Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-2981/2025 22.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş9847,20 (doqquz min səkkiz yüz qırx yeddi manat 20 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3958,06 (üç min doqquz yüz əlli səkkiz manat 06 qəpik) manat və 131,42 (bir yüz otuz bir manat 42 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 13 936,68 (on üç min doqquz yüz otuz altı manat 68 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinin baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsi məhkəməyə elektron ərizə təqdim edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və mülki işin baxış iclasına təyin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilən məlumatdan görünür ki, mülki iş üzrə cavabdeh qismində qeyd edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni Cavabdeh iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: (bundan sonra “MPM”) - 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. - 49.1-ci madddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. - 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. - 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. - 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qeyd olunan normaların təhlilindən görünür ki, hər hansı bir fiziki şəxsin prosessual hüquq və faəliyyət qabiliyyətinin olması, o cümlədən onun prosesin tərəfi kimi cavabdeh ola bilməsi üçün onun sağ olması lazımdır. Ölmüş şəxsin hüquq və fəaliyyət qabiliyyətinə xitam verildiyindən o, iş üzrə tərəf, o cümlədən cavabdeh ola bilməyəcəyi üçün ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi mümkün deyildir. Ona görə belə iddialara məhkəmə qaydasında baxılması yolverilməzdir. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş Cavabdeh iddiaçı “Azəriqaz İB” tərəfindən ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət ediləndən əvvəl ölmüş olduğundan, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil və ona görə hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Bununla belə, Cavabdeh vərəsələrinin müəyyən edildiyi təqdirdə, borcun alınması üçün onlara qarşı müvafiq iddia tələbi ilə aidiyyəti məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan e-2(003)- 2981/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №e-2(003)-2981/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-2981/2025
22.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver