Məhkəmə qərarları › İş №e-2(003)-2874/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-2874/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-2874/2025 18.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, borcludan müqavilə üzrə 249,90 manat qalıq borcu və 85,09 manat cərimə borcu olmaqla, cəmi 334,99 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə əmr çıxarılmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin e-2(003)-3650/2021 saylı, xx.xx.2021-ci il tarixli əmrinə əsasən borclu Cavabdeh cəmi 334,99 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması əmr edilmişdir. Borclu Cavabdeh 18 iyun 2025-ci il tarixində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli e-2(003)-3650/2021 saylı məhkəmə əmrinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin ləğv edilib iddia icraatına keçirilməsini xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin e-2(003)-2874/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə etirazın təmin edilməsi, Xəzər Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, e-2(003)-3650/2021 saylı məhkəmə əmrinin ləğv edilməsi, kreditor İddiaçı MMC-nin əmr icraatı qaydasında verdiyi ərizəsinə iddia icraatı qaydasında baxılması və iş üzrə məhkəmə hazırlıq iclasının xx.xx.2025-ci il tarixinə təyin olunması qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixinə təyin edilmiş hazırlıq iclaslarının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi məhkəmənin heç bir iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Beləliklə, iddiaçıya məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyini, cavabdehin də işin baxılmamış saxlanılmasını xahiş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlandığı üçün iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, **********00 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 20 AZN (iyirmi manat) dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, **********00 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 20 AZN (iyirmi manat) dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar