Məhkəmə qərarları › İş №e-2(003)-3006/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(003)-3006/2024

11.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3006/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazayə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı Cavabdeh Əsəsdulla oğluna qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Əsəsdulla oğluna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı İB-nin xeyrinə 19.770,48 manat kənar xəttə görə dəymiş zərər, 6.313,90 manat borcun, 168.26 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 26.252,64 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizsəində göstərmişdir ki, Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03-1411 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmışdır.Tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “X1”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında,

1. 2020-ci il üzrə 8 akt olmaqla cəmi 1875,6 manat

2. 2021-ci il üzrə 11 akt olmaqla cəmi 4053,60 manat

3. 2022-ci il üzrə 8 akt olmaqla cəmi 7153,92 manat

4. 2023-ci il üzrə 11 akt olmaqla cəmi 5585,76 manat

5. 2024-ci il üzrə 4 akt olmaqla cəmi 1101,6 manat Ümumilikdə 19.770,48 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan əlavə cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 6313.9 manat məbləğində borcu olmuşdur.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Əsəsdulla oğluna məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələblnamədən görünür ki, ünvan 1 ünvanına itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 666 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarına əlavə olunmuş ******* nömrəli təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələblnamədən görünür ki, ünvan 1 ünvanına itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 666 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələblnamədən görünür ki, ünvan 1 ünvanına itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 576 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələblnamədən görünür ki, ünvan 1 ünvanına itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 666 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələblnamədən görünür ki, ünvan 1 ünvanına itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 666 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********01541 nömrəli abonent koduna 24.369.34 manat borc hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən “ İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə Cavabdeh Əsəsdulla oğlundan 19.770,48 manat kənar xəttə görə dəymiş zərər və təbii qazdan istifadəyə görə yaranmış 6.313,90 manat borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, iddiaçı tərəfindən 168,26 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 168,26 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh Əsəsdulla oğlundan 19.770,48 manat kənar xəttə görə dəymiş zərər, təbii qazdan istifadəyə görə yaranmış 6.313,90 manat borcun və ödənilmiş 168,26 manat dövlət rüsumu olmaqla ümumilikdə 26.252,64 (iyirmi altı min iki yüz əlli iki manat altmış dörd qəpik) manat tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar