Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2742/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası, Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 4406,40 manat zərərin, 189,08 manat depitor borcun, 65,96 manat dövlət rüsumunun, cəmi 4661,44 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 137768 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X1 Departamenti tərəfindən **********03455 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4406,40 manat manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 189,08 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 4595,48 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4406,40 manat manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 189,08 manat və 65,96 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4661,44 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı 4595 manat borcun silinməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən guya Xəzər rayonu, Binə qəsəbəsi ünvanında ona məxsus evdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında barəsində məhkəmədə iddia qaldırılmışdır. Ona bu barədə məlumat verildikdən sonra, məsələni araşdırdığı zaman Azəriqaz tərəfindən 4595 manat məbləğində cərimə hesablandığı bəlli olmuşdur. Qeyd edir ki, sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Onun həmin qaz sayğacına müdaxilə etmək imkanı heç vaxt belə bir niyyəti olmamışdır. Buna baxmayaraq İddiaçı tərəfindən ona əsassız olaraq yüksək məbləğdə borc hesablanmışdır. Bildirir ki, cavabdeh təşkilat qaz xəttinə bu məbləğdə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, həmin ünvanda qazdan 1 ay istifadə etməmişdir. 3-5 gün, ən çox istifadə etdiyi isə 10 gün olmuşdur. İstifadə etdiyi 2 gözlü qaz peçidir və iran sobasıdır. Ünvanda hamam yoxdur. 10 gün sayğacdan kənar qazdan istifadə etmişdir. Noyabr ayının axırlarında İddiaçı İB-nə müraciət etmiş, dekabr ayının əvvəlində isə ona məxsus ünvana syğac qoymuşdurlar. İlkin iddia tələbinin rədd qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X1 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli, 137768 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə kənar xətt kəsilmiş, dəymiş zərərin hesablanıb ödənilməsi qeyd edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 4406,40 manat (36720 m3 x 0,12 manat = 4406,4manat) məbləğində pul borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********03455 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) 2022-ci ilin dekabr ayınadək ümumilikdə cəmi 4595,48 (4406,40 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə akt əsasında hesablanmış borc, 189,08 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 65,96 manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı İstehsalat Biriliyi ilə arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-cı il tarixli 137768 saylı müqavilə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və iddiaçıdan aldığı qazın dəyərini tam həcmdə ödəmədiyindən onun iddiaçı qarşısında öhdəlikləri qalmışdır. Həmçinin Cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməsinə görə iddiaçı tərəfindən itirilmiş qazın dəyəri hesablanmaqla cavabdehdən dəymiş ziyan tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbinin “189,08 manat debitor borc” hissəsi ilə bağlı qeyd edirki, ilkin iddia tələbi həmin hissədə əsaslı olduğundn təmin edilməli, qarşılıqlı iddia issə rədd edilməlidir.. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci il və 2023-cü ilin iyun ayınadək abonentin faktiki istifadə edilmiş təbi qaza görə ümumilikdə 189,08 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, abonent təbii qazdan faktiki istifadə etdiyindən və həmin halı cavabdeh etiraf etdiyindən ilkin iddia tələbi bu hissədə təmin edilməli, təbii qazdan faktiki istifadəyə görə Cavabdeh istifadə etdiyi qazın dəyəri olaraq 189,08 manat pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə ilkin iddianın və qarşılıqlı iddia tələbinin “4406,40 manat məbləğində zərər tələbi” barədə hissəsinə araşdıraraq, hesab edir ki, ilkin və qarşılıqlı iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, ikin iddia üzrə iddiaçı sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş akt əsasında Cavabdeh 4406,4 manat məbləğində borcunun yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini həmin məbləğdə pulun tutulması hissəsində əsaslandıran, yəni cavabdeh Rəcəbzadənin məhz tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı ziyanın hesablanmasına əsas olmuş qaz avadanlıqlarından QSSQ və dəmir sobanın olmasının qeyd oluan ünvanda mövcud olması sübut olunmamışdır. Belə ki, iş materiallarında olan Azəriqaz” İstehsalat Biriliyinin Bakı X1 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli, 137768 saylı müqavilənin 4.3-cü bəndindən də görünür ki, müqavilə bağlanarkən qeyd olunan ünvanda 1 ədəd PQ4 qaz avadanlığı olmuşdur. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı İB-i tərəfindən itirilmiş qazın bərpası ilə əlaqədar heablama aparılarkən ümumilikdə Cavabdeh 180 gün hesabı ilə, günlük 24 saat olmaqla dəymiş zərər hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasında itirilmiş qazın bərpası üçün 4406,4 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ilkin iddia üzrə cavabdehin evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsədə həmin akt əsasında qeyd olunan ünvanda 4 qaz avadanlığın olması sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Azəriqaz” İstehsalat Biriliyinin Bakı X1 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli, 137768 saylı müqavilənin 4.3-cü bəndindən də görünür ki, müqavilə bağlanarkən qeyd olunan ünvanda 1 ədəd PQ4 qaz avadanlığı olmuşdur. Lakin məhkəmə Cavabdeh qeyd olunan ünvanda 2 qaz avadanlığının, 1ədəd PQ4 qaz və 1 ədəd iran sobasının olmasının etiraf etməsini əsas götürüərək itirilmiş qazın bərpası ilə əlaqədar heablamanın həmin qaz avadalıqlarına əsasən hesablanmasını ağlabatan və ədalətli hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, hesablama aparılarkən akt üzrə orta günlük iş rejimi 24 saat olmaqla hesablanma aparılmışdır. Lakin məhkəmə qaz avadanlıqları üzrə orta günlük iş rejiminin PQ4 qaz sobası və iran sobası üzrə akt üçün 12 saat olaraq 30 günə hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Məhkəmə bir aya görə itirilmiş təbii qazın hesablanması qaydasını araşdıraraq hesab edir ki, dəymiş ziyan hesablanarkən istehlakçıya məxsus evdə 1 ədəd PQ-4 və iran sobasından istifadə olunduğu nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə bir ədəd PQ-4 qaz sobası və iran sobasına görə 972 kub metr (1.2x12x30=432 və 1.5x12x30=540) təbii qaz itkisi müəyyən olunmalı, 116,64 manat (972 x 0,12) məbləğində dəymiş zərər ilkin iddia üzrə cavabdehdən cavabdehdən alınıb İddiaçı İB-nə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu, iddianın təmin edilmiş hissəsinə münasib olaraq tərəflərə aid edilməlidir. Belə ki, ilkin iddia qismən təmin edildiyindən, ödənilmiş 65,96 manat dövlət rüsumunun 4 manatı Cavabdeh alınaraq İddiaçı İB-yə ödənilməli, dövlət rüsumunun 61,96 qalan hissəsi İddiaçı İB-nə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddi tələbi qismən təmin edilməklə, Cavabdeh 116,64 manat manat dəymiş zərər, təbii qazdan istifadəyə görə yaranmış 189,08 manat pul və 4 manat dövlət rüsumu, ümumilikdə 309.72 manat tutularaq İddiaçınə ödənilməli, İddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent kodu **********3455 olan sayğaca hesablanmış 4289,76 manat borc silinməli, ilkin iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia qismən təmin edilsin. Cavabdeh 116,64 manat dəymiş zərər, təbii qazdan istifadəyə görə yaranmış 189,08 manat borc və 4,0 manat dövlət rüsumu olmaqla, cəmi 309,72 tutularaq İddiaçı İB-nin hesabına ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 65,96 manat məbləğində dövlət rüsumunun qalan 61,96 manatı İddiaçınə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent kodu **********3455 olan sayğaca hesablanmış 4289,76 manat borc silinsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(003)-2742/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2742/2023
28.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver