Məhkəmə qərarları › İş №e-2(003)-2991/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2991/2025

11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2991/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 14 851,54 ( on dörd min səkkiz yüz əlli bir manat 54 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 912,31 (doqquz yüz on iki manat 31 qəpik) manat və 137,29 (bir yüz otuz yeddi manat 29 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 15 901,16 (on beş min doqquz yüz bir manat 16 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2018-ci il tarixində AKX-00038xx/xx-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00130 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 9028,80 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 740,16 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında 201 manat (video); Cəmi 14 851,54 ( on dörd min səkkiz yüz əlli bir manat 54 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Bildiririk ki, cavabdehin ödənilməmiş 2021-ci ilin mart-dekabr ayları üzrə 233,40 manat sərfiyyat borcu və limitdən əlavə 12,20 manat sətrfiyyat borcu, 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 228,04 manat sərfiyyat borcu və limitdən əlavə 7,36 manat sətrfiyyat borcu, 2025-ci ilin fevral-may ayları üzrə 471,54 manat sərfiyyat borcu və limitdən əlavə 53,65 manat sətrfiyyat borcu, cəmi 1006,19 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 6386 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 273,60 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Cavabdehin 2025-ci il yanvar ayından sayğac dəyişikliyindən sonra isə abonentin 2,52 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (akt ******* saylı). (1006,19+273,60+2,52=1282,31). 2021-ci ilin mart ayından 2025-ci ilin mayayına qədər cavabdeh 370 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 912,31 (doqquz yüz on iki manat 31 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum1i 5 763,87 (on beş min yeddi yüz altmış üç manat 87 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı nümayəndəsi X3 ərizə ilə müraciət edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -İddiaçıilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixində AKX-00038xx/xx-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. - **********00130 nömrəli abonentin saldosundan görünür ki, həmin kod Cavabdeh adına qeydə alınmış və abonentin 14 851,54 ( on dörd min səkkiz yüz əlli bir manat 54 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 912,31 (doqquz yüz on iki manat 31 qəpik) manat borcu yaranmışdır. - Cavabdeh məxsus **********00130 sayla qeydiyyata alınmış ünvan üzrə İddiaçı tərəfindən tərtib edilmiş təbii X2nın pozulması haqqında aktların surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 9028,80 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 740,16 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında 201 manat, cəmi 14851,54 manat maddi ziyan hesablanmış, aktların tərtibində istehlakçı Cavabdeh aktları imzalamaqdan imtina etmişdir. -İnzibati tənbeh vermə haqqında MN №0338155 saylı xx.xx.2025-ci il tarixli, MN №1276632 saylı xx.xx.2025-ci il tarixli qərarın sürətindən görünür ki, Cavabdeh tərəfindən yaşadığı Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahə ünvanında fərdi yaşayış evində sayğacdan kənar qaz paylayıcı şəbəkəyə qoşularaq təbii qazı talamışdır və bununla da AR İXM-nın 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 100,0 manat məbləğində cərimə edilmişdir. -xx.xx.2025-ci il tarixli qəbzindən aydın olur ki, iddiaçı hazırkı tələb üzrə 137,29 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə) 6-2-ci maddəsinə görə 1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə) Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2” Bənd 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 24. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bənd 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: Bənd 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; Bənd 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; Bənd 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bənd 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.5 və 115.0. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Maddə 121.1. məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 101.7. ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin nümayəndəsi izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, sadəcə iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi ünvan 3 ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən qeydə alınaraq müvəqqəti olaraq **********00130 nömrəli abonent kodu verilmişdir. Təbii X2nın pozulması haqqında aktlara əsasən Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, Təzə sahə ünvanda sayğacdan kənar qaz xəttindən istifadəyə görə ümumilikdə 14851,54 manat borc hesablamışdır. İş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, **********00130 nömrəli abonentin saldosundan görünür ki, həmin kod Cavabdeh adına qeydə alınmış və sözügedən aktlar cavabdehin adına tərtib edilmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh məxsus **********00130 sayla qeydiyyata alınmış ünvan üzrə İddiaçı tərəfindən tərtib edilmiş təbii X2nın pozulması haqqında aktların surətindən görünür ki, - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 9028,80 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 740,16 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; manat manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, abonentə - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 9028,80 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 740,16 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; manat sayğacdan kənar qaz xəttinə görə cərimə yazılsa da, məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Həmin aktların tərtibi zamanı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinin (2022-ci ilin may ayınadək qüvvədə olmuş redaksiyanın), habelə 2022-ci ilin mayından sonra qüvvədə olan Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Qanunun tələbinə əsasən, sayğaca müdaxilə və ya qanunsuz qoşulma faktı aşkar edildikdə: a. akt istehlakçının və ya onun ailə üzvünün iştirakı ilə tərtib edilməli və iki nüsxəsi verilməlidir; b. aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli; c. digər nüsxəsi isə inzibati xəta işinə başlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir; d. istehlakçının təqsiri yalnız həmin orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edilə bilər. İşdə olan sübutlardan görünür ki, qeyd olunan aktlar tərtib edilərkən cavabdehin iştirakının təmin edilməsi, aktın ona təqdim olunması, habelə aktların inzibati xəta işinin başlanılması məqsədilə müvafiq orqana göndərilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Aktlarda abonentin imtina etməsi formal qeyd olunmuş, lakin bunun real olub-olmadığı, imtinanın hansı şəraitdə baş verməsi və istehlakçıya təqdimatın faktiki həyata keçirilib-keçirilməməsi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, iddianın əsasında duran faktlar yalnız İddiaçı tərəfindən tərtib edilmiş aktlarla təsdiq edildiyi üçün, həmin aktların qanunvericiliyə uyğunluğu və onların etibarlılığı sübutetmə yükü Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddiaçının üzərinə düşür. Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunduğu kimi, sübutların toplanması və qiymətləndirilməsi ilə bağlı prosessual qaydaların pozulması qəbul olunacaq məhkəmə aktının ədalətliliyini şübhə altına alır. Eyni zamanda, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı işi üzrə qərarında vurğulandığı kimi, sübutetmə yükü iddia irəli sürən tərəfin üzərinə düşür. Bu səbəbdən qeyd edilən aktlar üzrə cavabdehin sayğacdankənar qaz istifadəsində təqsirli olması iş materialları ilə sübut olunmadığından həmin aktlar əsasında zərərin tutulması barədə iddia tələbləri əsassız hesab edilməlidir. Bununla yanaşı, iş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli ******* saylı akt “Qaz təchizatı haqqında” Qanunun qüvvədə olan redaksiyasının tələblərinə uyğun tərtib olunmuş, aktların istehlakçıya təqdim edilməsi və qanunsuz qoşulma hallarının sənədləşdirilməsi sübutlarla təsdiq edilmişdir. Həmçinin həmin faktlara dair X1 Agentliyi tərəfindən inzibati tənbeh qərarı qəbul edilmişdir ki, bu da istehlakçının qazın talanması üzrə təqsirinin aidiyyəti orqan tərəfindən müəyyən olunduğunu göstərir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli orqanı tərəfindən qəbul olunmuş MN №0338155 saylı xx.xx.2025-ci il tarixli, MN №1276632 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh qərarlarının sürətlərindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində təbii qaz xəttinə sayğacdankənar, yəni qaz paylayıcı şəbəkənin qanunsuz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Həmin hüquqpozma tədqiq edilmiş faktlarla təsdiq olunmuş və cavabdehin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmişdir. Qeyd edilən qərarlara əsasən Cavabdeh üç ayrı inzibati xəta epizodu üzrə məsuliyyətə cəlb edilmiş və hər bir halda 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. İnzibati tənbeh qərarlarının qanuni qüvvədə olması cavabdehin təbii qazın talanması üzrə təqsirini hüquqi qaydada təsdiq edən rəsmi aktlar hesab edilir. Bu baxımdan, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin tələblərinə uyğun olaraq, istehlakçının qanunsuz qoşulmada təqsirli olması barədə qərarın səlahiyyətli orqan tərəfindən verilməsi zərərin ödənilməsinin tələb olunması üçün hüquqi əsas yaradır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarların mövcudluğu və onların qüvvədə olması cavabdeh tərəfindən təbii qazın sayğacdankənar qanunsuz istifadəsi faktının obyektiv sübutu kimi qiymətləndirilməlidir və bu hallar iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ******* saylı akt qanuni qüvvədə olan tənzimləyici normalara uyğun şəkildə tərtib edilməsini, habelə həmin aktlar üzrə hesablanmış 201,0 manat manat məbləğində maddi ziyanın əsaslı olduğunu təsdiqləyən sübutlar qismində çıxış edir. Bu əsaslarla məhkəmə həmin akt üzrə hesablanmış 201,0 manat məbləğində maddi ziyanın qanuni və əsaslı hesab olunduğunu müəyyən edir və iddianın bu hissəsinin təmin edilməsinə qənaətə gəlir. Bundan başqa məhkəmə iddia tələbinin debitor borc hissəsi il bağlı qeyd edirki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin təbii qazdan faktiki istifadəyə görə cavabdehin 912,31 manat debitor borcu ödənilməmiş qalmışdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “137,29 manat dövlət rüsumunun cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilmədiyindən, bu hissə də qismən təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun 30,0 manat məbləğində hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir, qalan hissə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 201,0 manat dəymiş zərər, 912,31 manat debitor borcu və 30,0 manat dövlət rüsumu, cəmi 1143,31 (min yüz qırx üç manat, otuz bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) hesabına ödənilsin. Ödənilmiş 137,29 manat məbləğində dövlət rüsumunun 107,29 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar