Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3014/2025 19.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğuna qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh oğuna qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən 2435 (iki min dörd yüz otuz beş) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 44,35 (qırx dörd, otuz beş) manat dövlət rüsumu, ümumilikdə 2479,35 (iki min dörd yüz yetmiş doqquz, otuz beş) manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Vaz 2106” markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində PME********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində hazırkı iş üzrə Cavabdeh idarə etdiyi “Vaz 2106” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol- nəqliyyat hadisəsi törətmiş, nəticədə “Toyota FJ- Cruiser” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Vaz 2106” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtobumobilin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtomobili etibarnamə olmadan idarə etmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS241104 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 2435 (iki min dörd yüz otuz beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir yazılı etiraz təqdim edilməmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. xx.xx.2023-cü il tarixli, PME********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsindən görünür ki, Vaz 2106 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin Azarbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərlə bağlı mülki məsuliyyət "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortalı X1r. Sığorta müqaviləsinin başlanma və bitmə tarixi xx.xx.2023 - xx.xx.2024-cü il tarixdir.
5. xx.xx.2024-cü il tarixli, İAS241104 nömrəli sığorta ödənişi aktından görünür ki, xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nqəliyyat vasitəsinə dəymiş zərərə görə faydalanan şəxs X2 2.435,00 AZN sığorta ödənişi həyata keçirilmişdir.
6. xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Toyota FJ-Cruiser” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobilə xidmət haqqı olaraq 800 AZN və ehtiyyat hissələrinin dəyişdirilməsi ilə bağlı isə 1635 AZN, cəmi 2435 AZN məbləğində xərc çəkilmişdir.
7. Avtonəqliyyat vasitəsi sahiblarinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:59-da Şüvəlan qəsəbəsində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh oğu təqsirli olmuş, həmçinin yol-nəqliyyat hadisənin baş verməsinə səbəb olarkən idarə etdiyi Vaz 2106 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etmişdir. Vaz 2106 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 olmuşdur.
8. xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqında Qərardan görünür ki, Dadaşov X10 2106 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etmiş və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) və 327.1-ci (manevr etmə qaydalarının pozulması) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə növündə inzibati tənbeh tətbiq edilmişdir.
9. 08.07.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 44.35 (qırx dörd manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
10. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. 936.1-ci maddəsinin tələbinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
12. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
15. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun:
16. 13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.
17. 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
18. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
19. 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur.
20. 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
21. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
22. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
23. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
24. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
26. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar (§ 4-8) əsasında müəyyən edilir ki, , “Vaz 2106” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətində olmuş, X4 ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə icbari sığorta müqaviləsi bağlanılaraq avtomobil bir il müddətinə (xx.xx.2023-xx.xx.2024-ci il) sığorta etdirilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh oğu tərəfindən “Vaz 2106” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şüvəlan qəsəbəsi ərazisində yolnəqliyyat hadisəsi törətmiş, bu səbəbdən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Dadaşov X6 Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin iş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh oğu nəqliyyat vasitəsini onu idarə etməyə hüququ (etibarnaməsi və ya digər qanuni əsası) olmadan idarə etmiş və yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota FJ-Cruiser” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobilə 2.435 manat məbləğində zərər dəymiş, həmin zərər "xxxx" ASC tərəfindən zərərçəkənə sığorta ödənişi şəklində ödənilmişdir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
28. Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyəti təqsirsiz məsuliyyətdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Beləliklə, hüquqa zidd əməli törətmiş ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini tam həcmdə ödəməyə borcludur.
29. Göstərilən hüquqi mövqeyə əsaslanaraq və yuxarıda istinad olunan normaların tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından müəyyən edilir ki: - Avtonəqliyyat vasitasi sahiblarinin mülki məsuliyyatinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış və yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhiə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqında qərarla təsdiq olunur ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə müşayiət olunan hüquqa zidd əməl (yol-nəqliyyat hadisəsi) törədilmişdir. - İş materillarında olan xx.xx.2024-cü il tarixli qüsur aktı və xx.xx.2024-cü il tarixli, İAS2411O4 nömrəli sığorta ödənişi aktı ilə təsdiq olunur ki, cavabdeh tərəfindən qeyd olunan yol-nəqliyyat hadisəsinin törədilməsi ilə bağlı inzibati xətanın törədilməsi nəticəsində “Toyota FJ-Cruiser” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş və zərərin məbləği və sığorta ödənişi 2435 manat təşkil etmişdir. - Avtomobilə vurulmuş zərər məhz cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, yəni zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə vardır. Bu hal inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur; - Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh oğu hüquq zidd əməli (müvafiq inzibati xətanı) törətməkdə təqsirli bilinmişdir. Zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi isə hər hansı sübutla müəyyən edilmir.
30. Digər tərəfdən qanunvericiliyin tələbinə uyğun olaraq, avtomobilin istifadəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyət yaranması faktı olduğundan, ortada bir sığorta hadisəsi vardır. Hər nə qədər sığorta şəhadətnaməsi cavabdehin adına verilməsə də qanunun tələbinə əsasən, bu zaman sığortaçı tərəfindən yenə də vurulmuş zərərə görə üçüncü şəxsə sığorta ödənişi həyata keçirilməli, daha sonra həmin ödənilən məbləğ tam həcmdə, subroqasiya qaydasında yol-nəqliyyat hadisəsini törədən və həmin yol-nəqliyyat hasisəni törədərkən nəqliyyat vasitəsini etibarnamə olmadan, yəni həmin nəqliyyat vasitəsini istifadə etmək, idarə etmək, işlətmək və digər qaydada istismar etmək hüququ olmayan şəxsdən tələb edilməlidir. Cavabdeh tərəfindən törədilən mülki hüquq pozuntusu (yol-nəqliyyat hadisəsi) nəticəsində “Toyota FJ-Cruiser” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə isə iddiaçı "xxxx" ASC tərəfindən üçüncü şəxsə (X2) 2435 manat sığorta ödənişi həyata keçirilmişdir. Qanunun tələbinə uyğun olaraq, cavabdeh sığorta hadisəsi zamanı yol-nəqliyyat hadisəsini törətdiyi avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi üçün sığortaçının cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır.
31. Məhkəmə iddianın ödənilmiş 44,35 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğdə dövlət rüsumu cavabdehin təqsiri nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi tam təmin edildiyi üçün iddiaçı həmin məbləği də tam tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tam təmin edilməli, 44,35 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
33. Beləliklə, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 2435 AZN (iki min dörd yüz otuz beş manat) məbləğində pul vəsaiti və ödənilmiş 44.35 AZN (qırx dörd manat otuz beş qəpik ) dövlət rüsumunun məbləği Cavabdeh oğundan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. Cavabdeh oğundan 2435 AZN (iki min dörd yüz otuz beş manat) məbləğində pul vəsaiti və ödənilmiş 44.35 AZN (qırx dörd manat otuz beş qəpik) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov