Məhkəmə qərarları › İş №e-2(003)-2702/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2702/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2702/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və X1 xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 1459,56 AZN, faiz borcuna görə 24,92 AZN, cərimə borcuna görə 0 AZN olmaqla, borcun cəmi məbləği 1484,48 AZN məbləğində pulun və ödənilmiş 34.85 AZN məbləğində dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması; 2. Tələbin Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ağ rəngli, ban KMHDH41EBDU749786 olan, 99 TA411 qeydiyyat nişanlı, Hyundai ELANTRAmarkalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsi üzrə cəmi 11064,94 AZN məbləğində pulun və ödənilmiş 34,85 AZN məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; 3. İpoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin borcludan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 509,56 AZN, faiz borcuna görə 158,24 AZN, cərimə borcuna görə 0 AZN olmaqla, borcun cəmi məbləği 667,80 AZN məbləğində pulun və ödənilmiş 34.85 AZN məbləğində dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması; 2. Tələbin Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ağ rəngli, ban KMHDH41EBDU749786 olan, 99 TA411 qeydiyyat nişanlı, Hyundai ELANTRA markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsi üzrə cəmi 11064,94 AZN məbləğində pulun və ödənilmiş 34,85 AZN məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi;

3. İpoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin borcludan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsinə əsasən illik 22 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 13000 AZN məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 1.1., 1.3. və 1.5. bəndləri). xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesab lanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2024-cü il tarixinə Cavabdeh2 xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas kreditə görə 1459,56 AZN, faiz borcuna görə 24,92 AZN, cərimə borcuna görə 0 AZN olmaqla, borcun cəmi məbləği 1484,48 AZN təşkil edir. xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ağ rəngli, ban KMHDH41EBDU749786 olan, 99 TA411 qeydiyyat nişanlı, Hyundai ELANTR markalı nəqliyyat vasitəsinin İddiaçı ASC-nin “Nizami” filialı qarşısında xx.xx.2021-ci il tarixli nzaz12482 saylı İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Eyni zamanda, "xxxx" ASC-nin Nizami filialı ilə arasında bağlanmış zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən Borclu, Bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün Zamin və Borclu eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Bununla əlaqədar zaminə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə üzrə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 2.3.2-ci bəndinə əsasən Bank borc alan bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsini və borc alanın müqavilə üzrə banka olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı ASC ilə R.M.Əzimov arasında bağlanmış xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank istehlak məqsədi ilə 13000 manatı illik 22 faiz olmaqla 36 ay müddətinə kredit alana verməyi, kredit alan isə krediti və faizi ödəniş planına uyğun olaraq təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.3.2-ci bəndinə əsasən kreditin ödənişi gecikdirildikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və (və ya) öhdəliyin icrasının təminatı müqaviləsində (ipoteka, girov, zaminlik, qarantiya və s.) nəzərdə tutulmuş hallardan biri (və ya bir neçəsi) baş verdikdə kreditin verilməsini dayandırmaq, onun vaxtından əvvəl tələb etmək, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək bankın hüququdur. Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən müəyyən olunur ki, borcalan xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində hər ay 496,45 manat, xx.xx.2024-cü il tarixdə isə 498,35 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit verən İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 13000 manat məbləğində pul Cavabdeh2 tərəfindən qəbul edilmişdir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli RB-02/PK-2396 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1459,56 manat, faiz borcuna görə 24,92 manat, cərimə borcuna görə 0 manat olmaqla cəmi 1484,48 manat borcu vardır. İddiaçı ASC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli pretenziyalardan müəyyən olunur ki, borcverən borcluya borc qaytarılmadığı halda borcun tam həcmdə tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi və ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə bildirilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nzaz12482 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli nzaz12482 saylı kredit müqaviləsi yaranmış öhdəliyin təminatı olaraq Cavabdeh2 məxsus 2012-ci il buraxılışlı, ağ rəngli, ban KMHDH41EBDU749786 olan, ** TA *** qeydiyyat nişanlı, “Hyundai ELANTRA” markalı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AE № 091986 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** TA *** dövlət qeydiyyat nişanlı, « Hyundai ELANTRA »- minik markalı avtomobilin sahibi Cavabdeh2dur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, nzaz12482 saylı, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində qeydə alınaraq, bu barədə AA № 141720 saylı çıxarış verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 234176 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. «İpoteka haqqında» AR Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 37.3-cü bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Məhkəmə iclasında müəyyən edildi ki, krediti müqaviləsi əsasında cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin kreditin təminatı olaraq cavabdeh özünə məxsus olan « Hyundai ELANTRA » markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü etmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında ipoteka ilə yüklü edilərkən razılaşma olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 7000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən ipoteka predmeti olan əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirki, iddia ərizəsi təmin edilməli, Cavabdeh2 banka borclu olduğu 509,56 manat məbləğində əsas borc, 158,24 manat məbləğində faiz borcu olmaqla 667,80 manat və ödənilmiş dövlət rüsumuna görə 34,85 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh2 məxsus olan və xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Hyundai Elantra” minik markalı ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilə (buraxılış ili 2012, ban- KMHDH41EBDU749786, rəngi - ağ) yönəldilməli və həmin avtomobil ilkin satış qiyməti 7000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait Cavabdeh2 İddiaçı ASC-yə olan cəmi 667,80 manat məbləğində borcun ödənilməsinə yönəldilməli, realizə edilmiş ipoteka predmeti olan “Hyundai Elantra” minik markalı ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənildikdən sonra artıq qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh2 banka borclu olduğu 509,56 manat məbləğində əsas borc, 158,24 manat məbləğində faiz borcu olmaqla 667,80 manat və ödənilmiş dövlət rüsumuna görə 34,85 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh2 məxsus olan və xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Hyundai Elantra” minik markalı ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilə (buraxılış ili 2012, ban- KMHDH41EBDU749786, rəngi - ağ) yönəldilsin və həmin avtomobil ilkin satış qiyməti 7000 manat müəyyən edilməklə açıq hərracdan satılsın, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait Cavabdeh2 İddiaçı ASC-yə olan cəmi 667,80 manat məbləğində borcun ödənilməsinə yönəldilsin. Realizə edilmiş ipoteka predmeti olan “Hyundai Elantra” minik markalı ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənildikdən sonra artıq qalan məbləğ Cavabdeh2 qaytarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar