Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-282/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18) qarşı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m,kürsülü, 4(otaqlı), hamam-sanitar qovşağı, mətbəx və dəhlizdən ibarət, 1(bir) mərtəbəli, onun tərəfindən tikilmiş Cavabdeh hazırda qanunsuz sahibliyində olan 2/37 saylı fərdi yaşayış evindən ailə üzvlərilə birgə çıxarılması və evin açarlarının ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı özgəsinin qanunsuz sahibliyindən yaşayış evinin geri tələb olunması, bu mümkün olmadıqda evin tikinti və təmir işlərinə çəkilmiş xərclərin geri qaytarılması haqqında iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən özbaşına tikili olaraq onun tərəfindən tikilmiş, ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m, kürsülü, 4(otaqlı), hamam-sanitar qovşağı, mətbəx və dəhlizdən ibarət, 1(bir) mərtəbəli, 2/37 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılması və evin açarlarının ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında, bu mümkün olmadıqda həmin fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 60000 (altımış min) məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildə cavabdehin qızı keçmiş həyat yoldaşı Aslanova (Vəliyeva) Elnurə Aslan qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, rəsmi nikahdan 2 övladimiz anadan olmuşdur. Ailə münasibətləri korlandığından nikahın pozulması tələbinə dair məhkəməyə müraciət etdikdən sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(003)-3165/2021 saylı qətnaməsilə nikah münasibətləri pozulmuşdur. X8 azyaşlı övladları ilə birlikdə öz valideyinlərinin yanına köçmüşdür. 2016-cı ildə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bag massivində 3,6 sot torpaq sahəsi almışdır. Həmin sahədə özbaşına tikili olaraq 1(bir) mərtəbəli, 9 daş kürsüdən, ümumi sahəsi tikinti altı sahə ilə birlikdə 143,0 kv.m olan 4(dörd) otaqlı, hamamsanitar qovşağı, mətbəx və dəhlizdən ibarət 2/7 saylı fərdi yaşayış evi tikmişdir. Evin tikintisinə və təmirinə 60000 (altmış min) manat məbləğində pul xərcləmişdir. Bu məbləğ onda olmadıgı üçün 2018-ci ilə kimi müxtəlif banklardan müxtəlif məbləğlər, o cümlədən xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən keçmiş qaynatası, hazırki iş üzrə Cavabdeh adına "xxxx" ASC-dən 3(üç) il müddətinə 6400 (altı min dörd yüz) manat, 21 aprel 2018-ci ildə “Kapital Bank “ASC-dən 4(dörd) il müddətinə öz adına 12000 (on iki min) manat məbləğində kredit götürərək evin sontamamlanma işlərinə xərcləyərək 2018-ci ilin iyun ayında evə köcmüşdürlər. Həmin bank ödəmə sənədlərini və onun tərəfindən şəxsən ödənilmiş ödəniş qəbzlərini məhkəməyə təqdim edir. Həmin dövrdə **-MV-*** dövlət qeydiyyat nişanlı, “Opel” markalı avtomobil isə kredit müqaviləsi bağlanmamışdan bankdan 12000 (on iki min) manat götürülməmişdən öncə 16 aprel 2018-ci tarixdə atası tərəfindən əldə edilmiş, etibarnamə əsasında onun idarəetməsində olmuş və həmin avtomobilin ona heç bir aidiyyəti yoxdur. Sadəcə tikinti aparılan zaman atası evin tikintisinə kömək məqsədilə onun istifadəsinə müvəqqəti vermişdir. Sonradan atası tərəfindən adıçəkilən avtomobil özgəninkiləşdirilmişdir. Həmin adıçəkilən evdə 2021-ci ilin mart ayına kimi Aslanova (Vəliyeva) Elnurə Aslan qızı ilə birgə yaşamışdır. 2021-ci ilin mart ayında Elnurənin ona etdiyi xəyanətdən sonra yaşadığı evi tərk etmişdir. Evi tərk etməyinin əsas səbəbi hazırki iddia üzrə cavabdehin qızı, keçmiş həyat yoldaşı Aslanova (Vəliyeva) Elnurə Aslan qızının hər dəfə onun barəmdə əsassiz olaraq hüquq mühafizə orqanlarına etdiyi şikayətlər olmuşdur. Barəsində şikayətlər olunmasına baxmayaraq şikayətlər araşdırılmış və əsassız olduğundan rədd edilmişdir. Özü cavabdehin və onun qızının əsassız, lakin bilərəkdən düşünülmüş şər və böhtan xarakterli hərəkətlərindən qorumaq və daimi olaraq söz söhbət içində olmamaq üçün öz valideynləri ilə yaşamışdır. Həmin vaxtdan başlayaraq iddialarla məhkəməyə müraciətlər etmişdir. Bu barədə müvafiq məhkəmə qətnamələrini təqdim edir. Məhkəmə qaydasında nikahı pozulandan sonra Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində özbaşına tikilmiş evdə heçkim yaşamamışdır. Cavabdehin həmin evə heç bir aidiyyəti yoxdur. Evə kommunal xidmətlərin göstərilməsi haqqında müqavilələr onunla bağlanmışdır. X4 atası, hazırki iş üzrə Cavabdeh yaranmış vəziyyətdən istifadə edərək evə daxil olmuş, evin kilid və açarlarını dəyişdirmişdir, orda yaşaması görüntüsü yaradaraq onun evə daxil olmağına süni maneçiliklərlər yaratmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X7 qarşı birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzərayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2/37 saylı özbaşına tikilmış evin tikintisi üçün xərclənən pul vəsaitinin 1/2 hissəsinin cavabdehə ödənilməklə onun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2/37 saylı evdən çıxarılması barədə iddia tələbi rədd edilmişdir. Məhkəmədə ifadə verən şahidlərdən X15, X16, X9 bildirimişlər ki, idiaçının qonşuluğunda yaşayırlar və evin tikintitəmir işlərinin aparılması onların iştirakı ilə gözləri qarşısında baş vermişdir. Adları çəkilən şahidlər evintikintisində birbaşa iştirak etmişlər. Görülən işlər İddiaçı tərəfindən sifariş edilmiş və haqqı İddiaçı tərəfindən ödənilmişdir. Cavabdehla hər hansı tikinti ilə bağlı danışıqlar aparılmamış və sifarişlər qəbul edilməmişdir. Məhkəmədə ifadə verən digər şahidlər Cavabdeh qohumlarıdır. Onlar isə Cavabdeh sifariş qəbul edildiyini bildirimişlər. Həmin evin tikintisi onun tərəfindən aparılmış və ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Keçmiş qayınatası hazırki iş üzrə Cavabdeh isə onun vəsaiti ilə bəzi hallarda evin tikintisi aparılan zaman ustaların üzərində dayanması və nəzarət etməsi tapşırıqlarını yerinə yetirirdi. Tikintinin tez başa çatması və ailəsi ilə (onun qızı ilə) həmin evə köçməyinə maraqlı olduğundan tikintiyə tez-tez gedib gələr və işin tez başa çatmasına çalışardı. Hətta “Dərnəgül bazarı”ndan cavabdehin özünün “Mercedes Ateqo” yük avtomobilində gətirilən mallara görə avtomobillə daşıma xərcləri də cavabdehə-Cavabdeh ödəyirdi. Həmin dövrdə cavabdeh “Dərnəgül bazarı”nda digər müstərilərin mallarının daşınmasıyla məşğul idi. Adıçəkilən evin bəzi təmir işlərinə, kafel-metlax materialının alınmasına və kafel -metlax işlərinin aparılmasına həqiqətən də Cavabdeh tərəfindən 2000 (iki min) manat pul ödənmişdir, lakin o, 2000 manat xərclədiyi pulu ona qaytaranda “bu mənim qızım ilə sizə hədiyyəm olsun” demişdir. Ona qaytarmaq istədiyi 2000 manatı qəbul etməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3963 saylı ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi Xaşa-Xuna bağları ərazisində yerləşən evə baxış zamanı təqdim olunmuş fərdi yaşayış evinin tikintisinə və təmirinə sərf olunan vəsaitin məbləği bazar qiymətlərinə uyğun olaraq təqribən 29077 (iyirmi doqquz min yetmiş yeddi) manat məbləğində müəyyən edilir. (səh.3 ,abzas 11) Ədliyyə Nazilriyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən həmin dövrdə adıçəkilən evin tikintisinə və təmirinə çəkilən xərclərin bazar qiymətlərindən həddən çox aşağı müəyyən edildiyindən və bununla razılaşmadığından müstəqil qiymətləndirici “EXPERTLTD” müəssisəsinə müraciət etmişdir. ”EXPERT” LTD müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, E/47saylı “Qiymətləndirmə Akt”ında (Mütəxəssis Rəyində) isə adıçəkilən evin tikintisinə və təmirinə çəkilən xərclər bazar qiymətlərinə uyğun olaraq 60000 (altımış min) manat məbləğində qiymətləndirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli “Qiymətləndirmə Rəyi”ndən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa- Xuna bağ massivində yerləşən ümumi sahəsi 360 m2, tikinti sahəsi 143 m2 olan tikilinin dəyəri 68500 (altımış səkkiz min beş yüz) manat məbləğində qiymətləndirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, müstəqil qiymətləndiricilər tərəfindən verilmiş hər 2(iki) rəylər məhkəmə tərəfindən qəbul edilməmiş və bunu əsaslandırmamışdır. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin 5-ci səhifəsinin 7-ci abzasında məhkəmə şahid ifadələrinin nəticəsi olaraq belə qənaətə gəlmişdir ki, onun tərəfimdən tikilmiş özbaşına tikilinin tikintisi ilə bağlı xərcləri hər iki tərəf (o və həm də hazırki cavabdeh) çəkmişdir. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o bənnadır. Hazırkı mübahisə üzrə tərəflərlə qonşuluqda yaşayır. Onunla qonşuluqda yaşayan Vasif ona evin tikilməsi ilə bağlı müraciət etmişdir və o evin hörgü işini görmüşdür. Evin hörgü işi ilə bağlı pulunun bir qismi ona Vasif, bir qismi isə Vasifin atası Ramiz tərəfindən ödənilmişdir. Aslanı o evin tikintisi zamanı tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o daş bazarında işləyir. Qonşuluğunda yaşayan Vasif ona evin tikintisi məqsədi ilə daş lazım olduğunu bildirmiş və daşın dəyəri ödənildikdən sonra, o da daşı gətirib həyətə boşaltmışdır. Evin tikilməsi üçün gətirilmiş daşın pulu Vasif tərəfindən ona ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o hazırkı mübahisə üzrə tərəfləri qonşuları kimi tanıyır. O qaynaq işi ilə məşğul olur. Mübahisəli tikilinin hasarının metal darvazası onun tərəfindən 2020-ci ildə yığılmış, darvazanın yığılması və quraşdırılması üçün xidmət haqqı və çəkilmiş xərclər ona Vasif tərəfindən ödənilmişdir. Digər dindirilmiş şahidlər isə Cavabdeh yaxın qohumları olmuşlar. Onlar da məhkəmədə yalan izahatlar vermişlər. 2022-ci ildə onun tərəfindən tikilmiş öz evinə köçürülməyi məqsədilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsiylə müraciət edilərək Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində yerləşən 3.6 sot torpaq sahəsində yerləşən özbaşına tikili olaraq ümumi sahəsi 143,0 kv.mdən ibarət, kürsülü, 4(dörd) otaqlı, hamam-sanitar qovşağı, mətbəx və dəhlizdən ibarət 1(bir) mərtəbəli fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1621/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə araşdırılması zamanı 3-cü şəxs olaraq işə cəlb edilmiş Cavabdeh həmin fərdi yaşayış evində yaşamağına etiraz etmişdir. Məhkəmə iclasında cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı izahatında bildirmişdir ki, iddiaçı ilə o, 2018-ci ildə köçüb, 2 il 6 ay həmin evdə yaşamışlar. Qeyd edir ki, onun tərəfindən özbaşına tikilmiş adı çəkilən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi yoxdur, özbaşına tikilidir. Evin yerləşdiyi 3,6 sot torpaq sahəsini də o almış, onun da hüquqmüəyyənedici sənədləri yoxdur. Həmin torpaq sahəsinə və evə dair vergi və bələdiyyə ödənişləri cavabdeh tərəfindən əvvəlki məhkəmə gedişatında ödənilməklə evə və torpağa guya sahiblik etdiyini göstərmək üçün etmişdir. Lakin həmin vergi sənədləri onun tərəfindən də ödənildiyini təsdiq edən qəbzlər mövcuddur. Ailə münasibətləri cavabdehin qızıyla pozulduqdan sonra, cavabdeh həmin evə özbaşına daxil olaraq guya orda yaşadığını göstərmişdir. Evin giriş kilidi cavabdeh tərəfindən ailə münasibətləri korlandıqdan sonra dəyişdirilmişdir. Həmin ev cavabdehin sahibliyində və istifadəsində heç vaxt olmamışdir. 2021-ci ilin mart ayından müvəqqəti olaraq evi tərk etdiyindən Cavabdeh evə qanunsuz olaraq sahiblənmiş, yiyələnmiş və əsassız varlanmışdır. Əvvəlki məhkəmə gedişatında məhkəmə tərəfindən Aslanova (Vəliyeva) Elnurə Aslan qızının əsl Cavabdeh ilə əvəz edilməsini təklif edilmiş, cavabdeh razı olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən işə irəlisürülmüş tələblər üzrə baxılması davam etdirilmişdir.(səhifə 2,abzas 6) Bakı Apellyasiya Məhkəməsinin2(103)-984/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsinin 21-ci bəndində qeyd edilmişdir ki, mübahisə predmeti olan evdə iş üzrə cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı yaşamır. Əksinə müəyyən olunur ki, mübahisə predmeti olan evdə iş üzrə üçüncüşəxs Cavabdeh yaşayır və iddiaçının köçüb həmin evdə yaşamasına etiraz edir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, Aslanova (Vəliyeva) Elnurə Aslan qızı hazırki iddiaya cavab verməli olan şəxs kimi qəbul edilə bilməz. Məhkəmənin nəzərinə catdirır ki, evin qaz, işiq, "təmiz şəhər" müqavilələri onunla baglanmişdır. xx.xx.2022-ci il tarixli Qala Bələdiyyəsinin **********3795 saylı tədiyyə bildirişinə əsasən 12031xxxxxxx kodu ilə verilmiş şəhadətnaməyə əsasən 2022-ci il üçün əmlak vergisi və torpaqvergisi (31,64 manat və 2,16 manat) ödənilməsi xəbərdarlığı olunmuşdur. Tərəfindən müvafiq ödənişlər edilmişdir. Həmin qəbzləri iddia ərizəsinə əlavə edir. Digər tərəfdən "xxxx" ASC-nin onun adına göndərilən bildirişdə kod və onun adı qeyd edilmişdir. Əvvəlki məhkəmə gedişatında Cavabdeh istehlakçı hesabını sənədlər əsasında öz adına keçirmişdir. Bu barədə xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktublarla "xxxx" ASC-nə rəsmi müraciətlər edilmişdir. ”Azərişıq ASC nin abunə haqqında məlumatlardan görünür ki, xx.xx.2016-cı ildən abonent olaraq onun adı qeyd edilmişdir. Hazırda da, onun adına qeydiyyatdadır. 342969 nömrəıi, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, sayğac quraşdırma və uçota alınması nəzarət idarəsi yeni smart tipli sayğac quraşdırılmış və ona təhvil verilmişdir. Məlumat üçün bildirir ki, evində quraşdırılmış mətbəx mebeli tərəfindən 1785 manat kreditlə əldə edilmişdir, bununla bağlı alqı-satqı müqaviləsi və odəniş cədvəli, ödəniş çeklərini ərizəsinə əlavə edir. 2018-ci ilin iyun ayından bu günə qədər qanuni sahibliyində və istifadəsində olmuş, adıçəkilən fərdi yaşayış evi cavabdeh tərəfindən qanunsuz tutulduğundan, ona məxsus adıçəkilən fərdi yaşayış evinə daxil olmaqdan və ondan istifadə etməkdən məhrum olunmuşdur. Dəfələrlə cavabdehə şifahi olaraq bildirmişdir ki, ona məxsus fərdi yaşayış evini boşaldaraq ona təhvil versin. Cavabdeh isə ona məxsus yaşayış evinin boşaldılması və ona təhvil verilməsi təklifinə rədd cavabı vermiş, bununla da həmin evə girməyini qadağan etmişdir. xx.xx.2023-cü il tarixdə adıçəkilən evin boşaldılması və ona təhvil verilməsi barədə Cavabdeh rəsmi olaraq “Bildiriş Xəbərdalıq” təklifi ilə müraciət etmişdir. Lakin bu barədə müraciəti cavabsız qalmışdır. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m, kürsülü, 4(otaqlı), hamamsanitar qovşağı, mətbəx və dəhlizdən ibarət, 1(bir) mərtəbəli, 2/37 saylı tərəfindən tikilmiş fərdi yaşayış evindən Cavabdeh çıxarılması və evin açarlarının ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m,kürsülü, 4(otaqlı), hamam-sanitar qovşağı, mətbəx və dəhlizdən ibarət, 1(bir) mərtəbəli, onun tərəfindən tikilmiş Cavabdeh hazırda qanunsuz sahibliyində olan 2/37 saylı fərdi yaşayış evindən ailə üzvlərilə birgə çıxarılması və evin açarlarının ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə müraciət edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını təkid etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna bag massivində mübahisəli torpaq sahəsini almışdır. Qeyd olunan torpaq sahəsi 3,6 sotdur. Həmin torpaq sahəsində özbaşına tikili olaraq 1(bir) mərtəbəli, 9 daş kürsüdən, ümumi sahəsi tikinti altı sahə ilə birlikdə 143,0 kv.m olan 4(dörd) otaqlı, hamam-sanitar qovşağı, mətbəx və dəhlizdən ibarət 2/7 saylı fərdi yaşayış evi tikdiyini, evin tikintisinə və təmirinə 60000 (altmış min) manat məbləğində pul xərclədiyini, bu məbləğ iddiaçıda olmadığı üçün, 2018-ci ilə kimi müxtəlif banklardan müxtəlif məbləğlər, o cümlədən xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən keçmiş qaynatası, hazırki iş üzrə Cavabdeh adına "xxxx" ASC-dən 3(üç) il müddətinə 6400 (altı min dörd yüz) manat, 21 aprel 2018-ci ildə “Kapital Bank “ASC-dən 4(dörd) il müddətinə öz adına 12000 (on iki min) manat məbləğində kredit götürərək evin sontamamlanma işlərinə xərcləyərək 2018-ci ilin iyun ayında evə köçmüşdür. Mübahisəli evin işıq və qaz sayğacları iddiaçının adına olmuş, sonradadn cavabdeh sayğacları öz adına keçirmişdir.Mübahisəli evin bütün xərclərini o, çəkmişdir. Cavabdeh həmin və heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında cavabdeh iddiaya etirazını onunla izah etmişdir ki, onun qızı Elnurə Vəliyevanın İddiaçı ilə 2009-cu ildə ailə hayatı qurmalarını, ailə həyatı qurduqdan sonra qızı kürəkəni ilə birlikdə qaynanasıgilə məxsus evdə yaşadıqlarını, sonradan qaynanası onları evdən qovanda, qızının ailəsi kirayə çıxmaq istəmiş, o da bu fikirlə razılaşmamış, qızı və kürəkəninin rahat yaşamaları üçün torpaq sahəsi alaraq ev tikərək onların istifadəsinə vermişdir. Torpaq sahəsini 2015-ci ildə zəbt etmiş və həmin torpaq sahəsində evin tikilməsinə təxmini olaraq 30000 manat xərc çəkmişdir. Evin tikintisinə 2016-cı ildə başlamış 2018-ci ildə evin tikintisin başa çatdırmışdır. Vasif evin tikintisində bir başa iştirak etməmiş, Vasif qızı ilə aralarında mübahisə yaranana kimi həmin evin tikintisi zamanı yalnız nəzarət etmək məqsədi ilə tikinti olan yerə gedib-gəlmişdir. Mübahisəli evin işıq və qaz sayğacı əvvəllər iddiaçının adına olmuşdur. Belə ki, o həmin evi qızı ilə kürəkəninə vermişdir. Hal-hazıra həmin evin işıq və qaz sayğacları onun adınadır. Hazırda evi X1 və mübahisəli yaşayış evi ilə bağlı heç bir bağlılığı qalmamışdır. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X11 iddia ərizəsini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, iddiaçı heç mötəbər sübuta əsaslanmadan hüquqlarını təmsil etdiyi şəxsə qarşı iddia irəli sürmüşdür. Halbuki, mübahisəli evin tikilməsində iddiaçının heç bir xərc çəkməmişdir. Həmin ev cavabdehin maliyyə hesabına tikilmişdir. Hazırda ev başqa bir şəxsə satılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə cavabdehin, onun nümayəndəsi və vəkilinin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3165/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X12 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 1709 №li akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları X6 yanında saxlanılması qət edilmişdir İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X7 qarşı cavabdeh X12 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 3, 37 saylı evin tikintisi üçün xərclənən pul vəsaitinin 1/2 hissəsinin cavabdehə ödənilməklə onun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa- Xuna bağları ev 2, 37 saylı mənzildən çıxarılması barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1621/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızına qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-984/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(003)-1621/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Ekspert” LTD müəssisəsinin xx.xx.2021-ci il tarixli, 47/E saylı qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X13, 0,036 ha torpaq sahəsində onun tərəfindən tikilmiş 2/37 saylı fərdi yaşayış evi təqdim olunan Memarlıq Planlaşdırma Layihəsinin, eləcə də İN və Q-ların (2.08.01.89) Az.DTN 2.6.1 və AR Ş və TM-nin tələblərinə uyğun tikilmişdir. İddiaçı məxsus, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X13, 0,036 ha torpaq sahəsində onun tərəfindən tikilmiş 2/37 saylı fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş xərclər 60.000 (altmış min) manat məbləğində müəyyən olunur. İş materiallarında olan "xxxx" MMC-nin “fiziki şəxslər tərəfindən tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair” hesabatdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X13, 0,036 ha torpaq sahəsində yerləşən yaşayış evinin bazar qiyməti 68500 manat təşkil edir. İş materiallarında olan paylayıcı "xxxx" İstehsalat Biriliyinin Bakı X25 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli, AKX-05009xx/xx- 2022 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Xaşaxuna bağ massivi ərazisində həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İşdə olan Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 862 saylı arayışından görünür ki, İddiaçı Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində 143 kv.metr əmlaka və 360 kv.metr torpaq sahəsinə görə Qala bələdiyyəsi üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 119CLM********** saylı kredit müqaviləsinə əsasən İddiaçı 48 ay müddətinə ilik 27,34% ödəmək şərtilə 12000 manat məbləğində kredit verilmişdir. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli əmlakın yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X13, 0,036 ha torpaq sahəsində yerləşən yaşayış evinin üzrə yerli baxış keçirilərkən mübahisəli torpaq sahəsində 1 (bir) mərtəbəli kürsülü evin olması və həmin evin ayrı giriş-çıxışının olması müəyyən edilmişdir. Həmçinin mübahisəli ev yaşayışa yaralı, 4(dörd) otaqlı, hamam-sanitar qovşağı, mətbəx və dəhlizdən ibarət orta təmirli bir evdir. İddiaçı Vasif Əliyevin iddiasının əsası kimi istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaya ilkin olaraq Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2, 37 saylı fərdi yaşayış evinin əmlak xarakterini (mülkiyyət və ya özbaşına tikili) və həmin əmlakın ümumiyyətlə İddiaçı məxsus olubolmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, hər hansı bir əmlak üzərində mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, mübahisə predmeti olan əmlak mülkiyyət olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Yəni mübahisə predmeti olan ev özbaşına tikili olmaqla həmin evə və torpaq sahəsinə dair iş üzrə tərəflərin hər hansı bir hüququnun (sahiblik, istifadə və sərəncam vermək) yaranması müəyyən edilməmiş, mübahisə predmeti olan evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı təsdiq edici sənədlər təqdim edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, İddiaçı mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən mövcud iddianı tələb etmək hüququna malik deyildir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd edilən Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmçinin, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd edilən Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, iddiaçının mübahisəli evə və həmin ünvanda yerləşən torpaq sahəsinə hər hansı hüququ əmələ gəlməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin evə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, Elmira Abbasova iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətində deyildir. Belə ki, ev özbaşına tikilidir. Azərbaycan Respublikasının qanunvericiliyi isə mülkiyyətində olmayan cavabdehə qarşı mövcud tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Eyni zamanda məhkəmə iddiaçının "xxxx" ASC-nə və "xxxx" İstehsalat Birliyinə məxsus sayğacların onun adına olması barədə sübutlarına münasibətdə bildirir ki, həmin sənədlər mübahisəli evin onun mülkiyyətində olmasını təsdiq etmir. Belə ki, iddiaçının cavabdehin qızı ili həmin evdə yaşaması işin mübahisəsiz halıdır. Hal-hazırda məhkəmə iclasında sayğacların hazırda cavabehin adına olması müəyyən edilmişdir. Bandan başqa iddiaçının kreditlərin götürülərək mübahisəli evə sərf etməsi barədə sübutlarına münasibətdə qeyd edir ki, həmin kreditlərin iddiaçı bilavasitə mübahisəli mənzilə xərclənməsi barədə sübutlarını təqdim etməmiş, yalnız formal mülahizələrinə əsaslanaraq kreditlərin mübahisəli mənzilin tikintisi üçün xərclədiyi bildirmişdir. Məhkəmə iddiaçının həmin kreditlərin bilavasitə mübahisəli evə xərclənməsi barədə mülahizələrini inandırıcı hesab etməyərək, sübut növu kimi qəbul etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18) qarşı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m,kürsülü, 4(otaqlı), hamam-sanitar qovşağı, mətbəx və dəhlizdən ibarət, 1(bir) mərtəbəli, onun tərəfindən tikilmiş Cavabdeh hazırda qanunsuz sahibliyində olan 2/37 saylı fərdi yaşayış evindən ailə üzvlərilə birgə çıxarılması və evin açarlarının ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin Maddə 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18) qarşı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m,kürsülü, 4(otaqlı), hamam-sanitar qovşağı, mətbəx və dəhlizdən ibarət, 1(bir) mərtəbəli, onun tərəfindən tikilmiş Cavabdeh hazırda qanunsuz sahibliyində olan 2/37 saylı fərdi yaşayış evindən ailə üzvlərilə birgə çıxarılması və evin açarlarının ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-282/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-282/2024
15.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver