Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2782/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 19737.36 (on doqquz min yeddi yüz otuz yeddi ABŞ dolları 36 sent) ABŞ dolları bundan 8497.52 (səkkiz min dörd yüz doxsan yeddi ABŞ dolları 52 sent) ABŞ dolları əsas, 3140.51 (üç min bir yüz qırx ABŞ dolları 51 sent) ABŞ dolları faiz, 6861.51 (altı min səkkiz yüz altmış bir ABŞ dolları 51 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1237.82 (bir min iki yüz otuz yeddi ABŞ dolları 82 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 190.66 (bir yüz doxsan Manat 66 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 26% dərəcəsi ilə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən Müqavilənin aşağıda göstərilən bəndləri bu cür dəyişdirilmişdir: 2.1. 8742.14 USD məbləğində təyin olunmuş; 2.2 Kredit müqaviləsi 50 aya qədər uzadılmışdır. Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 13678.35 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilməli idi. Cavabdeh1 ilə Əlavə Saziş bağlanarkən Cavabdeh2ilə Bank arasında 280010196/ZM nömrəli xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 19737.36 (on doqquz min yeddi yüz otuz yeddi ABŞ dolları 36 sent) ABŞ dolları təşkil edir. Bundan 8497.52 (səkkiz min dörd yüz doxsan yeddi ABŞ dolları 52 sent) ABŞ dolları əsas, 3140.51 (üç min bir yüz qırxABŞ dolları 51 sent) ABŞ dolları faiz, 6861.51 (altı min səkkiz yüz altmış bir ABŞ dolları 51 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1237.82 (bir min iki yüz otuz yeddi ABŞ dolları 82 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmyərək izahatında bildirdi ki, o, borcundan 6500 dollar ödəniş etmişdir. Lakin, bank tərəfindən ona əsassız olaraq çox borc yazılmışdır. Onun borcu dollar valyutası ilə olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № ********* saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana şəxsi istehlak məqsədilə illik 26 faiz olmaqla 36 ay müddətinə qaytarmaq şərtilə 9000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və ona hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndindən müəyyən olunur ki, gecikdirilən borc məbləğinə cərimə kimi illik 52 faiz dərəcəsilə, aylıq isə 4,33 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2014-cü il tarixli № ********* saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlər borcalan tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 362,67 manat məbləğində, xx.xx.2017-ci il tarixdə isə 362,23 manat məbləğində ödənilməlidir. xx.xx.2014-cü il tarixli № ********* saylı müqavilə üzrə xx.xx.2015-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, borcalana verilmiş kreditin qalıq məbləği 8742,14 ABŞ dolları təşkil edir və kreditin müddəti artırılaraq 50 ay müəyyən edilir. xx.xx.2014-cü il tarixli № ********* saylı müqavilə üzrə xx.xx.2015-ci il tarixli 1 saylı əlavə sazişin ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə borclar borcalan tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 288,04 manat, xx.xx.2019-cu il tarixdə isə 279,43 manat ödənilməlidir. xx.xx.2014-cü il tarixli № ********* saylı müqavilə üzrə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişdən görünür ki, kreditin cəmi məbləği 13678,35 ABŞ dolları təşkil edir və kreditin müddəti artırılaraq xx.xx.2021-ci il tarixədək müəyyən edilir. xx.xx.2014-cü il tarixli № ********* saylı müqavilə üzrə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişin ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlər borclu tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 207,45 manat, xx.xx.2021-ci il tarixdə isə 207,43 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Borcverən İddiaçı ASC və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********/ZM saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № ********* saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 9000 ABŞ dolları məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İddiaçı LPO İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, bank borcalana borcunu ödəməsini, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7307 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: xx.xx.2024-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə): əsas borc üzrə 8497,52 ABŞ dolları, faiz borcu üzrə 2719,21 ABŞ dolları, illik 5 faiz hesablanmaqla 1220,34 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı (ekspert rəyi) iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, cavabdeh tərəfindən banka edilən ödənişlərin bank tərəfindən silinmə ardıcıllığı nəzərə alınmaqla cavabdehin banka olan hazırkı borcu məhz ekspertiza rəyində göstərilən məbləğdə ola bilər. Bu səbəbdən ekspert rəyi cavabdehin cari borcunun müəyyən edilməsi üçün əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan xx.xx.2014-cü il tarixli № ********* saylı kredit müqaviləsi, ona xx.xx.2015-ci il tarixli 1 saylı əlavə saziş və ona xx.xx.2017-ci il tarixli 2 saylı əlavə saziş əsasında cavabdeh ona verilmiş kredit məbləği üzrə əsas və faiz borcunu qaytarmamışdır. Bununla da onun banka əsas borca görə 8497,52 ABŞ dolları, faiz borcuna görə 2719,21 ABŞ dolları və borcun gecikdirilən borc üçün illik 5 faiz dərəcəsinə görə 1220,34 ABŞ dolları məbləğində borcu olduğu təsdiq edilir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 200 ABŞ dolları tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 155,47 manatı cavabdehdən tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin ödənilməsi məsələsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 8497,52 ABŞ dolları, faiz borcuna görə 2719,21 ABŞ dolları, illik 5 faiz dərəcəsinə görə 1220,34 ABŞ dolları, cəriməyə görə 200 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 155,47 manat məbləğində pul tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 8497,52 ABŞ dolları, faiz borcuna görə 2719,21 ABŞ dolları, illik 5 faiz dərəcəsinə görə 1220,34 ABŞ dolları, cəriməyə görə 200 ABŞ dolları (ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə) və ödənilmiş dövlət rüsumuna görə 155,47 manat məbləğində pul LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-2782/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2782/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver