Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2993/2025 23.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 16152,66 (on altı min bir yüz əlli iki manat 66 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 962,97 (doqquz yüz altmış iki manat 97 qəpik) manat və 141,35 (bir yüz qırx bir manat 35 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 17 256,98 (on yeddi min iki yüz əlli altı manat 98 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 03/19660 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00020 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2012-ci il tarixli 029902 saylı akt əsasında 151,20 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat; - xx.xx.2022-ci il tarixli 0343633saylı akt əsasında 1296 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1032,48 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında 397,62 manat (video); Cəmi 16 152,66 ( on altı min bir yüz əlli iki manat 66 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Bildiririk ki, cavabdehin ödənilməmiş 2025-ci ilin yanvar-may ayları üzrə 741,28 manat sərfiyyat borcu və limitdən əlavə 66,39 manat sətrfiyyat borcu, cəmi 807,67 manat sərfiyyat borcu qalmışdır. Cavabdehin 2014-cü il dekabr ayından sayğac dəyişikliyindən sonra isə abonentin 155,30 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu qalmişdir. (807,67+155.30=962,97). 2025-ci ilin yanvar ayından 2025-ci ilin mayayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 962,97 (doqquz yüz altmış iki manat 97 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum1i 7 115,63 (on yeddi min bir yüz on beş manat 63 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 izhatında iddiaçı qurumun əməkdaşları tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsinin aşkarlandığını, bununla bağlı iddiaçı qurumun əməkdaşları tərəfindən dəfələrlə akt tərtib olunduğunu, yalnız xx.xx.2025-ci il tarixli akta münasibətdə Energetika Nazirliyi tərəfindən inzibati tənbeh vermə haqqında qərarın mövcud olduğunu bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh iddia ərizəsinə etiraz edərək, ona məxsus evin sayğacının naməlum şəxslər tərəfindən oğurlandığını, bu barədə polisə müraciət etdiyini, habelə yeni sayğacın quraşdırılması üçün dəfələrlə Azəriqaza müraciət etdiyini, lakin onlar tərəfindən evinə sayğac quraşdırılmadığını, ancaq həmin dövrdə Azəriqazın əməkdaşlarının gələrək özlərinin qazdan sayğacsız istifadə etməyə icazə verdiyini və bunun qarşılığında isə aylıq 50 manat ödəniş aldıqlarını, bir neçə ay qazdan sayğacsız istifadə etdiyini, ancaq pulunu da Azəriqazın əməkdaşlarına ödədiyini, ondan qalan vaxtlarda isə qazdan qanunsuz istifadə etmədyini, onun barəsində tərtib edilmiş aktların əsassız olduğunu, sayğaca baxış keçirilərkən və aktlar tərtib edilərkən ona məlumat verilmədiyini, həmin sənədlərin ona təqdim edilmədiyini, iddianın əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
6. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
7. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
8. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır.
9. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 10.1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
11. 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 12.3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 13.11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın: 15.3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. 16.4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 17.4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 18.6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
19. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən qərarların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq tələbnamələr əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi qərarın qanuniliyini, o cümlədən qeyd edilmiş pozuntuları və həmin pozuntuların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü qərarı qəbul etmiş orqanın, yəni cavabdeh İddiaçı İB-nin üzərinə düşür.
20. Məhkəmə həmçinin qeyd edir ki, tələb edilən borc məbləğinin bir hissəsinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 8-1-ci bəndinin qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixindən əvvəl, bir hissəsinin isə tarixdən sonra tərtib edildiyi nəzərə alınaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına əsasən ayrı-ayırılqda qiymətləndirmə aparılması zəruridir. Belə ki, zərərin hesablandığı aktların biri xx.xx.2012-ci il tarixində və altısı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, bir qismi isə (23 ədəd akt) xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək tərtib edilmişdir.
21. Əvvəla, xx.xx.2012-ci il tarixində və xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək tərtib edilmiş aktlara münasibətdə qanunvericiliyin imperativ tələbinə uyğun olaraq iddiaçı orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə təqdim etməlidir. Halbuki, iddiaçı qurum tərəfindən tərtib olunmuş aktın bir nüsxəsinin barəsində akt tərtib olunmuş istehlakçıya təqdim olunması halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman iştirakının təmin edilmədiyini bildirir. Qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
22. Halbuki iş materiallarından görünür ki, həqiqətən də aktların heç biri cavabdeh tərəfində imzalanmamışdır və bütün aktlarda onun adının qarşısında ya “imtina” qeyd edilmiş, ya da ümumiyyətlə imza yeri bpşdur. Habelə cavabdeh həmin aktlardan məlumatlı olmadığını, ona yoxlama barədə məlumat verilmədiyini və aktların surətinin bugünədək ona təqdim edilmədiyini bildirmişdir. İddiaçı da məhkəmə iclasında cavabdehin müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini, xüsusi kitabda iddiaçının imzası ilə həmin sənədlərin alınmasını təsdiq edildiyini sübuta yetirə bilməmişdir. Habelə aktlar fərqli tarixlərə aid olsa da, onların hamısına eyni fotşəkil əlavə edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə abonentin (cavabdehin) keçirilən yoxlamalardan və tərtib edilən aktlardan məlumatlı olduğu sübut olunmur.
23. Digər tərəfdən, cavabdeh barəsində iddiaçı tərəfindən tərtib edilmiş həmin aktlarda abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etdiyi qeyd olunmuşdur. Halbuki cavabdeh qurum qanunvericiliyin tələbinə uyğun olaraq təbii qazdan sayğacdankənar istifadə faktı aşkar edilərkən öz statusuna görə bu hərkətləri etməyə borclu idi: 1) təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almaq; 2) təbii X3nın pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb etmək; 3) təbii X3n pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etmək, yəni zərərin əvəzinin ödənilməsi üçün iddia qaldırmaq. Göründüyü kimi, təbii qazdan sayğacdan kənar istifadə faktı aşkar edildiyi təqdirdə iddiaçı qurum zəruri tədbirlər görməyə borclu olduğu halda, bunları etməmişdir.
24. Habelə Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında X1 Agentliyinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi evinin qaz xəttlərinə vizual baxış keçirilidi, sayğacdan kənar qaz xəttinə qoşulma halı və qaz xəttlərinə əvəllər olunmuş müdaxilə izi aşkar edilmədi. Bu baxımdan xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azəriqaz İB tərəfindən iddiaçıya hesablanmış borc məbləğinin düzgünlüyü haqqında rəy vermək mümkün deyil. xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixə qədər tərtib edilmiş aktlar qanunvericiliyin tələbinə əməl edilmədən tərtib edildiyindən, həmin aktlar üzrə hesablanmış dəymiş ziyanın məbləği abonentdən tələb edilə bilməz.
25. Beləliklə, iddiaçı qurum tərəfindən cavabdehə məxsus ünvanda həmin dövrdə təbii qaz xəttinə kənar qanunsuz xətt vasitəsilə qoşulma faktının olması və belə fakt varsa bu qoşulmanın məhz cavabdeh tərəfindən edildiyi və cavabdehin təqsirliliyi heç bir mötəbər və mümkün sübutlarla təsdiq edilə bilməmiş, məhkəmə araşdırması ilə də həmin dövrdə qeyd edilən hallar aşkar edilməmişdir (cavabdehin qanunsuz istifadə etdiyi barədə etirafı isə xx.xx.2022-ci il tarixindən sonrakı dövrə aiddir). Əksinə, iddiaçı qurum tərəfindən tərtib edilmiş və sübut kimi təqdim edilmiş aktlar və tələbnamələr qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edildiyi və yuxarıda qeyd edilən digər əsaslara görə faktı təsdiq etmək üçün mötəbər və mümkün sübut kimi qəbul edilə bilməz. Belə olan halda şəxsin təqsirli olmadığı əmələ və vurmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur. Bu səbəblə məhkəmə hesab edir ki, cavabdeh İddiaçı İB tərəfindən xx.xx.2012-ci il tarixində və xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək tərtib edilmiş 7 ədəd akt və tələbnamə əsasında cavabdehə hesabanmış zərər (borc) məbləği əsassızdır və ona görə təmin edilə bilməz.
26. İddiaçı qurum tərəfindən xx.xx.2022-ci il tarixindən etibarən tərtib edilmiş aktlara münasibətdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülkiprosessual qanunvericiliyin tələbinə görə də qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Məhkəmə araşdırması ilə işin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı qurum tərəfindən cavabdeh barəsində xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək təbii X3nın pozulması ilə bağlı 23 Akt və tələbnamə tərtib edilmiş, lakin yalnız sonuncu xx.xx.2025-ci il tarixli akta münasibətdə qanunvericiliyin tələbləri gözlənilmişdir. Belə ki, İddiaçı İB cavabdeh barəsində xx.xx.2024-cü il tarixli akt tərtib edildikdən sonra, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti quruma müraciət etmiş və həmin akt əsasında X1 Agentliyinin Bakı filialı tərəfindən cavabdeh barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Digər akt və tələbnamələrə münasibətdə isə müvafiq qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi kimi, məhkəmə araşdırması zamanı da belə qərarların olduğu müəyyən edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyi ilə bağlı qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş maddi zərərin ödənilməsinin tələbnamələrlə tələb edilməsi əsassız və qanunsuzdur. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi yalnız xx.xx.2025-ci il tarixli akt və tələbnamə əsasında hesablanmış 397.62 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməli, digər akt və tələbnamələrlə bağlı hissədə isə rədd edilməlidir.
28. İddia tələbinin debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh (istehlakçı) arasında “Qazın alqı-satqısı müqaviləsi” xx.xx.2017-ci il tarixində bağlanmışdır. Yəni tərəflər arasında müqavilə münasibəti həmin tarixdən etibarən yaranmışdır. Ondan əvvəlki dövrə münasibətdə iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinin olduğu isə iddiaçı tərəfindən sübuta yetirilmədiyi kimi, məhkəmə araşdırması ilə də belə fakt müəyyən edilməmişdir. Belə olduğu təqdirdə, iddiaçı tərəfindən müqavilə münasibətləri çərçivəsində öhdəliyin icrası müvafiq müqavilə bağlandıqdan sonrakı dövrə (əksinə razılaşmanın olduğu müəyyən edilmir) tələb edilə bilər. Yəni hazırkı iş üzrə cavabdeh qazın alqısatqısına dair müqavilə bağlandığı andan (xx.xx.2017-ci il tarixindən) sonra yaranmış olan qazdan istifadə borcuna görə məsuliyyət daşıyır. Halbulki, iddiaçı həm müqavilə bağlanıldıqdan sonrakı dövr (2025-ci ilin yanvar-may ayları) üzrə ödənilməmiş debitor borcu tələb etməklə yanaşı, həm də müqavilə bağlanıldıqdan əvvəlki dövr, yəni 2014-cü ilin dekabr ayı üzrə də debitor borcun cavabdehdən tutulmasını tələb etmişdir. Qeyd edilən səbəbdən iddia tələbinin 2014-cü ilin dekabr ayı üzrə hesablanmış debitor borcun cavabdehdən tələb edilməsi əsassızdır. Ancaq 2025-ci ilin yanvar-may ayları üzrə təbii qazın sərfiyyatına görə ödənilməmiş 807.67 manat debitor borcun cavabdehdən tələb edilməsi qanunidir və cavabdeh də izahatında həmin borcun olduğunu etiraf etmişdir. Ona görə məhkəmə hesab edir ki, cavabdehdən təbii qazdan istifadəyə görə yalnız 2025-ci ilin yanvar-may ayları üzrə ödənilməmiş debitor borc, yəni 741.28 manat sərfiyyat borcu və limitdən əlavə 66.39 manat, cəmi 807.67 manat tutulmalı, əvvəlki dövr üzrə debitor borcun tutulması tələbi isə təmin edilməməlidir.
29. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu onun iddia tələbi həcminə mütənasib olaraq ödənilmişdir. Lakin iddia tələbi qismən, cəmi 1205.29 manat hissəsində təmin edilmişdir. Bu səbədən dövlət rüsumu iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində qismən təmin edilməli, 32.05 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
31. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi 397.62 manat məbləğində pul vəsaiti və iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 32.05 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərər üzrə 397.02 AZN (üç yüz doxsan yeddi manat iki qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 32.05 AZN (otuz iki manat beş qəpik) dövlət rüsumunun məbləği tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov