Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-291/2023 03.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və icarə obyektinin boşaldılaraq təhvil edilməsi tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixdə 1 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzindəki Notariat Ofisində rəsmiləşdirilməklə İddiaçı ilə cavabdeh Balayeva (Bayramova) Cəmilə Böyükağa qızı arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh Balayeva (Bayramova) Cəmilə Böyükağa qızından xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş icarə haqqının əvəzi olaraq 12 300 manat, icarə haqqının gecikdirildiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə illik 5% hesablanmaqla 1076,25 manat, cəmi 13.376,25 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 2143.3 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdeh Balayeva (Bayramova) Cəmilə Böyükağa qızı tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 2143.3 kv.m. olan qeyri-yaşayış sahəsi (bundan sonra qeyri-yaşayış sahəsi) İddiaçı (bundan sonra iddiaçı) xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzindəki Notariat Ofisində rəsmiləşdirilməklə bağlanmış icarə müqaviləsinə əsasən, iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi Balayeva (Bayramova) Cəmilə Böyükağa qızına (bundan sonra cavabdeh) icarəyə verilmişdir. İcarə müqaviləsinin 5-ci bəndinə əsasən, icarəyə götürən icarəyə verənə aylıq 300 manat icarə haqqı ödəyir. Halbuki icarə müqaviləsi bağlandığı tarixdən hal-hazıradək cavabdeh tərəfindən icarə haqları üzrə heç bir ödəniş edilməmişdir. Həmin müqavilənin 8-ci bəndinə əsasən, Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İddiaçı tərəfindən cavabdehə icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və icarə obyektinin boşaldılaraq təhvil verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə yazılı qaydada bildiriş göndərilmiş, lakin 542126 saylı poçt qaiməsindən və “AZARİ EXPRESS” poçt-daşıma kuryer xidməti tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, “Zərf ünvana çatdırılmamışdır. Səbəb: qeyd edilən ünvana gedildi. Şəxs həmin ünvanda yaşamır”. Göründüyü kimi, cavabdeh 2019-cu ilin iyun ayından hal-hazıradək icarə haqqı ödəmir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan icarə haqqı və əlavə olaraq gecikdirilmiş vaxt üçün ilik beş faiz məbləği aşağıdakı qaydada hesablanmalıdır: İddiaçıya ödənilməli olan icarə haqqı: 41 * 300 = 12 300 manat. 06.2019-cu il tarixdən 10.2022-ci il tarixədək ayların sayı: 41 ay, aylıq icarə haqqının məbləği: 300 manat. Gecikdirilmiş vaxt üçün illik 5 % məbləği üzrə: 1076,25 manat. Göründüyü kimi iddiaçıya ödənilməli olan məbləğ, 13.376,25 AZN təşkil edir (12 300 + 1076,25=13.376,25). Sonradan iddiaçı tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, iddia tələbinin ikinci hissəsində göstərilən 5% hissəsindən (1076,25 manat) imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında iddia tələbinin azaldılması barədə ərizəsini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, 1 saylı Bakı ASAN xidmət mərkəzi notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, icarə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilir. Həmin müqavilənin 5-ci bəndinə əsasən, icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 300 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və icarə obyektinin boşaldılaraq təhvil verilməsi tələbinə dair xx.xx.2022ci il tarixli bildiriş məktubu göndərmiş, 1 ay müddətində xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı "ASAN XİDMƏT" Mərkəzindəki Notariat Ofisində rəsmiləşdirilməklə onunla İddiaçı arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə razılıq verməyi, ödənilməmiş icarə haqları üzrə 11400, manat (36ay*300) məbləği ödəməyi və icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2143.3 kv.m. olan qeyri-yaşayış sahəsini boşaldaraq təhvil verməyi xahiş olunmuşdur. 542126 saylı poçt qaiməsindən və “AZARİ EXPRESS” poçt-daşıma kuryer xidməti tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, “Zərf ünvana çatdırılmamışdır. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə notarial qaydada icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixədək ünvan 1 ünvanında yerləşən 33.26 kv.metr olan mənzili icarə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdeh icarə obyektindən istifadə edərək müqavilə üzrə hüquqlarından istifadə etsə də, icarə ödənişlərini həyata keçirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh icarə müqaviləsi üzrə aylıq ödənişlərinin ödənilməsi barədə öhdəliklərini tam və vaxtında icra etmədiyindən, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş 12300,0 manat məbləğində icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 704.1-ci maddəsinə əsasən, Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 692.2.1-ci maddəsinə əsasən, kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3-cü bəndinə əsasən, icarə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarından görünür ki, qeyd olunan qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun qaydada müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif edildiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, həmçinin, kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduğundan, məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış icarə obyektinin boşaldılaraq təhvil verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, icarə müqaviləsi ləğv edildiyindən, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslı olduğundan və sübuta yetdiyindən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh Balayeva (Bayramova) Cəmilə Böyükağa qızı arasında xx.xx.2019cu il tarixdə 1 saylı Bakı "ASAN Xı̇ dmət Mərkəzindəki Notariat Ofisində rəsmiləşdirilməklə bağlanmış icarə müqaviləsi ləğv edilsin. Cavabdeh Balayeva (Bayramova) Cəmilə Böyükağa qızından xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş icarə haqqının əvəzi olaraq 12300,0 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 2143.3 kv.m. olan qeyri-yaşayış sahəsi cavabdeh Balayeva (Bayramova) Cəmilə Böyükağa qızı tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-291/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-291/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver