykoz, limfoblast variant, L1, KLL В İİ (common), orta risk qurupu, kəskin period, tam remissiya olan xəstəlik ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Milli Hematoiogiya-və - Transfuziologrya Mərkəzi uşaq şöbəsində qeydiyyatdadır və müalicə alır. İddiaçıya övladının hansı müddətə xəstəliyi ilə bağlı müalicə alması ilə bağlı məhkəyə hər hansı sübut təqdim edilməmişdir və həmin vaxt hazırki vəziyyətdə məlum deyildir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 10-cu maddəsinə əsasən dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır. Həmçinin, “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” var. Məhkəmə hesab edir ki, uşağın xəstəliyi ilə əlaqədar diyər əlavə xərclərin çəkilməsi (məsələn nəqliyyat və digər əlavə xərclərin çəkilməsi) labüddür, ona görə də, cavabdeh çəkilməsi zənin olan həmin xərclərə cəlb edilməlidir. İddiaçı cavabdehdən hər ay 300 manat əlavə xərc tələbini araşdırıraq məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iddiaçı cavabdehin 300 manat ödəmə qabiliyyətinə malik olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə uşağın xəstəliyi itə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sənədi, həqiqətən uşağın xəstəliyi ilə əlaqədar əlavə xərcin tələb olunduğunu, habelə əlavə xərclərdə hər bir valideynin iştirak etməli olduğunu, tərəflərin diqqətəlayiq olan digər maraqların« nəzərə atmaqla məhkəmə hesab edir ki, əlavə xərclərin məbləği 150 manat və tutulma müddəti 1 il müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə iddiaçıya izah ədir ki. uşağın müalicəsi gösterilən müddətdən sonra da davam edərsə bununla bağılı məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunan qanunvericilik akt normalarına məhkəmə, xx.xx.2016-cı il təvəllüdlü X2 diqnoz: kəskin leykoz, limfoblast variant, L1, KLL В İİ (common), orta risk qurupu, kəskin period, tam remissiya olan xəstəliyindən əziyyət çəkməsini, həqiqətən uşağın xəstəliyi ilə əlaqədar əlavə xərcin tələb olunduğunu, habelə əlavə xərclərdə hər bir valideynin iştirak etməli olduğunu, tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X5 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Cavabdeh hər ay 150 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə pul vəsaitinin tutulma müddəti 1 (bir) il müəyyən edilməlidir. Eyni zamanda məhkəmə iddiaçıya izah edir ki, uşağın müalicəsi göstərilən müddətdən sonra da davam edərsə bununla bağlı o, məhkəməyə müraciət edə bilər. Məhkəmə həmçinin iddianın 50 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edən zaman 50 manat mediasiya xərci ödəmişdir. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilərək cavabdehdən 50 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-553/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutulsun. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(050)-775/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutulsun. xx.xx.2016-cı il təvəllüdlü X5 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay 150 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə pul vəsaitinin tutulma müddəti 1 (bir) il müəyyən edilsin. Cavabdeh 50 manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-2660/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2660/2024
25.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver