Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2700/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 vərəsəsi Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli BPM**********11 saylı kredit müqaviləsi üzrə 1.787,83 manat əsas və ödənilmiş 37,88 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli BPM**********11 saylı kredit müqaviləsinə əsasən 1.787,83 manat əsas və ödənilmiş 37,88 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********11 saylı kredit müqaviləsinə əsasən ona müddəti 38 ay, illik 24 faiz dərəcəsi ilə 2.370 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsəsi Cavabdeh1dur. Filial tərəfindən verilmiş maliyyə arayıçına əsasən X2 banka ödənilməmiş 1.787,83 manat borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar qaydada həlli üçün vərəsə kimi müəyyən olunan Cavabdeh1 müraciət edilsə də, o öz öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. İş materiallarında olan "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********11 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 38 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 2.370 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, X3 xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-yə hər ay 89,7 manat (sonuncu ay 86,03 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2019-cu il tarixli BPM**********11 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 1.787,83 manat əsas, 38,28 manat rüsum üzrə borcu yaranmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X2 vərəsəsi olaraq Cavabdeh1 tanındığına görə o, borc barədə xəbərdar edilmiş borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2dur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, iddiaçı Bank ilə X3 arasında bağlanmış xx.xx.2019cu il tarixli BPM**********11 saylı kredit müqaviləsinə əsasən ona müddəti 38 ay, illik 24 faiz dərəcəsi ilə 2.370 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və vərəsələri Cavabdeh1 və Cavabdeh2dur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia cavabdehlərdən 1.787,83 manat əsas borcun tutulması hissəsində təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 37,88 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, 37,88 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.787,83 manat əsas borc, ödənilmiş 37,88 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2700/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2700/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver