Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2996/2025 09.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 9.405,40 (doqquz min dörd yüz beş manat 40 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3967,32 (üç min doqquz yüz altmış yeddi manat 32 qəpik) manat və 130,12 (bir yüz otuz manat 12 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 13 502,84 (on üç min beş yüz iki manat 84 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 03-11242 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2073,60 manat (video); xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 544,32 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 552,96 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 440,64 manat; xx.xx.2025ci il tarixli ******* saylı akt əsasında 726,52 manat (video); Cəmi 9 405,40 (doqquz min dörd yüz beş manat 40 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Cavabdehin ödənilməmiş 2020-ci ilin iyul-dekabr ayları üzrə 576,80 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1711,95 manat sərfiyyat borcu və limitdən əlavə 113,60 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-iyul ayları üzrə 1209,65 manat sərfiyyat borcu və limitdən əlavə 25,35 manat sərfiiyat borcu, uçotu pozulmuş qaz sərfin 47,76 manat sərfiyyat borcu, 2025-ci ilin mayiyun ayları üzrə 362,47 manat sərfiyyat borcu və limitdən əlavə 97,24 manat sərfiiyat borcu cəmi 4144,82 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayına qədər cavabdeh 177,50 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3967,32 (üç min doqquz yüz altmış yeddi manat 32 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 13 372,72 (on üç min üç yüz yetmiş iki manat 72 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehə məxsus mənzildə olan qaz qurğuları yoxlanılarkən həm qazdan sayğac əsasında istifadə edən zaman debitor borcu, həm də qazdan sayğacdan kənar xətlə istifadə nəticəsində dəymiş ziyanın olması faktı müəyyən edilmiş, qeyd olunan hallarla əlaqədar olaraq Energetika Nazirliyinə müraciət olunmuş, yoxlamanının nəticələri ilə bağlı tərtib olunmuş sonuncu akt öz təsdiqini tapmış və müvafiq olaraq inzibati tənbeh vermə barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Ondan əvvəlki aktlarla bağlı isə inzibati tənbeh vermə barədə qərarın olmadığını bildirmişdir. O, cavabdehlə İddiaçı arasında qazın alqı-satqısı barədə müqavilənin 2022-ci il tarixində bağlandığını, ondan əvvəlki müqavilənin cavabdehin babası ilə bağlandığından hazırda onlarda olmadığı üçün iş materiallarına əlavə edilmədiyini qeyd etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh iddia ərizəsinə etiraz edərək, barəsində inzibati qaydada qərar qəbul olunduğunu, həmin protokolda borcunun məbləğinin qeyd olunduğunu, ondan başqa hər hansı borcunun olmadığını, Energetika Nazirliyi tərəfindən barəsində verilmiş olan inzibati cəriməni hələ ödəmədiyini, həmin cərimənin doğru əsaslarla qəbul edildiyini, sayğac quraşdırılmış evin babasının adına olduğunu, yalnız sayğacın özünün adına olduğunu, təbii qazdan istifadəyə görə ödənişləri imkansızlıqdan həyata keçirə bilmədiyini, iddiaçı tərəfindən yoxlama keçirilən zaman və aktlar tərtib edilərkən ona məlumat verilmədiyini, iştirakı təmin edilmədiyini, ailə üzvlərindən heç kəsin də həmin prosesdə iştirak etmədiyini, aktlardan məlumatsız olduğunu, həmin aktların qanunsuz və əsassız tərtib olunduğunu qeyd etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. xx.xx.2022-ci il tarixli, 03-11242 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, İddiaçı müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.
6. xx.xx.2022-ci il tarixli qaz paylayıcısı və istehlakçı arasında “qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” aktdan görünür ki, qaz paylayıcısı tərəfindən istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq smart **********628 qaz sayğacı quraşdırılması nəzərdə tutulmuşdur.
7. 02.07.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent Cavabdeh oğlu, abonent kodu 1**********0000, ünvan ünvan 2ipi Zenner G-CZ-4 Diafraqma, nömrəsi GCZ0355083 və həmin abonent koduna 06/2025-ci il tarixinə 13372.72 manat borc mövcuddur.
8. xx.xx.2022-ci il tarixli (0378801 saylı) “Təbii X2 pozulması haqqında” Aktın (bundan sonra – Akt) və həmin tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin (bundan sonra – tələbnamə) surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 360 günlük hesabat aparılaraq 34560 m3 qaz itkisinə görə 4147.2 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır.
9. xx.xx.2023-cü il tarixli (0388814 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 120 günlük hesabat aparılaraq 17280 m3 qaz itkisinə görə 2073.6 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
10. xx.xx.2023-cü il tarixli (0397413 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 90 günlük hesabat aparılaraq 4536 m3 qaz itkisinə görə 544.32 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
11. xx.xx.2023-cü il tarixli (0410122 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 və 60 günlük hesabatlar aparılaraq 4608 m3 qaz itkisinə görə 552.96 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
12. xx.xx.2023-cü il tarixli (0410275 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 2556 m3 qaz itkisinə görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır.
13. xx.xx.2024-cü il tarixli (0421122 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 30 günlük hesabat aparılaraq 2556 m3 qaz itkisinə görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
14. xx.xx.2024-cü il tarixli (0420501 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 90 günlük hesabat aparılaraq 2556 m3 qaz itkisinə görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
15. xx.xx.2024-cü il tarixli (0424282 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 90 günlük hesabat aparılaraq 1512 m3 qaz itkisinə görə 440.64 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (iştirak etmədi qeyd edilmişdir).
16. xx.xx.2025-ci il tarixli (0438216 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 90 günlük hesabat aparılaraq 4428 m3 qaz itkisinə görə 726.52 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır.
17. X1 Agentliyinin Bakı filialı tərəfindən tərtib edilmiş “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli ******* nömrəli akt əsasında Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur.
18. X1 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokola baxılaraq, Məmmədov X4 Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
19. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
20. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
21. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır.
22. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
23. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun:
25. 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
26. 11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
27. 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:
28. 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.
29. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
30. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.
31. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Məhkəmənin mövqeyi:
32. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
33. İşin mübahisəsiz halları ondan ibarətdir ki, istehlakçı (cavabdeh) Cavabdeh ilə paylayıcı (iddiaçı) İddiaçı İB arasında xx.xx.2022-ci il tarixli, 03-11242 nömrəli “Qazın alqısatqısı müqaviləsi” bağlanmış, 1**********0000 nömrəli abonent koduna malik qaz sayğacı Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsi, ev 84 ünvanındakı fərdi yaşayış evinə quraşdırılmışdır.
34. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, İddiaçı İB tərəfindən istehlakçı Cavabdeh sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etdiyi halı aşkar edilərək akt tərtib olunmaqla, dəymiş zərər kimi 9405.40 manat borc hesablanmış və bu borc məbləği iddiaçının abonent saldosuna daxil edilmişdir. Habelə cavabdehin istifadə etdiyi təbii qazın sərfiyyatına görə ödənilməmiş 3967.32 manat debitor borcu vardır və bu borcları cavabdeh ödəməmişdir. Ona görə İddiaçı İB həm dəymiş maddi zərərin əvəzinin, həm də debitor borcun cavabdehdən tutulmasını istəyir. Cavabdeh isə iddia tələbinin əsassız olduğunu, yoxlama keçirilərkən və akt tərtib edirlərkən ona məlumat verilmədiyini və iştirakının təmin edilmədiyini, aktların surətinin ona təqdim edilmədiyini, aktlardan məlumatsız olduğunu, yalnız bir dəfə qaz xəttinə qoşulduğunu və dərhal iddiaçı qurumun əməkdaşlarının bunu aşkar edərək barəsində qərar qəbul etdiklərini, ondan əvvəl isə ümumiyyətlə qaz xəttinə müdaxilə etmədiyini, habelə sözügedən evin babasına məxsus olduğunu, onunla yalnız 2022-ci ildə müqavilə bağlandığını, ondan əvvəl isə babası ilə müqavilə olduğunu, hazırdada sadəcə sayğacın onun adına olduğunu, evin isə yenə də babasının adına olduğunu bildirərək, ona əsassız və qanunsuz olaraq borc hesabladığını bildirərək, iddia tələbinə etiraz edir.
35. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. (§ 27) Mülkiprosessual qanunvericiliyin tələbinə görə də qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (§ 19)
36. Məhkəmə araşdırması ilə işin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı qurum tərəfindən cavabdeh barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi təbii X2 pozulması ilə bağlı 9 (doqquz) Akt və tələbnamə tərtib edilmiş, lakin yalnız sonuncu xx.xx.2025-ci il tarixli akta münasibətdə qanunvericiliyin tələbləri gözlənilmişdir. Belə ki, İddiaçı İB cavabdeh barəsində xx.xx.2025-ci il tarixli akt tərtib edildikdən sonra, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti quruma müraciət etmiş və həmin akt əsasında X1 Agentliyinin Bakı filialı tərəfindən cavabdeh barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. (§ 18) Digər akt və tələbnamələrə münasibətdə müvafiq qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi kimi, məkhəmə araşdırması zamanı da belə qərarların olduğu müəyyən edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyi ilə bağlı qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş maddi zərərin ödənilməsinin tələbnamələrlə tələb edilməsi və həmin zərərin məbləğinin abonentin saldosuna daxil edilməsi əsassız və qanunsuzdur. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi yalnız xx.xx.2025-ci il tarixli akt əsasında hesablanmış 726.52 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməli, digər akt və tələbnamələrlə bağlı hissədə isə rədd edilməlidir.
37. İddia tələbinin debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (§ 21) İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh (istehlakçı) arasında “Qazın alqı-satqısı müqaviləsi” xx.xx.2022-ci il tarixində bağlanmışdır. Yəni tərəflər arasında müqavilə münasibəti həmin tarixdən etibarən yaranmışdır. Ondan əvvəlki dövrə münasibətdə iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinin olduğu isə iddiaçı tərəfindən sübuta yetirilmədiyi kimi, məhkəmə araşdırması ilə də belə fakt müəyyən edilməmişdir. Belə olduğu təqdirdə, iddiaçı tərəfindən müqavilə münasibətləri çərçivəsində öhdəliyin icrası müvafiq müqavilə bağlandıqdan sonrakı dövrə (əksinə razılaşmanın olduğu müəyyən edilmir) tələb edilə bilər. Yəni hazırkı iş üzrə cavabdeh qazın alqı-satqısına dair müqavilə bağlandığı andan (xx.xx.2022-ci il tarixindən) sonra yaranmış olan qazdan istifadə borcuna görə məsuliyyət daşıyır. Halbulki, iddiaçı həm müqavilə bağlanıldıqdan sonrakı dövr (2025-ci ilin may-iyun ayları) üzrə ödənilməmiş debitor borcu tələb etməklə yanaşı, həm də müqavilə bağlanıldıqdan əvvəlki dövr, yəni 2020-ci ilin iyul-dekabr, 2021-ci ilin yanvar-dekabr, 2022-ci ilin yanvar-iyul ayları üzrə də debitor borcların cavabdehdən tutulmasını tələb etmişdir. Qeyd edilən səbəbdən iddia tələbinin 2020-ci ilin iyul-dekabr, 2021-ci ilin yanvar-dekabr və 2022-ci ilin yanvar-iyul ayları üzrə hesablanmış debitor borcun cavabdehdən tələb edilməsi əsassızdır. Ancaq 2025-ci ilin may-iyun ayları üzrə təbii qazın sərfiyyatına görə ödənilməmiş debitor borcun cavabdehdən tələb edilməsi qanunidir və cavabdeh də izahatında həmin borcun olduğundan məlumatlı olduğunu, lakin maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini qeyd edərək, müvafiq borc öhdəliyinin olduğunu etiraf etmişdir. Ona görə məhkəmə hesab edir ki, cavabdehdən təbii qazdan istifadəyə görə yalnız 2025-ci ilin may-iyun ayları üzrə ödənilməmiş debitor borc, yəni 362,47 manat sərfiyyat borcu və limitdən əlavə 97,24 manat, cəmi 459,71 manat tutulmalı, əvvəlki dövr üzrə debitor borcun tutulması tələbi isə təmin edilməməlidir.
38. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu onun iddia tələbi həcminə (13372.32 manat) mütənasib olaraq ödənilmişdir. Lakin iddia tələbi qismən, cəmi 1186.23 manat (726.52+459.71=1186.23) hissəsində təmin edilmişdir. Bu səbədən dövlət rüsumu iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində qismən təmin edilməli, 31.86 manat (otuz bir manat səksən altı qəpik) məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
40. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi 726.52 manat, təbii qazdan sayğac vasitəsilə istifadə olunmuş, lakin dəyəri ödənilməmiş 459,71 manat debitor borc olmaqla, cəmi 1186.23 manat məbləğində pul vəsaiti və iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 31.86 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərər üzrə 726,52 AZN (yeddi yüz iyirmi altı manat əlli iki qəpik) və debitor borc (sayğac vasitəsilə istifadə) üzrə 459,71 AZN (dörd yüz əlli doqquz manat yetmiş bir qəpik) olmaqla, cəmi 1186.23 AZN (bir min bir yüz səksən altı manat iyirmi üç qəpk) məbləğində pul vəsaiti və ödənilmiş 31.86 AZN (otuz bir manat səksən altı qəpik) dövlət rüsumunun məbləği tutulsun və İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov