Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3008/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı “X1” Bakı filialının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı “X1” Bakı filialının Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı “X1” Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 8470,62 manat (Bundan 8023,76 manat əsas borc və 446,86 manat faiz borcu təşkil edir) məbləğində 08 avqust 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 104,71 manat dövlət rüsumunun tutularaq «X1» Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh1 və Cavabdeh2 8718,94 manat (Bundan 8023,76 manat əsas borc və 695,18 manat faiz borcu təşkil edir) məbləğində kredit borcunun və ödənilmiş 104,71 manat dövlət rüsumunun tutularaq «X1» Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X1” Bakı filialının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, «X1» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 23 may 2022-ci il tarixli 417 №li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 14% olmaqla 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı filialı ilə Cavabdeh2 arasında 462 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 – ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 341,78 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda « Bank » verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 08 avquist 2023-cü il tarixə «Bank»a kredit borcu üzrə 4784,92 manat ödəniş yerinə yetirməli idi. Lakin, xx.xx.2023-cü il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 3076,35 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 24% ödəməlidir. Bu günkü tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 8718,94 manat təşkil edir. Bundan 8023,76 manat əsas borc və 695,18 manat faiz borcu təşkil edir. Bu barədə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış 23 may 2022-ci il tarixli 417 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 462 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə «Borcalan» zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək onun təmin edilməsinə etiraz etmədiyini bildirərək izahatında göstərdi ki, «X1» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 23 may 2022-ci il tarixli 417 №li Kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq da onunla həmin tarixli 462 saylı zaminlik müqaviləsi bağlanmışdır. Şahinin öhdəliyini yerinə yetirmədiyindən məlumatlıdır. Özünün də Şahinlə eyni həcmdə öhdəlik daşıdığını başa düşür. Sadəcə olaraq tutulacaq borcun növbəlilik qaydasında əvvəlcə Şahindən, daha sonra ondan tutulmasını istəyir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən “X1” Bakı filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 417 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana borcun qaytarılması məqsədilə 36 ay müddətinə qaytarmaq, illik 14 % ödəmək şərti ilə 10000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bankın verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 341,78 manat ödəyir. xx.xx.2022-ci il tarixli 417 saylı kredit müqaviləsinə əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 341,78 manat, xx.xx.2025-ci il tarixdə isə 341,67 manat ödəməyi öhdəsinə götürmüşdür. Borcverən “X1” Bakı filialı və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 462 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin “X1” Bakı filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 417 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 10000 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. “X1” Bakı filialının borclu Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcluya həmin tarixə kredit müqaviləsi üzrə gecikdirilmiş borc məbləğini ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. “X1” Bakı filialının zamin Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank zaminə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. “X1” Bakı filialının xx.xx.2023-cü il tarixli 2023/1072 saylı maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli 417 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh1 və Cavabdeh2 “X1” Bakı filialına əsas borca görə 8023,76 manat, faiz borcuna görə 446,86 manat olmaqla, cəmi 8470,62 manat borcu vardır. Borclu tərəfindən son ödəniş xx.xx.2023-cü il tarixdə 300 manat edilmişdir. Məhkəmə iddia tələbinin faiz hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd etdiyi məbləğdə faizin tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdehlərə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət edərək müqavilə üzrə bütün borcları tələb etmişdir. Bununla da, iddiaçı tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz borcu cavabdehlər tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Qeyd olunan Qərara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət edərək birtərəfli iradə ifadəsini göstərmişdir. Bu səbəbdən də, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və həmin tarixədək yaranmış olan öhdəliklərin icrasını tələb etmək hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlərin “X1” Bakı filialı ilə bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmələri tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından cavabdehlərdən xx.xx.2022-ci il tarixli 417 saylı kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 8023,76 manat, faiz borcuna görə 446,86 manat olmaqla cəmi 8470,62 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli 417 saylı müqaviləyə əsasən banka borclu olduğu 8023,76 manat məbləğində əsas borc, 446,86 manat məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 104,71 manat məbləğində pul “X1” Bakı filialının xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-3008/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3008/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver