Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2768/2025 27.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Rəşidə Rəşid qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2761,05 manat əsas, 73,99 manat faiz borcu olmaqla, cəmi 2835.04 manat borcun və 49 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quliyev Amil Şamil oğlu ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 20 ay müddətinə illik 25,54% dərəcəsi ilə 3100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. X3 Şamil oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh adına vərəsəlik işi açılmışdır. X2 Şamil oğlunun hazırda xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2761,05 manat əsas, 73,99 manat faiz borcu olmaqla, cəmi 2835.04 manat borcu yaranmışdır. Cavabdeh miras qoyan Quliyev Amil Şamil oğlunun İddiaçı ASC qarşısında olan öhdəliklərini icra etməmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında göstərdi ki, tələbi qəbul etmir. Mərhum əri Quliyev Amil Şamil oğlunun kredit götürməsini bilmirdi. Özü tək yaşayır və bu borcu ödəməyə gücü çatmır. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Quliyev Amil Şamil oğluna 20 ay müddətində illik 25,54 faiz dərəcəsi ilə 3100 manat məbləğində kredit verilmişdir. İş materiallarıda olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyev Amil Şamil oğlunun vərəsəsi Cavabdeh DƏDRX-nin xx.xx.2020-ci il tarixli çıxarışına əsasən Quliyev Amil Şamil oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279,90 m2 olan fərdi yaşayış evindən və 0,0535 ha olan torpaq sahəsindən tam hissədə pay almalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyev Amil Şamil oğlunun vərəsəsi Cavabdeh "xxxx" MMC “GHC” filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən orta aylıq əmək haqqının 3 misli hesablandıqdan sonra xx.xx.2023-cü il tarixdə 2225,38 manat məbləğində pul "xxxx" ASC-yə köçürülmüşdür. X1 Şamil oğlunun hesabındakı 2226,14 manat məbləğində pul vəsaitindən və DSMF-dan xəstəlik vərəqəsi üzrə 423,23 manat məbləğində pul vəsaitindən tam hissədə pay almalıdır. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Quliyev Amil Şamil oğlunun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2761,05 manat əsas, 73,99 manat faiz borcu olmaqla, cəmi 2835.04 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmədə müəyyən olundu ki, Bank of Baku” ASC ilə Quliyev Amil Şamil oğlu arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Quliyev Amil Şamil oğluna 20 ay müddətinə illik 25,54% dərəcəsi ilə 3100 manat məbləğində kredit verilmişdir. Quliyev Amil Şamil oğlu xx.xx.2023cü il tarixdə vəfat etdiyi üçün öhdəliklərini yerinə yetirə bilməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2761,05 manat əsas, 73,99 manat faiz borcu olmaqla, cəmi 2835.04 manat borc öhdəliyi yaranmışdır. Cavabdeh adına 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cu il tarixli, 2(102)-900/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə uyğun olaraq, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh Quliyev Amil Şamil oğlunun vərəsəsi olaraq X1 Şamil oğlunun hesabındakı 2226,14 manat məbləğində pul vəsaiti, DSMF-dan xəstəlik vərəqəsi üzrə 423,23 manat məbləğində pul vəsaiti, DƏDRX-nin xx.xx.2020-ci il tarixli çıxarışına əsasən Quliyev Amil Şamil oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 279,90 m2 olan fərdi yaşayış evi və 0,0535 ha olan torpaq sahəsini miras olaraq qəbul etdiyi göstərilmişdi. Buna görə də mərhum miras qoyan Quliyev Amil Şamil oğlunun mirasının borclarından çox olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2761,05 manat əsas, 73,99 manat faiz borcu olmaqla, cəmi 2835.04 manat borc tutulmalıdır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 49 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2761,05 manat əsas, 73,99 manat faiz borcu olmaqla, cəmi 2835.04 (iki min səkkiz yüz otuz beş manat dörd qəpik) manat borcun və 49 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2768/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2768/2025
27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver