Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2720/2024 08.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7768,07 manat əsas borcu, 799,05 manat faiz borcu, iddia qaldırılması üçün ödənilmiş 105,68 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış BPM**********73 nömrəli, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən borcalana 48 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 14000 manat məbləğində kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış BPM**********73 nömrəli, xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsinə əsasən, zamin BPM**********73 nömrəli, xx.xx.2021-ciil tarixli Kredit müqaviləsi ilə borcalanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borclular kredit müqaviləsi üzrə vəsaitdən istifadə etmiş, lakin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Cavabdehlərə BPM**********73 nömrəli, xx.xx.2021-ci il tarixli kredit və zaminlik müqavilələri üzrə borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildirişlər göndərilərək xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Beləliklə, cavabdehlərə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdehlər tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından da göründüyü kimi, cavabdehlərin müqavilə üzrə banka borcu – 7768.07 manat əsas, 799.05 manat faiz borcu olmaqla, cəmi 8567.12 manat təşkil edir. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 8567.12 manat olduğundan, onlar tərəfindən 105.68 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək onun təmin edilməsinə etiraz etmədi və bildirdi ki, iş yeri olmadığına görə maddi çətinlikləri olmuşdur. Buna görə də borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********73 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədi ilə 48 ay müddətinə, qaytarmaq, illik 22% ödəmək şərti ilə 14000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********73 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, borcalan müqavilə üzrə ödənişləri xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 441,09 manat, xx.xx.2025-ci il tarixdə isə 440,79 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli BPM**********73 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə Cavabdeh2 əsas borcu 7768,07 manat, faiz borcu 799,05 manat olmaqla, cəmi borcu 8567,12 manat təşkil edir. Kredit verən "xxxx" ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********73 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borcalan Cavabdeh2 məbləği 14000 manat, müddəti 48 ay olan xx.xx.2021-ci il tarixli BPM**********73 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 6.1-ci bəndindən görünür ki, bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və xx.xx.2028-ci il tarixədək qüvvədədir. "xxxx" ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank cavabdehlərə kredit müqaviləsi üzrə gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə müqavilənin ləğv ediləcəyini və daha sonra məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********73 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 7768,07 manat, faiz borcuna görə 799,05 manat borcu yaranmışdır. Ona görə də, məhkəmə iddia tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli müqaviləyə görə əsas borca görə 7768,07 manat, 799,05 manat faiz borcu olmaqla 8567,12 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 106,08 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-2720/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2720/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver